Dünya

Ərdoğan yenidən seçiləcəyi təqdirdə üçüncü müddətə namizədliyini irəli sürməyəcək

Sharing is caring!


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü CNN telekanalına müsahibəsində yenidən seçiləcəyi təqdirdə üçüncü müddətə prezidentliyə namizəd olmayacağını bildirib.

“Mövcud reqlamentə görə, prezident yalnız iki dəfə seçilə bilər. Mənim birinci səlahiyyət müddətim başa çatıb, hazırda ikinci müddətə seçkilər gedir. İkinci müddətə yenidən seçilməklə bu proses uğurla başa çatacaq”, – deyə Ərdoğan 2033-cü ilə qədər ölkəyə rəhbərlik edib-etməyəcəyi ilə bağlı suala cavabında deyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir