MARAQLI

Britni Spirs 6 milyon dollar ödədikdən sonra “bahalısan, get” dediyi vəkilindən cavab – FOTO

Məşhur müğənni Britni Spirs vəkili Metyu Rozenqarta 16 ayda 4,2 milyon dollar ödəyib. Bu barədə müğənniyə yaxın mənbələr xəbər veriblər. Bildirilir ki, vəkil Metyu Rozenqart 2021-ci ilin noyabrından 2023-cü ilin martına qədər müştərisi Britni Spirsdən 4 milyon 201 min 856 dollar alıb. Mediada yayılan məlumata görə, bu, ifaçının işinə görə vəkilə ödədiyi ümumi məbləğin yalnız bir […]

Siyasət

Çikaqoda Azərbaycan bayrağı ucaldıldı

ABŞ-nin İllinoys ştatının Çikaqo şəhərinin mərkəzində 28 May Müstəqillik Günü münasibəti ilə Azərbaycan bayrağı ucaldılıb. “Report” xəbər verir ki, üçrəngli bayrağımız Azərbaycan dövlət himninin sədaları altında havaya qaldırılıb. Layihə Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) təşkilatçılığı ilə baş tutub. ACMA-nın prezidenti Fərid Məmmədov açıqlamasında deyib ki, artıq ənənəyə çevrilmiş layihə hər il Azərbaycan […]

MARAQLI

Xanımının qərarı Kevin Kostneri heyrətə salıb – FOTO

Aktyor Kevin Kostner ayın əvvəlində boşanma ərizəsi verən həyat yoldaşı Kristin Baumqartneri geri qaytarmağa çalışır. Bu barədə aktyora yaxın mənbələr bildiriblər. Onların sözlərinə görə, boşanma qərarı qarşılıqlı olmayıb, Kevin Kostner çox narahatdır və münasibətlərin yaxşılaşacağına ümid edir. “Hamı Kevin və həyat yoldaşının çox xoşbəxt olduğunu düşünürdü, buna görə də hər şey heyrətamizdir. O, həqiqətən də […]

MARAQLI

Rusiyada qəzaya uğrayan helikopterin yanında və içində heç kəsi tapmadılar – FOTO

Rusiyanın Primorsk diyarının Tiqrovı kəndi yaxınlığında elektrik verilişi xəttində təmir işləri aparan fəhlələr Mi-2 helikopteri aşkarlayıblar. Bu barədə Uzaq Şərq Nəqliyyat Prokurorluğu məlumat yayıb. Bildirilir ki, artıq helikopterin sərt enişi ilə bağlı araşdırmaya başlanılıb. Qurum Mi-2-nin istismarının qanuniliyini və pilotun kvalifikasiyasını qiymətləndirəcək. “İlkin olaraq müəyyən edilib ki, 2023-cü il mayın 9-da Mi-2 helikopteri Primorsk diyarının […]

MARAQLI

Bəyin dostları toyda qurduqları səhnə ilə hər kəsə şok yaşatdılar – FOTO/VİDEO

Türkiyənin Bursa şəhərində toyda bəyin dostlarının zarafatı hər kəsi şoka salıb. Hadisə ənənəvi qızıl bağışlama mərasimində baş verib. Belə ki, Barış Uslu və Tuğçe Uslu qonaqlardan qızıl hədiyyələr qəbul edərkən şən mahnı qəfil hüznlü musiqi ilə əvəzlənib. Daha sonra bəyin dostları üzərində “Ağrılı itkimiz” yazısı olan əklil və bəyin şəkli olan çərçivə ilə zala daxil […]

MARAQLI

Nəvəsinin ayağa qalxması üçün 72 yaşında gözəllik bloqeri oldu – FOTO

Çində yaşlı kişi xəstə nəvəsini sağaltmaq üçün gözəllik bloqeri olub. 72 yaşlı Çju Yunçan dodaq boyasından tutmuş tuşa qədər müxtəlif kosmetik məhsulları nəzərdən keçirir, müxtəlif brendləri reklam edir. Məlumata görə, o, bu işinə təxminən altı il əvvəl, nəvəsinə nadir diaqnoz – onurğa əzələlərinin atrofiyası qoyulanda başlayıb. Həkimlərin sözlərinə görə, nəvəsinə  kömək edəcək yeganə dərmanın qiyməti […]

Siyasət

Mina təhlükəsinə qarşı necə mübarizə aparaq? – VİDEO

“Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edərək həmin yerlərdəki mina təhlükəsini öz gözlərimlə görmüşəm”. Bunu “Sülhün kökləri” humanitar təşkilatının rəhbəri  Heidi Kuhn mina təhlükəsinə həsr etdiyi və Azərbaycan dilinə tərcümə olunan “Canlanan torpaq” kitabının təqdimatında çıxışı zamanı deyib. O, beynəlxalq təşkilatları torpaqlarına saysız hesabsız ölüm toxumu səpilən ölkəyə dəstək olmağa çağırıb. Daha ətraflı süjetdə: Xeberal.az

Cəmiyyət

“Haber Global” Şuşa barədə: “Türk dünyasının mədəniyyət paytaxtı yenidən canlanır” – VİDEO

“Azərbaycanın işğaldan azad etdiyi Qarabağın göz bəbəyi olan Şuşada Türk dünyasının mədəniyyət paytaxtı fəaliyyətlərinə start verilib”. Bu barədə “Haber Global” videosüjet hazırlayıb. “Erməni işğalının izlərinin silindiyi şəhərdə tarix və mədəniyyət yenidən canlanır. İndi Şuşadan silah səsləri və mina partlayışlarının əvəzinə türk dünyasının xalq mahnılarının səsləri ucalır”, – deyə süjetdə qeyd edilib. “Tədbir çərçivəsində türk dünyası mətbəxindən […]

Müharibə

Ermənistan MN: Bir erməni hərbçisi öldü, ikisi yaralandı – YENİLƏNİB + VİDEO

Azərbaycan ordusu tərəfdən açılan atəş nəticəsində Ermənistan Silahlı Qüvvələrinin daha bir hərbçisi yaralanıb.  Bununla bağlı məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.  Bildirilib ki, saat 23:10-a olan son vəziyyətə görə, Ermənistan silahlı qüvvələrinin itkisi bir ölü, iki yaralıdır.  Atəşin intensivliyində azalma davam edir.  22:14 Azərbaycan ordusu tərəfdən açılan atəş nəticəsində Ermənistan Silahlı Qüvvələrinin bir hərbçisi ölüb, daha […]

Kriminal

İranda hökuməti tənqid edən sünni din xadiminin öğlu öldürüldü – FOTO

İranda hökuməti tənqid edən sünni din xadiminin öğlu öldürülüb. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. Bildirilib ki, İranın Xaş şəhərində yerləşən Əlxəlil məscidinin cümə imamı Mövlana Məhəmməd Osmanın 16 yaşlı oğlu Həmad Reyqi Kutəh Karvandər bölgəsində naməlum şəxslər tərəfindən güllələnərək həyatını itirib.   Xeberal.az