Cəmiyyət

“Haber Global” Şuşa barədə: “Türk dünyasının mədəniyyət paytaxtı yenidən canlanır” – VİDEO

Sharing is caring!


“Azərbaycanın işğaldan azad etdiyi Qarabağın göz bəbəyi olan Şuşada Türk dünyasının mədəniyyət paytaxtı fəaliyyətlərinə start verilib”.

Bu barədə “Haber Global” videosüjet hazırlayıb.

“Erməni işğalının izlərinin silindiyi şəhərdə tarix və mədəniyyət yenidən canlanır. İndi Şuşadan silah səsləri və mina partlayışlarının əvəzinə türk dünyasının xalq mahnılarının səsləri ucalır”, – deyə süjetdə qeyd edilib.

“Tədbir çərçivəsində türk dünyası mətbəxindən müxtəlif ləzzətlər təqdim olunub. Bursa Böyükşəhər Bələdiyyəsinin qurduğu stenddə türk mətbəxi təqdim edilib”, – deyə bildirilib.

Süjetdə xatırladılıb ki, 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” adı Bursadan Azərbaycan mədəniyyət və incəsənətinin ən mühüm mərkəzlərindən biri olan Şuşaya verilib.

Daha ətraflı videsüjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir