Azərbaycan Ukraynadakı hadisələrdən daha çox məlumatlıdır, nəinki əksinə və bu vəziyyəti dəyişmək yaxşı olardı. “Report” xəbər verir ki, “Ukrayna-Azərbaycan: qlobal dünya nizamına çağırışlar şəraitində strateji tərəfdaşlıq” adlı dəyirmi masada Azərbaycandan olan məruzəçilər – “Global Media Group”un (GMG) Media direktoru Həmid Həmidov və “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyevin əsas ismarışı bu olub. “Bizi daha çox […]
Day: İyun 5, 2023
İçərisində düşmənin canlı qüvvəsi olan yük maşınının ordumuz tərəfindən vurulması – ANBAAN VİDEO
Düşmənin “KamAZ” yük maşınının Basarkeçər istiqamətində Azərbaycan ordusunun sərrast atəşi ilə məhv edilməsinin videogörüntüləri yayılıb. Video “Caliber” “Telegram” kanalında paylaşılıb. Bildirilib ki, zərbə zamanı maşında düşmənin canlı qüvvəsi olub. Eyni zamanda, düşmənin minaatan heyətinin məhv edilməsinin görüntüləri də yayılıb. Xeberal.az
Müdafiə Nazirliyi təxribat barədə məlumat yaydı – Xəbərlərin 23:00 buraxılışı
Baku TV-nin efirində xəbər vaxtıdır. Ermənistan Kəlbəcərdəki mövqelərimizə zərbə PUA-ları tətbiq etdi. Müdafiə nazirliyi təxribat barədə məlumat yaydı. “Mənası nədir? Qızlar üçün cehizə çevrilir, oğlanlar üçün isə arxivə”. Vitse-spiker qırmızı diplom alanlarla qiymət verilməməsindən gileyləndi. Bakının mərkəzində narkotik satılır. Əməkdaşlarımızın araşdırması hansı faktları ortaya çıxardı? Daha ətraflı BAKU NEWS-un 23:00 buraxılışında: Xeberal.az
Şəmkirdə ağır qəza: Xəsarət alanlar var
Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi olub, 3 nəfər xəsarət alıb. “Report”un məlumatına görə, “Nissan” markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb. Qəza nəticəsində 1994-cü il təvəllüdlü Qurban Cəbi Oğlu Alıyev, onun əmisi oğulları Elçin Əhməd oğlu Alıyev və qardaşı 1994-cü il təvəllüdlü İlkin Əhməd oğlu Alıyev xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Onlardan İ.Alıyevin vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı […]
Azərbaycanın üçqat paralimpiya çempionu Almaniyada növbəti medalı qazandı
Azərbaycan para-üzgüçüsü Roman Saley Almaniyanın paytaxtı Berlində keçirilən dünya seriyasının təsnifat mərhələsində üçüncü medalı qazanıb. Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, o, 50 metr məsafəyə arxasıüstə üzmədə 27.96 saniyə nəticə göstərərək fəxri kürsünün ikinci pilləsinə qalxıb. Üçqat paralimpiya çempionu daha əvvəl 200 metr məsafəyə sərbəst üzmədə qızıl, 100 metr məsafəyə “butterfly” üsulu ilə üzmədə isə gümüş medal […]
Azərbaycan Premyer Liqası: Açılış oyununda qalib müəyyənləşməyib
Azərbaycan Premyer Liqasında XXXIV tura start verilib. “Report”un məlumatına görə, açılış oyununda “Zirə” “Kəpəz”i qəbul edib. Zirə İdman Kompleksinin stadionunda keçirilən matçda qalib müəyyənləşməyib – 1:1. Hesabı ilk hissənin əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə qonaqlar açıblar. Gəncə təmsilçisindən Yeqor Xvalko fərqlənib. “Qartallar”ın heyətində isə 51-ci dəqiqədə Toni Qomes adını tabloya yazdırıb. Bu nəticədən sonra xallarını […]
Ermənistan Kəlbəcərdəki mövqelərimizə hücum zamanı zərbə PUA-ları tətbiq edib – FOTO/VİDEO
Mayın 11-i və 12-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonundakı bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki bir neçə mövqeyinə qarşı müxtəlif istiqamətlərdən zərbə PUA-ları tətbiq edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bölmələrimiz tərəfindən hava hədəfləri vaxtında aşkar edilmiş və radioelektron mübarizə vasitələrinin tətbiqi nəticəsində onlar hədəfə çatmadan zərərsizləşdirilib. Təqdim olunan foto materiallarda […]
Azərbaycan ordusu Ermənistan Silahlı Qüvvələrinin komanda-qərargah avtomobilini məhv edib
Azərbaycan ordusu tərəfindən Ermənistan Silahlı Qüvvələrinin komanda-qərargah avtomobili məhv edilib. Bu barədə “Caliber” “Telegram” kanalı məlumat verib. “Əldə etdiyimiz məlumata görə, bir müddət əvvəl Azərbaycan ordusu Basarkeçər rayonunun Zod istiqamətində Ermənistan Silahlı Qüvvələrinin komanda-qərargah avtomobilini sıradan çıxarıb. Bu avtomobil erməni bölmələrinin səhrada kəşfiyyat və atəşə nəzarət sistemini təmin edirdi”, – deyə məlumatda qeyd edilib. Xeberal.az
Azərbaycanın paralimpiya çempionu Qran-pridə qızıl medal qazandı
Azərbaycan para-atleti Lamiyə Vəliyeva İtaliyanın Cesolo şəhərində keçirilən Qran-pridə qızıl medal qazanıb. Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, o, 400 metr məsafəyə qaçışda 56,75 saniyə nəticə göstərərək birinci yeri tutub. Paralimpiya çempionu bu göstərici ilə cari ilin iyulunda Fransanın paytaxtı Parisdə təşkil olunacaq dünya birinciliyinə lisenziya əldə edib. Xeberal.az
“Traktor” klubunun oyununda güneyli azarkeşlər: “Yaşasın, Azərbaycan” – VİDEO
Azərbaycanın “Traktor” klubunun bu gün keçirilən oyununda “Azadlıq, Ədalət, Milli hökumət” şüarları səsləndirilib. Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib. Bildirilib ki, oyun başlayan zaman azarkeşlərindən bir neçəsi həbs edilib Təbrizin Səhənd stadionundan alınan məlumata görə, Azərbaycanın bəzi “Traktor” azarkeşləri təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək naməlum yerə aparılıb. Həbsin səbəbi və ittihamları barədə hələ ki məlumat yoxdur. […]