Müharibə

Ermənistan Kəlbəcərdəki mövqelərimizə hücum zamanı zərbə PUA-ları tətbiq edib – FOTO/VİDEO

Sharing is caring!


Mayın 11-i və 12-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonundakı bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki bir neçə mövqeyinə qarşı müxtəlif istiqamətlərdən zərbə PUA-ları tətbiq edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölmələrimiz tərəfindən hava hədəfləri vaxtında aşkar edilmiş və radioelektron mübarizə vasitələrinin tətbiqi nəticəsində onlar hədəfə çatmadan zərərsizləşdirilib.

Təqdim olunan foto materiallarda zərbə PUA-larının qalıqları əks olunub:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir