Cəmiyyət

Hacıqabulda qadının törətdiyi qəza qızının ölümünə səbəb oldu – FOTO

Hacıqabulda yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı sakini, 1983-cü il təvəllüdlü Əliyeva Vəfa Fərhad qızının idarə etdiyi “Hyundai” markalı avtomobil TIR-la toqquşub və dəmir arakəsməyə çırpılıb. Nəticədə sürücünün qızı – Bakı sakini, 2007-ci il təvəllüdlü Əliyeva Ayla Osman qızı hadisə yerində ölüb. Xəsarət alan V. […]

İdman

Dünya çempionatı: Azərbaycanın bir boksçusu finalda, digəri bürünc medal əldə edib – YENİLƏNİB

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb. Federasiyadan verilən məlumata görə, 92 kq-dan yuxarı çəkidə mübarizə aparan idmançı finala gedən yolda Fernando Lopes Arzola ilə üz-üzə gəlib. Rəqib qələbə qazandığından Abdullayev mundialı bürünc medalla başa vurub. Bu, onun böyüklər arasında ardıcıl eyni əyarlı ikinci mükafatı olub. […]

İdman

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazandı – YENİLƏNİB

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında bürünc medal qazanıb. “Report”un məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer uğrunda görüşdə İlia Sulamanidzeni (Gürcüstan) məğlub edib. Bu, Azərbaycan cüdoçularının hazırkı mundialda ilk medalı olub. 17:01 Azərbaycan cüdoçusu Zelim Kotsoyev Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında yarımfinala qədər irəliləyib. Oxu.Az […]

Siyasət

Qərbi Azərbaycan Xronikası: “Qayıdıb ömrümün sonunadək orada yaşamaq istəyirəm” – VİDEO

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində hazırlanan “Həyat hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib. Bugünkü buraxılış Qərbi Azərbaycandan iki dəfə deportasiya olunmuş, Ellər (dəyişdirilmiş adı Abovyan) rayonunun Nurnus kənd sakini Nəcəf Şabanovun “Həyat Hekayəsi”nə həsr olunub. O, 1949-cu ildə 4 yaşında olarkən doğulub boya-başa çatdığı kənddən didərgin düşdüyünü, 1961-ci ildə doğma kəndinə […]

Siyasət

“Anadolu Qartalı-2023” təlimi başa çatdı – FOTO

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı-2023” beynəlxalq taktiki-uçuş təlimi başa çatıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qonaqlara təlimin gedişi, yerinə yetirilən tapşırıqlar və əldə olunan nəticə barədə yekun brifinq təqdim edilib. Təlimdə əsas diqqət pilotların, o cümlədən mühəndis-texniki heyətin peşəkarlıq səviyyəsinin artırılmasına, aviasiya texnikasının və digər hərbi vasitələrin praktiki istifadəsinə yönəldilib. Təlim […]

Siyasət

Naxçıvanda Ali Məclisin sessiyası çağırıldı

Naxçıvanda Ali Məclisin sessiyası çağırılıb. Oxu.Az xəbər verir ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasının çağırılması haqqında Qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov mayın 12-də imzalayıb. Qərarda deyilir: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır: I. Altıncı […]

Şou-Biznes

Hamilə Rihanna öz brendinin fotosessiyası üçün soyundu

Dünya şöhrətli müğənni Rihanna öz brendinin fotosessiyası üçün alt paltarında poz verib. Lent.az-ın məlumatına görə, 35 yaşlı barbadoslu gözəl “Savage x Fenty” brendi üçün alt geyimlərində kameralar qarşısına keçərək, artıq çox böyümüş qarnını göstərib. Onun sosial şəbəkə hesabında bu fotolar 6 milyondan çox bəyənilib. Rihanna ikinci övladına hamilədir.

Müharibə

Ermənilər yenidən təxribata əl atdı – Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Ermənilər yenidən təxribata əl atdılar. Şərti sərhəddə nə baş verir? Müdafiə Nazirliyi açıqladı. “Saakaşvilini ölüm ayağında tərk edənlər, indi Paşinyandan ikinci Saakaşvili düzəldirlər”. Millət vəkili ölkəmizə qarşı qərəzli yanaşanlara xatırlatma etdi. Rəsmi Moskva Türkiyədəki seçkilərə müdaxilə edir? Kremldən ittihamlara cavab verildi. Rusiyaya birbaşa uçuşlar rəsmi Tbilisinin başına bəla ola bilər. ABŞ […]

Siyasət

Deputat: “Türkiyə ilə aramıza heç bir əcnəbi kökənli ünsür girə bilməz”

“Bildiyiniz kimi, mayın 14-də qardaş Türkiyədə keçiriləcək seçkiləri vətəndaşlarımız diqqətlə izləməkdədir. Bu seçimlərin hansı nəticələrlə başa çatmasından asılı olmayaraq, Türkiyə və Azərbaycan strateji tərəfdaş, qardaş, bir millət iki dövlətlərdir”. Oxu.Az xəbər verir ki, bunu deputat Elnur Allahverdiyev bildirib. Deputat təəssüflə qeyd edib ki, bu səmimi münasibətləri öz məqsədləri, hazırda isə seçki hədəfləri üçün yanlış istifadə […]

Müharibə

Ermənistan silahlı qüvvələri artilleriya qurğularından mövqelərimizi atəşə tutdu – VİDEO

Mayın 12-si saat 18:00 radələrində Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun üzbəüz mövqelərini D-30 topları və minaatanlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür. Bölmələrimiz itki verməyib. Xeberal.az