Cəmiyyət

Yağış, dolu gözlənilir, bəzi yerlərdə duman olacaq – HAVA PROQNOZU

Azərbaycan ərazisində mayın 10-da gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 18-23 […]

Cəmiyyət

Ali Məhkəmə və ADA Universiteti Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçiriblər – FOTO

Azərbaycanın Ali Məhkəməsi və ADA Universitetinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Bu günün hüququ, sabahın hüquqşünası” mövzusunda konfrans keçirilib. Konfransda universitetinin prorektoru Fariz İsmayılzadə açılış nitqi ilə çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafı istiqamətində gördüyü işlər, xüsusilə təhsil sahəsinə verdiyi töhfələr barədə danışıb. Ali Məhkəmə […]

Dünya

Moskvada Qırmızı Meydanda Qələbə paradı keçirilib – YENİLƏNİB + VİDEO

Moskvada Qələbə paradı başa çatıb. Qırmızı Meydan üzərində hərbi təyyarələrin uçuşunun ləğvi barədə qərar qəbul edilib. Təntənəli tədbir hərbi musiqiçilərin “Qələbə” mahnısının ifası ilə yekunlaşıb. 11:25 Rusiya paytaxtının Qırmızı Meydanında İkinci Dünya müharibəsində qələbənin 78-ci ildönümü şərəfinə hərbi parad başlayıb. Tədbirdə Rusiyanın tanınmış döyüş hissələrinin və hərbi ali məktəblərinin hərbi qulluqçuları, kursantları, həmçinin Federal Təhlükəsizlik […]

Dünya

Kanadanı həyasızlıqda ittiham edən Çin özü də eyni addımı atdı

Çin öz nümayəndəsinin ölkədən çıxarılmasına cavab olaraq Şanxayda Kanadadan olan diplomata nota verib. Bu barədə Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Bildirilib ki, kanadalı diplomat Cennifer Lin Lalondendən mayın 13-dək Çini tərk etməsi tələb olunur. Qeyd edək ki, bundan əvvəl Kanada Torontoda Çinin Baş Konsulluğunun əməkdaşı Çjao Veyi “persona non grata” elan edərək ölkədən qovub. […]

Dünya

Rəcəb Tayyib Ərdoğan: “Bizim millətə xidmət eşqimiz heç vaxt bitməz” – FOTO

“Bizim mahnımız da, millətə xidmət eşqimiz də heç vaxt bitməz”. Oxu.Az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün “Twitter” hesabında yazıb. Bir gün əvvəl Kırklareli, Edirne, Tekirdağda olduğunu bildirən dövlət başçısı bu bölgələrin onun siyasi fəaliyyətində çox fərqli və xüsusi yeri olduğunu vurğulayıb. “Oxuduğumuz bir şeirə görə haqsız yerə cəzalananda Kırklareli bizi Pınarhisarda […]

Siyasət

Azərbaycan-Ermənistan: Sülh gündəliyi və risklər – TƏHLİL

Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşmasına cəhdlərdə intensivlik artdıqca regional və qlobal münaqişələrin alovlanacağı xəyalı yaranır. Hərçənd ki, Azərbaycan böyük ölçüdə Ermənistanı prosesdən kənarda saxladıqdan sonra qlobal oyunçularla fikir mübadiləsi aparmaq üçün xeyli irəliləyiş əldə edib. Xüsusilə Laçın rayonunun Ermənistanla sıfır nöqtəsində quraşdırılan sərhəd-buraxılış məntəqəsi ilə sülhə maneə yaradan üçüncü tərəflərin hadisələrə müdaxiləsi minimallaşdıqca onlar Bakı […]

Mədəniyyət

Bu gün “Avroviziya”da ilk yarımfinaldır – FOTO

Bu gün “Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalı keçiriləcək. Yarış Liverpul şəhərində təşkil olunacaq. Belə ki, bu gün 15 ölkənin təmsilçiləri səhnəyə çıxacaqlar. Onlar arasında Azərbaycanı təmsil edən Tural və Turan Bağmanov qardaşları da yer alacaqlar. Əkizlər 12-ci nömrə altında səhnəyə çıxacaqlar.  Birinci yarımfinalda Norveç, Malta, Serbiya, Latviya, Portuqaliya, İrlandiya, Xorvatiya, İsveçrə, İsrail, Moldova, İsveç, Çexiya, […]

Mədəniyyət

Ukrayna ordusundan “Vaqner”ə qarşı əks-hücum əməliyyatı – Xəbərlərin 12:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Azərbaycanda sağ qalan veteranların sayı məlum olub. Nazirlik həmin şəxslərə ödənilən vəsaitin məbləğini açıqlayıb.  Baxmutun bir hissəsi azad olunub. Ukrayna ordusundan “Vaqner”ə qarşı əks-hücum əməliyyatı.  Türkdilli ölkələrin nümayəndələri Şuşada. Mədəniyyət paytaxtında “Xarıbülbül” festivalı başlayır. Daha ətraflı BAKU NEWS-un 12:00 buraxılışında: Xeberal.az