Mədəniyyət

“Xarıbülbül” Festivalının qonaqları Şuşaya toplaşırlar – FOTO

9-11 may tarixlərində keçiriləcək “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının qonaqları Şuşaya toplaşırlar. Oxu.Az xəbər verir ki, Musiqi Festivalında Azərbaycanla yanaşı Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə, Türkmənistan təmsil olunurlar. Xeberal.az

İdman

“Sabah” – “Beşiktaş” oyununa nə qədər bilet satılıb?

“Sabah” – “Beşiktaş” oyununa 20 000 bilet satılıb. Oxu.Az-ın məlumatına görə, bu barədə Sabah Futbol Klubunun sosial şəbəkə hesabında paylaşım edilib. Bildirilib ki, vətəndaşlar biletləri https://iticket.az/events/sport/sabah-fk-besiktas-jk/92391 ünvanından və “Iticket.az”ın satış məntəqələrindən, həmçinin Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər. Qeyd edək ki, mayın 13-ü Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 18:00-da start götürəcək. […]

Siyasət

Faşizm üzərində qələbədən 78 il ötür

Bu gün faşizm üzərində qələbənin 78 ili tamam olur. 1945-ci il mayın 8-dən 9-a keçən gecə alman feldmarşalı Vilhelm Keytel qeyd-şərtsiz təslim aktını imzalayıb, bununla da İkinci Dünya müharibəsində faşizm üzərində qələbə qazanılıb. Qələbə Günü postsovet ölkələri və İkinci Dünya müharibəsində iştirak etmiş digər dövlətlərdə qeyd olunur. İkinci Dünya müharibəsində faşizmə qarşı 600 mindən çox […]

Cəmiyyət

Biləsuvar şəhərinə içməli suyun verilişi bərpa olundu

Biləsuvar şəhərinə içməli suyun verilişi bərpa olunub. Bu barədə “Report”a sakinlər məlumat veriblər. Qeyd edək ki, mayın 2-də Kür-Bakı magistral su kəmərində qəza baş verib. Hadisə Hacıqabul rayonunun Meyniman kəndində qeydə alınıb. Buna görə də, həmin gündən Biləsuvar şəhərinə içməli su verilişi dayandırılmışdı. Xeberal.az

Dünya

Afrikada prezidentin baş mühafizəçisinin oğlu qətlə yetirildi

Cənubi Afrika Respublikası prezidentinin mühafizə bölməsinin rəhbərinin oğlu Uorren Rud paytaxt Keyptaunda ölü tapılıb. 30 yaşlı gənc sonuncu dəfə aprelin 23-də Delftin Eyndhoven şəhərində öz avtomobilini idarə edərkən görüntülənib. Günlərlə aparılan axtarışlardan sonra Uorrenin cəsədi Qudvudda tapılıb və valideynləri tərəfindən tanınıb. General-mayor Uolli Rud oğlunun ölü tapıldığını təsdiqləyib. “Qətl hadisəsi olub. Qərbi Keyp detektivləri bu dəhşətli […]

Cəmiyyət

Kardiologiya İnstitutundan “şumlama” əməliyyatı iddialarına CAVAB – YENİLƏNİB

“Son zamanlarda İnstituta və İnstitutun rəhbərliyinin fəaliyyətinə kölgə salmaq məqsədi ilə böhtan və işgüzar nüfuzu ləkələyəcək xarakterli müxtəlif müsahibə və məqalələr sosial şəbəkələrdə yayımlanır. 8 may 2023-cü il tarixində ​informasiya saytlarında yerləşdirilən məqalə ilə bağlı bildiririk ki, məqalədə qeyd edilmiş məlumatlar tam yanlışdır. Belə ki, son zamanlarda institutun təşəbbüsü ilə heç bir işçinin əmək müqaviləsi […]

Dünya

Ukrayna Təhlükəsizlik Xidməti məşhur rusiyalı aktyora qarşı ittihamlar irəli sürdü – FOTO

Ukrayna Təhlükəsizlik Xidməti rusiyalı aktyor və rejissor, Oleq Tabakov adına Moskva Teatrının bədii rəhbəri Vladimir Maşkova qarşı bəzi ittihamlar irəli sürüb. Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin “Telegram” hesabında məlumat verilib. Bildirilib ki, Ukraynanı məhv etməyə çağıran rusiyalı aktyor Vladimir Maşkovla bağlı şübhəli hallar ortaya çıxıb. Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Federasiyasının silahlı təcavüzünə açıq şəkildə haqq […]

Şou-Biznes

Britni Spirsin kitabı təxirə salındı – İntim etiraflarına görə

Britni Spirs uşaqlıq illərini, ən müdafiəsiz günlərini, Castin Timberleykdan ayrılığını, babasının hamiliyindən qurtarmaq üçün verdiyi mübarizəni ən xırda  detalına qədər təsvir edən  avtobiqorafik kitab yazacağını bəyan edib.  Lent.az-ın xəbərinə görə, bir zamanlar narkotik asılılığından əziyyət çəkən, buna görə karyerasında fasilə verməli olan müğənni bir çox məşhur adamlarla cinsi münasibətləri barədə yazacağını da deyib. Məhz bu […]

İdman

“Qarabağ”ın əvəzedici komandasının futbolçusu Şirxan Həsənzadə vəfat etdi

“Qarabağ”ın əvəzedici komandasının futbolçusu Şirxan Həsənzadə vəfat edib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, bir müddət əvvəl məşq zamanı ürəyində problem yaşayanan 20 yaşlı müdafiəçinin müalicəsi effekt verməyib. O, bu gün axşam vəfat edib. Xatırladaq ki, aprelin 22-də əvəzedici komandanın məşqindən əvvəl Azərbaycan U-21 millisinin üzvünün halı pisləşib. Dərhal xəstəxanaya çatdırılsa da, onu ayıltmaq mümkün olmayıb. Həkimlər bir […]