Dünya

Yaponiya COVID-i mövsümi qrip kateqoriyasına keçirdi

Yaponiyada COVID-19 bazar ertəsindən etibarən rəsmi olaraq mövsümi qriplə eyniləşdirilib. Bu qərarı Yaponiya hökuməti bu ilin əvvəlindən bəri ölkənin Səhiyyə, Əmək və Rifah Nazirliyi, eləcə də səhiyyə ekspertləri ilə uzun müzakirələrdən sonra qəbul edib. Qeyd edək ki, Yaponiyada viruslar və xəstəliklər insan həyatı üçün təhlükədən asılı olaraq beş qrupa bölünür. Məsələn, birinci kateqoriyaya Ebola daxildir. Koronavirus […]

Dünya

Tayvanla bağlı münaqişə ABŞ – Çin müharibəsinə çevrilə bilər

Tayvanla bağlı hipotetik münaqişə ABŞ və Çin arasında böyük müharibəyə səbəb ola bilər. Bu fikri ABŞ-nin keçmiş dövlət katibi Henri Kissincer bazar günü CBS telekanalına müsahibəsində bildirib. “Bizim problemimiz var. Bunun iki yüksək texnologiyalı güc arasında genişmiqyaslı müharibəyə çevrilə biləcəyi faktı təcili diqqət tələb edir”, – Dövlət Departamentinin keçmiş rəhbəri vurğulayıb. Bu baxımdan, onun sözlərinə […]

İdman

Buskets “Barsa” ilə bağlı qərarını çempionluqdan sonra açıqlayacaq

Serxio Buskets “Barselona”nın La Liqadakı qələbəsindən sonra gələcəyi ilə bağlı açıqlama verəcək. Məlumata görə, klubda heç kim, o cümlədən Xavi Busketsin hansı qərarı verəcəyini bilmir. “Barselona” 34 yaşlı yarımmüdafiəçiyə 2024-cü ilin yayına qədər müqavilənin uzadılmasını təklif edib. Lakin onun yeni müqaviləsində maaşı yarıya qədər azalıb. Bildirilir ki, futbolçu “İnter Mayami”dən və Səudiyyə Ərəbistanı klublarından təklif alıb. […]

Dünya

Raket əleyhinə ilk İsrail radarları Ukraynaya gətirildi

İsrailin “RADA Electronic Industries” şirkəti tərəfindən raket hücumlarının qarşısının alınması sistemi üçün istehsal olunan ilk radarlar artıq Ukraynadadır. Bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb. Ümumilikdə Ukrayna 16 RADA radarından ibarət partiya almalıdır. Qeyd olunur ki, belə radarların ötürülməsi üçün İsrail Müdafiə Nazirliyinin razılığı lazımdır. Radarlar İsrail təhlükəsizlik sistemi tərəfindən təyyarələri və raketləri müəyyən və […]

Dünya

Baydenin reytinqi rekord dərəcədə aşağı düşüb

ABŞ prezidenti Co Baydenin amerikalılar arasında populyarlığı onun andiçmə mərasimindən sonra ən aşağı həddə düşüb. Bunu bazar günü dövlət başçısının 2024-cü ildə keçiriləcək prezident seçkilərində yenidən seçilmək qərarını elan etməsindən sonra “The Washington Post” və ABC televiziyası tərəfindən aparılan sosioloji araşdırmanın nəticələri sübut edir. Məlumata görə, hazırda respondentlərin yalnız 36%-i Baydenin dövlət başçısı kimi fəaliyyətini […]

İdman

PSJ-dən asan qələbə – VİDEO

Fransa Liqa 1-də 34-cü tura yekun vurulub. Oxu.Az xəbər verir ki, bağlanış matçında lider PSJ “Trua”nın qonağı olub. Matç Paris klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb. 8-ci dəqiqədə Kilian Mbappe PSJ-ni hesabda irəli keçirib. 59-cu dəqiqədə Vitinya ikinci qolu vurub. Xavier Şavalerin 83-cü dəqiqədə fərqi azalsa da, 3 dəqiqə sonra Fabian Ruis 3-cü topu […]

Cəmiyyət

Gədəbəydə 78 yaşlı sürücü avtomobil qəzasında öldü, həyat yoldaşı yaralandı

Gədəbəy rayon Düzyurd kəndində VAZ-2121 (“Niva”) markalı avtomobil maneə çırpılıb, ölən və xəsarət alan var. “Report”un Qərb bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi zamanı, 1945-ci il təvəllüdlü Əmrah Göycə oğlu İsrafilov aldığı ağır xəsarətlərdən ölüb. Avtomobildə sərnişini qismində ola həyat yoldaşı 1948-ci il təvəllüdlü Zərqələm İsrafilov isə müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağlı […]

Dünya

III Çarlzın tacqoyma mərasimində “ölüm mələyi” göründü – VİDEO

Böyük Britaniyada III Çarlzın tacqoyma mərasimində “ölüm mələyi”nə bənzər bir qonaq diqqət çəkib. Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb. Videoda qara plaş və əlində hansısa bir əşya olan müəmmalı fiqur görünür. İstifadəçilər hər böyük tədbirin dəvət olunmamış qonaqları cəlb etdiyini yazıblar. Xatırladaq ki, mayın 6-da Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimi baş tutub. Tədbir şərəfinə keçirilən […]

İdman

De Xeanın kobud səhvi “Mançester Yunayted”in məğlubiyyətinə səbəb oldu – VİDEO

İngiltərə Premyer Liqasının 35-ci turunda “Mançester Yunayted” “Vest Hem”in qonağı olub. Oxu.Az xəbər verir ki, matç meydan sahiblərinin minimalhesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 27-ci dəqiqədə Said Benrahma vurub. Onun uzaq məsafədən endirdiyi zərbədən sonra “qırmızı şeytanlar”ın qapıçısı David De Xeanın kobud səhvi topun qapıdan keçməsi ilə nəticələnib. “Mançester Yunayted” 63 xalla 4-cü, “Vest […]

Siyasət

Avarçəkmə üzrə “Prezident Kuboku-2023” reqatasının bağlanış mərasimi keçirilib – YENİLƏNİB + FOTO

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi “Prezident Kuboku-2023” beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib. Oxu.Az xəbər verir ki, Bakı bulvarında, Su İdman Sarayının yaxınlığında, dəniz kənarında təşkil olunan tədbirdə əvvəlcə medalçılar mükafatlandırılıb. Ardınca tədbirin bədii hissəsinə start verilib. 3D effektli lazer şou, tanınmış rəqs qruplarının çıxışı, avarçəkənlərin nümunəvi […]