İdman

“Qarabağ”ın əvəzedici komandasının futbolçusu Şirxan Həsənzadə vəfat etdi

Sharing is caring!


“Qarabağ”ın əvəzedici komandasının futbolçusu Şirxan Həsənzadə vəfat edib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bir müddət əvvəl məşq zamanı ürəyində problem yaşayanan 20 yaşlı müdafiəçinin müalicəsi effekt verməyib.

O, bu gün axşam vəfat edib.

Xatırladaq ki, aprelin 22-də əvəzedici komandanın məşqindən əvvəl Azərbaycan U-21 millisinin üzvünün halı pisləşib. Dərhal xəstəxanaya çatdırılsa da, onu ayıltmaq mümkün olmayıb. Həkimlər bir müddət əvvəl Ş.Həsənzadəni ürək və ağciyər fəaliyyətlərinin təmin edilməsi üçün nəzərdə tutulan ECMO cihazından ayırsalar da, vəziyyəti stabil ağır olaraq qalırdı.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir