Siyasət

Azərbaycan Papua Yeni Qvineya ilə diplomatik münasibətlər qurub – FOTO

Azərbaycan Papua Yeni Qvineya ilə diplomatik münasibətlər qurub. “Report” xəbər verir ki, bu barədə iki ölkənin BMT-dəki daimi nümayəndələri birgə kommunike imzalayıblar. “5 may 2023-cü il tarixində Azərbaycan Respublikasının Daimi Nümayəndəsi cənab Yaşar T. Əliyev və Papua Yeni Qvineyanın Müstəqil Dövlətinin Daimi Nümayəndəsi Maks Hufanen Ray iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına dair Birgə Kommunike imzalayıblar”, […]

Dünya

İranın məşhür sünni cümə imamı: “Nə təhsil verdik, nə iş yeri yaratdıq, bacardığımız edamdır” – VİDEO

İranın məşhür sünni cümə imamı Mövləvi Əbdülhəmid molla rejiminin yeni edamlara başlamasına kəskin etiraz edib. Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib. Bildirilib ki, M.Əbdülhəmid “Nə təhsil verdik, nə iş yeri yaratdıq. Bizim bacardığımız iş edamdır!” deyə etiraz edib.   Xeberal.az

Cəmiyyət

Ermənistan ordusu tərəfindən darmadağın edilən evinin açarını özündə saxlayan 85 yaşlı nənə danışdı – VİDEO

Ermənistan ordusu tərəfindən Cəbrayıl rayonunun Horovlu kəndindəki evi dağıdılan 85 yaşlı Marusya Nəcəfova hələ də yaşayış yerinin açarlarını özündə saxlayır. Kəndəki yaşayışdan söz açan M.Nəcəfova qeyd edib ki, evləri rayonun ən yüksək bölgəsində yerləşdiyi üçün 1992-ci ildə Cəbrayıl batalyonunun qərargahı olub, batalyonu da qardaşı Rafiq Nəcəfov yaradıb. 85 yaşlı nənə 30 illik məcburi köçkün həyatından sonra evinə qayıdacağı günün yaxın […]

MARAQLI

ABŞ-də qorxulu səbəbə görə məktəblilərə bel çantası qadağan edildi

ABŞ-də məktəblərdə tez-tez baş verən hücumlara qarşı yeni tədbirlər görülür. Miçiqan ştatında bu mənada maraqlı qərara imza atılıb. Belə ki, Flint Dövlət Məktəbləri regionunda şagirdlərə bel çantalarından istifadə etmək qadağan olunub. Bununla bağlı valideynlərə məktub göndərilib və bel çantası gətiriləcəyi təqdirdə (hətta şəffaf olsa belə) təhsil müəssisəsinin girişində məktəblilərdən alınacağı bildirilib. Uşaqların şəxsi əşyalarına gəlincə […]

Siyasət

XİN başçısının müavini Meksikaya səfər edib

4-5 may tarixlərində Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Meksikaya səfər edib. Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində mayın 4-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Meksika Xarici Əlaqələr Nazirliyi arasında siyasi məsləhətləşmələrin üçüncü raundu keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Meksika tərəfindən isə […]

Siyasət

Çavuşoğludan Ermənistana: “Sülh istəyirsinizsə, niyə Qarabağa silahlı şəxslər göndərirsiniz?”

“Ermənistan siyasətində və danışıqlarda çox tutarsız mövqe sərgiləyir”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib. O, Ermənistanın Azərbaycana qarşı təxribatçı əməllərini də tənqid edib. “Bəzən gözlənilməz bir bəyanat, bəzən də tam əks addım görürsən. Azərbaycan səmimiyyətlə sülh istəyir və bunu təklif edir. Siz bir tərəfdən “Qarabağ Azərbaycandır!” deyirsiniz, amma digər tərəfdən də Qarabağa […]

Cəmiyyət

Salyanda 22 yaşlı gənc bıçaqlandı

Salyanda 22 yaşlı gənc bıçaqlanıb. “Report”un məlumatına görə, hadisə bu gün axşam saatlarında H.Əliyev adına parkda qeydə alınıb. Belə ki, Salyan şəhəri, Tale Davudzadə küçəsi, 132 ünvanında yaşayan Quliyev Keran İntiqam oğlu bədəninin kəsilmiş-deşilmiş yaraları ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralı dərhal cərrahiyyə blokuna qaldırılaraq əməliyyat olunub. Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu […]

Siyasət

Ərdoğanı insanlara sevdirən keyfiyyətləri – VİDEO

Türkiyə tarixində müxtəlif dönəmlər liderlərin adları ilə assosiasiya olunur. Liderlərin özəl keyfiyyətləri, aldıqları qərarlar, ölkə və cəmiyyət üçün etdikləri insanların onlara münasibətinə birbaşa təsir göstərir. Bu baxımdan müasir dövrümüzə təsadüf edən Rəcəb Tayyib Ərdoğan dönəminə nəzər salmaq lazımdır. 20 ildən çoxdur davam edən hakimiyyəti dövründə Türkiyənin daxilində, xalqın günlük yaşamında Ərdoğanın xüsusi yeri və çəkisi var. […]

Dünya

Türkiyə Paşinyanın təyyarəsi üçün hava məkanını bağladı

Türkiyə öz hava məkanını erməni VIP şəxslərin üçüncü ölkələrə uçuşları üçün bağlayıb. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Onun sözlərinə görə, bu, Ermənistanın baş naziri Nikol Paşinyanın təyyarəsinə də aiddir. “Hər gün Türkiyə hava məkanından uçuşlar olurdu. Lakin hazırda biz bağlamışıq. Yalnız Ermənistan parlamentinin spikeri QDİƏT-in Ankaradakı iclasına gəlib. Biz sammitə ev sahibliyi […]

Dünya

Yaponiya baş naziri ofisinin yaxınlığında polis məmuru ölü tapıldı

Yaponiya Baş naziri Dəftərxanasının yaxınlığındakı nəzarət-buraxılış məntəqəsinin tualetində polis əməkdaşı ölü tapılıb. Onun intihar etdiyi ehtimal olunur. Polis əməkdaşını həmkarları tapıblar. Onlar əvvəlcə silah səsi eşidiblər. Başından yaralanan polis xəstəxanaya yerləşdirilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə əməkdaşın iş başında olduğu zaman baş verib. Yaponiya Baş naziri Kişidanın özü hazırda Afrika və Sinqapura […]