İqtisadiyyat

Naxçıvanda Vergi Xidmətinin yeddi idarəsi ləğv edildi

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi sədrinin müvafiq fərmanı ilə MR Dövlət Vergi Xidmətinin yeni Əsasnaməsi və strukturu təsdiq edilib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir. Məlumatda bildirilir ki, idarəetmədə operativliyin artırılması, vergi xidməti orqanlarının işinin müasir tələblər səviyyəsində qurulması məqsədilə Naxçıvan MR Dövlət Vergi Xidmətinin yeddi rayon üzrə idarə […]

Kriminal

Ölən şəxs barəsində saxta arayış verən bələdiyyə sədrinə cinayət işi açıldı

Lənkəran şəhər bələdiyyə sədri Aygün Mirzəyeva cinayət əməlində ittiham olunur. İddialara görə, o, bir neçə dövlət qurumu ilə iş birliyinə keçərək, iki il əvvəl dünyasını dəyişən 1932-ci il təvəllüdlü Rəvayət Kərim qızı Miriyevanın ölüm faktını gizlədib və mərhumun təqaüd kartına sahiblənib. İki il sonra isə mərhumun ölümü ilə bağlı saxta arayış verib.  Məsələ ilə bağlı Lənkəran […]

MARAQLI

Ərdoğan Türkiyə istehsalı olan döyüş təyyarəsinin adını açıqladı – FOTO

“Milli döyüş təyyarəmizin adı indi “Kaan”dır. Ata adı da Dövlət bəydir”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Gələcəyin Yüzilliyi Təşviq Proqramı”nda çıxışında bəyan edib. O bu gün Türkiyənin müdafiə və aviasiya sahəsində daha bir tarix yaşadığını vurğulayıb. “Artıq biz quruda, dənizdə, havada və kosmosda – hər sahədə varıq. Bu gün layihələrimizin yeni mərhələsi ilə millətimizin […]

Siyasət

Rəsmi Bakıdan Ermənistan XİN-ə CAVAB

“Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın “Azadlıq” radiosunun sualına cavabında Laçın yolunda sərhəd-nəzarət keçid məntəqəsinin təsis edilməsi, Ermənistanın Azərbaycan ərazisində qüvvələri, səkkiz kəndin hələ də işğal altında saxlanması ilə bağlı səsləndirdiyi cəfəng iddiaların heç bir əsası yoxdur və onları qətiyyətlə rədd edirik”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan XİN-in mətbuat katibi Ani […]

Cəmiyyət

Rəşad Dağlı məhkəmədə özünü təqsirli bilməyib – YENİLƏNİB + FOTO/VİDEO

Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. “Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin meyxanaçı dostları iştirak ediblər. İclasda prokuror Orxan Səmədov ittiham aktını elan edib. Elan olunmuş ittiham üzrə Rəşad Dağlı qəsdən adam öldürməkdə özünü […]

İqtisadiyyat

Hacıqabulda “Minik avtomobillərinin istehsalı” layihəsinin detalları açıqlanıb

Azərbaycan və Özbəkistanın İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsində reallaşdırmaq istədiyi “Minik avtomobillərinin istehsalı” layihəsinin detalları açıqlanıb. “Report” xəbər verir ki, layihəni Özbəkistan vətəndaşı Otabek Salıyevin rəhbərlik etdiyi “Azərmaş CP” icra edəcək. 88 milyon manat investisiya qoyulması planlaşdırılan istehsal xətti gələn ilin may ayında istismara verilməlidir. Burada ABŞ, İtaliya, […]

Siyasət

TƏBİB-in müavinləri qurumun fəaliyyətinə rəhbərlik edən şəxslər siyahısından çıxarılıblar

TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi TƏBİB-in Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirəcək. President.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərmana etdiyi dəyişiklikdə öz əksini tapıb. Bununla yanaşı qeyd edilib ki, İcraçı direktorun Müşahidə Şurası tərəfindən […]

Dünya

Avstraliyada futbol hakiminə hücum olundu: Çənəsi sındırıldı – FOTO/VİDEO

Avstraliyada futbol hakimi Hodr Yaqiyə hücum olunub. Hakim Sidney ətrafında həvəskarlar liqası matçı zamanı hücuma məruz qalıb və çənəsi sındırılıb. O, xəstəxanaya yerləşdirilib. “Greenacre Eagles” və “Padstow Hornets” komandaları arasında keçirilən oyunun sonunda tamaşaçılardan biri hakimləri təhqir etməyə başlayıb. Bu şəxsin “Greenacre Eagles”ın diskvalifikasiya edilmiş futbolçusu olduğu ortaya çıxıb. Ona bir neçə dəfə irad bildirilib. […]

Siyasət

TƏBİB-ə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq icazəsi verilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək. “Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin TƏBİB-in nizamnaməsinin təsdiq edilməsi barədə imzaladığı fərmanda bildirilib. Qeyd olunub ki, TƏBİB ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. TƏBİB bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. […]

Siyasət

Tacikistanın baş prokuroru Azərbaycanda səfərdə olub – FOTO

Baş prokuror Kamran Əliyevin dəvəti ilə Tacikistan Respublikasının Baş prokuroru Yusuf Raxmonun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olub. Baş Prokurorluqdan verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik […]