Siyasət

Səfir kosmik stansiyaya göndəriləcək Azərbaycan əsilli mühəndislə görüşdü – FOTO

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Türkiyənin Beynəlxalq Kosmik Stansiyasına göndərmək üçün əvəzləyici mühəndisi ilə görüşüb. Bu barədə diplomat “Twitter”də yazıb. “Bu gün Ankaraya qayıtmaq üçün gəldiyim İstanbul hava limanında cənub Prezident Rəcəb Tayyib Ərdoğanın elan etdiyi ilk kosmos səyyahlarından Tuva Cahangir Atasevərlə qarşılaşdıq. Özü Azərbaycan əsillidir və sistem mühəndisidir. Hər sahədə uğurlu gənclərimizlə qürur duyuruq”, – […]

Siyasət

İlham Əliyev və Mehriban Əliyeva “Formula-1” Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar

Aprelin 30-da Bakı şəhər halqasında “Formula-1” üzrə dünya çempionatının dördüncü – Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri yarışa baxırlar. Əvvəlcə Qran-Prinin açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni ifa olundu. Dövlət Himnini “Eurovision-2018” müsabiqəsində Azərbaycanı təmsil edən Aysel […]

Cəmiyyət

Bu gün 9 illik təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanı keçirilib – YENİLƏNİB

Bakı şəhərinin Xəzər, Nizami, Pirallahı rayonlarında, Naxçıvan MR-də, Mingəçevir, Naftalan, Sumqayıt (II hissə), Şirvan, Yevlax şəhərlərində, Abşeron (II hissə), Ağstafa, Balakən, Bərdə, Cəlilabad (II hissə), Goranboy, Göyçay (II hissə), Xaçmaz (II hissə), İsmayıllı, Qax, Qazax, Quba (II hissə), Lerik, Masallı (II hissə), Salyan, Şamaxı, Tərtər, Ucar və Zaqatala rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 […]

İdman

Azərbaycan Qran-prisi: Əsas yarışda Serxio Peres liderdir – YENİLƏNİR

“Formula-1” üzrə Azərbaycan Qran-prisində əsas yarış davam edir.  Oxu.Az xəbər verir ki, “Red Bull” pilotu Serxio Peres 18 dövrədən sonra liderliyi ələ keçirib.  Hazırda onun komanda yoldaşı Maks Ferstappen ikinci, “Ferrari”dən Şarl Lekler üçüncü pillədə qərarlaşıb.  Qeyd edək ki, “Alfa Tauri” komandasının üzvü Nik de Vris yarış zamanı bolidində yaranmış problemlə bağlı uğursuzluq yaşayıb. 15:00 “Formula-1” üzrə Azərbaycan […]

İdman

“Formula-1”: “Alfa Tauri”nin pilotu Nik de Vris uğursuzluq yaşadı

“Alfa Tauri”nin pilotu Nik de Vris “Formula-1” üzrə Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib.  Oxu.Az xəbər verir ki, niderlandlı sürücü yarışı sonadək davam etdirə bilməyib.  10-cu dövrədə onun bolidində problem aşkarlanıb. Qeyd edək ki, saat 15:00-da başlayan Azərbaycan Qran-prisinin əsas yarışında hazırda Maks Ferstappen liderdir. Xeberal.az

Dünya

G7 ölkələri süni intellektdən istifadə üçün beş prinsip hazırlayıb

Yeddilik Qrupu (G7) ölkələri süni intellektli tətbiqlərinin artması fonunda bu cür texnologiyalardan məsuliyyətli istifadə üçün beş prinsip üzərində razılığa gəliblər. Bu barədə bazar günü yayılan, G7-nin rəqəmsal və texnologiya departamentləri rəhbərlərinin Takasaki şəhərində keçirilən görüşünün yekunları üzrə qəbul edilmiş fəaliyyət planında deyilir. Sənəddə göstərilən prinsiplər qanunun aliliyi, hüquqi prosedurlara əməl olunması, innovasiya imkanlarından istifadə, demokratiya […]

İdman

Azərbaycanın 17 yaşadək güləşçilərdən ibarət millisi “Zəfər Kuboku”nda çempion olub

Yeniyetmə yunan-Roma güləşçiləri arasında Türkiyənin Antalya şəhərində keçirilən “Zəfər Kuboku”nda Azərbaycanın U-17 millisi komanda hesabında çempion olub. Azərbaycan Güləş Federasiyasından (AGF) verilən məlumata görə, sözügedən yarışda 4 qızıl, 1 gümüş, 4 bürünc medal qazanan yığma 173 xal toplayıb. Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Elvin Mürsəliyevin rəhbərliyi altında Turan Daşdəmirov (45 kq), Əli Seyidəlili […]

Cəmiyyət

Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının ildönümü qeyd olundu – FOTO

Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 24-cü ildönümü münasibətilə tədbir keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə hərbi hissədə ulu öndər Heydər Əliyevin büstü və şəhidlər abidəsi ziyarət olunub, əklil və gül dəstələri qoyulub. Sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla […]

İdman

“Formula-1”in keçirildiyi trekdə klassik avtomobillərin yürüşü təşkil edildi – FOTO

Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı “Formula-1” Azərbaycan Qran-prisinin keçirildiyi trekdə klassik avtomobillərin yürüşü təşkil edilib. Oxu.Az xəbər verir ki, saat 12:45-də başlayan yürüş bir dövrədən ibarət olub. Müxtəlif illərə aid 30-a yaxın klassik avtomobil yürüşdə nümayiş etdirilib. Klassik avtomobillər yürüşü izləmək üçün gələn azarkeşlərin böyük marağına səbəb olub. Xeberal.az