Dünya

Yaponiya Rusiyaya oyuncaqlar və dron hissələrinin ixracını qadağan edəcək

Yaponiya hökuməti Ukrayna ətrafındakı vəziyyətə görə Rusiyaya qarşı ixrac sanksiyalarını genişləndirib. Bu barədə ölkənin İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi məlumat yayıb. Yenilənmiş siyahıya aviasiya, kosmik sənaye, pilotsuz uçuş aparatlarının (PUA) istehsalı, polad və alüminium məhsulları, optik lif, fotoqrafiya avadanlıqları, təkərli oyuncaqlar və s. əlavə edilib. Qeyd olunur ki, tədbirlər aprelin 7-dən qüvvəyə minəcək. Mənbə: TASS Xeberal.az

Cəmiyyət

Laçın yolunda aksiyaçılar qarlı havaya baxmayaraq etirazlarını davam etdirirlər – YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası hazırda müşahidə olunan soyuq və qarlı hava şəraitinə baxmayaraq, ruh yüksəkliyi ilə davam edir. “Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar. Hazırda şaxtalı hava şəraiti hökm sürür və […]

Dünya

Türkiyənin yeni səsdən sürətli raketi uğurla sınaqdan keçirildi – VİDEO

Türkiyənin ilk səsdən sürətli idarə olunan “İHA230” raketi sınaqdan keçirilib. Bu barədə “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktarın rəsmi “Twitter” səhifəsində paylaşım edilib. Türkiyənin ilk hava-yer tipli səsdən sürətli raketi olan “İHA-230” raketinin 31 Mart 2023-cü il tarixli sınaq atışı uğurla tamamlanıb. Raket Qara dəniz üzərində 140 kilometr məsafədəki hədəfi dəqiqliklə vurmağa nail olub. ✈️ BAYRAKTAR […]

Cəmiyyət

Köməksiz vəziyyətdə qalan paytaxt sakini xilas edilib

Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş halsız vəziyyətdə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Xeberal.az

Dünya

Kanadada çay sahilindən altı nəfərin meyiti tapıldı

Kanada polisi Sent-Lourens çayının sahilindəki bataqlıqda bir uşaq da daxil olmaqla altı nəfərin meyitini tapıb. Mövcud məlumata görə, itkin düşən şəxslər barədə polisə məlumat verildikdən sonra, meyitlər hava kəşfiyyatı zamanı Sahil Mühafizəsi tərəfindən aşkar edilib. Ölənlər Kvebek əyalətinə aid ərazidə tapılıblar. Onların kimlikləri müəyyənləşdirilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd edirlər ki, hadisə ilə bağlı yerli əhali üçün […]

Cəmiyyət

Lənkəranda qəzada piyada ağır xəsarət alıb

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Qumbaşı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Lənkəran rayonunun Qumbaşı kənd sakini, 1988-ci il təvəllüdlü İlkin Natiq oğlu Əzimov ağır kəllə-beyin travması diaqnozu ilə Lənkəran rayon mərkəzi xəstəxanasına qəbul olunub. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyəti […]