Cəmiyyət

Ələtdə 49 yaşlı kişinin ölüm səbəbi məlum olub

Martın 25-i saat 20 radələrində paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1974-cü il təvəllüdlü Dəyanət Cəfərovun üzərində müxtəlif xəsarət izləri olan meyitinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.  Bu barədə Qaradağ Rayon Prokurorluğundan bildirilib. Qeyd olunub ki, ilkin araşdırma zamanı 1989-cu il təvəllüdlü Şahin Quliyevin martın 24-ü günorta saatlarında […]

Dünya

Argentina millisi üçün qurulan yeni idman bazasına Lionel Messinin adı verildi – FOTO

Futbol üzrə Argentina millisi üçün qurulan yeni idman bazasına Lionel Messinin adı verilib. Futbol bazasının açılışında çıxış edən Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Tapia bildirib ki, kompleksdə Argentina millisinin əsas komandası və ölkəni digər yaş qruplarında təmsil edən komandalar yerləşəcək. “Burada məşq və yüksək səviyyəli tibb məntəqəsi fəaliyyət göstərəcək. Bu kompleks Lionel Andres Messinin adını daşıyacaq”, […]

Cəmiyyət

Bərdədə pulemyot satmaq istəyən şəxs həbs edilib – FOTO

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində satış məqsədi ilə “Kalaşnikov” pulemyotunu əldə edib saxlamaqda şübhəli bilinən şəxs cinayət məsuliyyətinə cəlb edilib DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə qanunsuz olaraq satış məqsədi ilə silah-sursat əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini Səyyaf Həsənov tutulub. Ondan […]

Siyasət

Xankəndi-Laçın yolu: ekoaksiya 105 gündür ruh yüksəkliyi ilə davam edir

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 105 gündür davam edir. “Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib. Həmişə olduğu […]

Dünya

Türkiyədə dağıdıcı zəlzələdən sonra qəzalı vəziyyətə düşən minarə uçurduldu – VİDEO

Türkiyənin Hatay vilayətinin İskenderun rayonunda zəlzələ nəticəsində zərər görərək qəzalı vəziyyətə düşən minarənin nəzarət altında uçurdulması həyata keçirilib. Yerli sakinlər Hacı Mehmet Karatoyuk məscidinin uçurdulması anını mobil telefonları ilə qeydə alıblar. Qeyd edək ki, Türkiyədə baş verən sonuncu dağıdıcı zəlzələ nəticəsində ümumilikdə 150 minarə qəzalı vəziyyətə düşüb. Mənbə: DHA Xeberal.az

Dünya

“Avroviziya” mahnı müsabiqəsi Britaniyanın bütün kinoteatrlarında canlı yayımlanacaq

Tarixdə ilk dəfə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin finalı Böyük Britaniyanın bütün kinoteatrlarında canlı yayımlanacaq. Məlumat Avropa Yayım Birliyi də təsdiqləyib. Qeyd edək ki, 2023-cü ilin “Avroviziya” mahnı müsabiqəsi Liverpul şəhərində keçiriləcək. Layihənin yarımfinalları 9, 11 may, finalı isə 13 mayda baş tutacaq. Məlumat üçün onu da bildirək ki, ölkəmizi “Tell me more” ifası ilə Tural […]

Dünya

Ancelina Coli bankirlə görüşür – FOTO

Hollivud aktrisası Ancelina Colinin eko-fəal, bankir, məşhur Rotşild ailəsinin varisi Devid Mayer de Rotşildlə görüşdüyü ortaya çıxıb. Hər iki məşhur fotoqraflardan birinin kamerasının obyektivinə tuş gəliblər. Fotolar 47 yaşlı Ancelina Coli və 44 yaşlı David Mayer de Rotşildin Los-Ancelesdəki restoranlardan birindən çıxarkən çəkilib. Hələlik tərəflərin hansı səbəbdən görüşdüyü məlum deyil. Mənbə: Grazia Xeberal.az

Dünya

ABŞ və Çin arasında “sualtı müharibə” qızışır

ABŞ və Çin fiber-optik kabelin çəkilməsi uğrunda “sualtı müharibə” aparır. Xəbəri yayan mənbənin əldə etdiyi məlumata görə, ABŞ son illərdə Çin şirkətlərinin iştirak etdiyi ən azı altı kabel çəkilişi müqaviləsinin qarşısını alıb. Vaşinqton narahatıdır ki, Çin kəşfiyyatı fiber-optik kabel xəttlərinə müdaxilə edərək internet trafikinə çıxış əldə edə bilər. Xəbərdə qeyd olunur ki, ABŞ və Çin […]

Dünya

Kahramanmaraşda keçi zəlzələnin 47-ci günündə dağıntılar altından sağ çıxdı – VİDEO

Türkiyənin Kahramanmaraş vilayətinin Türkoğlu rayonunda üçmərtəbəli binanın dağıntıları altında qalan keçi zəlzələnin 47-ci günündə sağ çıxarılıb. Keçinin sahibi olan Sezer Tündükozan adlı fermer 1 yaşlı keçisini nə kəsmək, nə də satmaq fikrində olduğunu bildirib. Qeyd olunur ki, keçinin sağ çıxdığı həmin üçmərtəbəli binanın çökməsi nəticəsində orada yaşayan 3 sakin həlak olub. Mənbə: DHA Xeberal.az

Dünya

ABŞ-da uşaqların sosial şəbəkələrə girişi məhdudlaşdırılır

ABŞ-ın Yuta ştatında yaşı 18-dən az olan uşaqlara axşam saat 22:30-dan səhər saat 6:30-a kimi sosial şəbəkələrdən istifadəni qadağan etmək istəyirlər. Artıq sosial şəbəkə qadağa ilə bağlı sənəd qubernator Spenser Koks tərəfindən imzalanıb. Lakin qadağanın 2024-cü ilin martında qüvvəyə minməsi gözlənilir. Həmçinin, yeni qanuna görə, valideynlər uşaqlarının sosial media hesablarına daxil olmaq imkanına sahib olmalıdırlar. […]