Dünya

10 il saxta pasportla Böyük Britaniyaya səfər edib

10 il saxta pasportla Böyük Britaniyaya səyahət edən İrlandiya vətəndaşı məhkəmə önünə çıxarılıb. Belə ki, 76 yaşlı Tomas Rayanın fırıldağı yeni pasport almağa cəhd edərkən üzə çıxıb. Bundan əlavə, T.Rayanın evində aparılan axtarış zamanı tapança və pnevmatik tüfəng də tapılıb. Rayan məhkəmədə bütün ittihamları etiraf edib.  Ona doqquz ay şərti həbs cəzası verilib.   Hakim […]

Dünya

MAQATE baş direktoru Rusiya ordusunun işğal etdiyi əraziyə səfər edəcək

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi gələn həftə Rusiyanın işğalı altında olan Zaporojye AES-ə baş çəkəcək. Ukrayna mətbuatı bu barədə MAQATE-nin mətbuat xidmətinə istinadən xəbər verir. Qeyd olunur ki, R. Qrossi səfər zamanı obyektdə nüvə təhlükəsizliyi ilə bağlı vəziyyəti qiymətləndirəcək. Səfəri barədə açıqlama verən MAQATE-nin baş direktoru söyləyib ki, onun əsas məqsədi […]

Siyasət

Azərbaycan XİN Ermənistana xəbərdarlıq edib – VİDEO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumata əsasən, 25 mart tarixində Azərbaycan Ordusunun bölmələri Laçın yolunun şimalında torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən Azərbaycanın ərazilərinə silah-sursat daşımaqla vəziyyətin daha da gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısını almaq məqsədilə müvafiq nəzarət tədbirləri həyata keçirib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd […]

Dünya

Gürcüstan sərhədlərində robotlar işə cəlb ediləcəklər

Gürcüstan gömrük xidmətinin təşkilində robotlardan istifadə edəcək. Bu barədə ölkənin Maliyyə Nazirliyinin rəhbəri Laşa Xutsişvili məlumat verib. “Robotlar müxtəlif sənədləri qəbul edib rəqəmsallaşdıracaq, onlarda olan səhvləri göstərəcək və gömrük nəzarəti işinə cəlb olunacaqlar”, – deyə Xutsişvili vurğulayıb. Qeyd edək ki, dünyanın bir sıra inkişaf etmiş ölkələri gömrük xidmətinin təşkilində, dəmir yolu stansiyalarında, metroda robotların xidmətindən […]

Dünya

Fransua Olland: “Fransada ekstremistlər hakimiyyətə gələ bilər”

Fransa prezidenti Emmanuel Makron pensiya islahatının əleyhdarlarına barışıq siqnalı göndərməlidir. Bu sözləri Fransanın keçmiş keçmiş prezidenti Fransua Olland Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində söyləyib. F.Olland “Hazırda Fransadakı sosial qarşıdurma kimə sərf edir?” sualına isə belə cavab verib: “Bunu yalnız 2027-ci ildə keçiriləcək prezident seçkilərindən sonra anlamaq mümkün olacaq”. Fransua Olland fikrinin davamında bildirib ki, hazırda […]

İdman

“Qalatasaray” Bakıya gəlib – FOTO/VİDEO

Xeyriyyə oyununda “Qarabağ”ın qonağı olacaq Türkiyə “Qalatasaray”ı Bakıya gəlib. İstanbul təmsilçisini daşıyan təyyarə təqribən bir saat əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Komandanı hava limanında çoxsaylı azarkeşlər qarşılayıblar. Onlar komandanın ulduzları ilə şəkil çəkdirib, müxtəlif şüarlar səsləndiriblər. Qeyd edək ki, martın 26-da keçiriləcək “Qarabağ” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün […]

Cəmiyyət

Bakıda havadakı dəm qazının miqdarını azaltmaq üçün nə edilməlidir ? – VİDEO

Bakıda atmosferdə dəm qazının miqdarı normadan 1,6-2 dəfə artıqdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bununla bağlı açıqlama yayıb. Bildirilib ki, son günlər havada dəm qazının miqdarının çox olması, adətən nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması ilə əlaqədardir. Xezerxeber.az-ın məlumatına görə, ekoloq Rauf Sultanov deyib ki, Bakı şəhərində havanın tərkibində karbon oksidinin çox olmasının əsas səbəbi nəqliyyat […]

Dünya

Dağ keçiləri duz ehtiyatlarını təmin etmək məqsədi ilə magistral yola endilər – VİDEO

Türkiyənin Tunceli bölgəsində adı “Qırmızı kitab”a düşən dağ keçiləri duz ehtiyaclarını ödəmək üçün dağlardan magistral yola eniblər. Həmin vaxt ərazidən keçən sürücü dağ keçilərini telefonuna çəkərək sosial şəbəkələrdə paylaşıb. Məlumat üçün qeyd edək ki, xüsusi mühafizə altında olan çöl keçiləri nadir hallarda insanların istifadəsində olan ərazilərdə görünürlər. Mənbə: İHA Xeberal.az

Cəmiyyət

Yer kürəsində güclü geomaqnit qasırğası müşahidə edilir: XƏBƏRDARLIQ – VİDEO

Yer kürəsində güclü geomaqnit qasırğası müşahidə edilir. Qasırğanın 3 gün davam edəcəyi proqnozlaşdırılır. Xezerxeber.az-ın məlumatına görə, Coğrafiya İnstitunun şöbə müdiri Ənvər Əliyev deyir ki, son günlər Günəşin daxilindəki aktivlik geomaqnit qasırğası ilə nəticələnib. Günəşdə bu proses hər 11 ildən bir təkrarlanır. Günəş səthinin maqnit ləkələri ilə örtülü olan hissəsində partlayış nəticəsində əmələ gələn qızmar buludlar […]

MARAQLI

Maqnit qasırğasının “tərs” üzü – FOTO

Yer kürəsində davam edən güclü maqnit qasırğasına görə, müxtəlif ölkələrdə qütb parıltısı müşahidə edilib. Sosial şəbəkələrdə bununla bağlı görüntülər paylaşılıb. Xatırladaq ki, G3 səviyyəsində maqnit qasırğası artıq üçüncü gündür, davam edir. Elm adamları texnologiyada müəyyən  problemlər yarana biləcəyi ilə bağlı xəbərdarlıq ediblər, həmçinin meteohəssas insanların səhhətində narahatlıqlar müşahidə edilib. Mənbə: “Lenta Dnya” “Telegram” kanalı Xeberal.az