Dünya

Tehran Universitetinin professoru tənqidi çıxışı ilə hökumətin qabiliyyətsizliyini ifşa etdi – VİDEO

Tehran Universitetinin professoru Müctəba Əmiri öz tənqidi çıxışı ilə hökumətin qabiliyyətsizliyini ifşa edib. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib. O, verdiyi müsahibədə İran hökumətinin rəsmilərini tənqid edərək deyib: “Bəziləri deyirlər ki, korrupsiya Həzrət Əlinin dövründə də olub. Amma bundan xəbərsizdirlər ki, Əlinin hakimiyyəti cəmi 4,5 il sürüb. Lakin biz 45 ildir ki, hakimiyyətdəyik […]

Cəmiyyət

Fitili çəkilmiş saatlı bomba: Atom sahəsi üzrə mütəxəssislər həyəcan təbili çalırlar – FOTO

Qardaş Türkiyədə yaşanan güclü zəlzələ Ermənistanda yerləşən və bölgə dövlətləri üçün ciddi təhdid yaradan “Metsamor” Atom Elektrik Stansiyası (AES) ilə bağlı məsələni yenidən gündəmə gətirib. Mütəxəssislər həyəcan təbili çalırlar. Heç kim seysmik zonada yerləşən AES ətrafında da zəlzələnin baş verəcəyini istisna etmir. Bu zaman isə zəlzələdən də irimiqyaslı fəlakət yaşana bilər. “Metsamor” AES Azərbaycana, Türkiyəyə, […]

Dünya

Ərdoğan zəlzələ qurbanları ilə bağlı son statistikanı AÇIQLADI

Zəlzələdən zərər çəkən Hatayda olan Prezident Rəcəb Tayyib Ərdoğan son təbii fəlakətlə bağlı açıqlamalar verib. O, ölənlərin sayının 48 mini, yaralananların sayının isə 115 mini keçdiyini, 50 min binanın dağıldığı bildirib. “Fəlakətin ən çox dağıntı və insan ölümünə səbəb olduğu vilayət Hataydır. Ölənlərin sayının 48 mini, yaralananların sayının 115 mini keçdiyi, 50 min binanın dağıldığı […]

İdman

“Qalatasaray”la “Qarabağ” qarşılaşacaq

Türkiyənin “Qalatasaray” klubu Bakıda yoldaşlıq görüşü keçirəcək. Bu barədə Sportal.az saytına “sarı qırmızılar”ın İdarə heyətinin üzvü Emin İmanov məlumat verib. Azərbaycanlı klub rəsmisinin dediyinə görə, İstanbul təmsilçisi Azərbaycan çempionu “Qarabağ”la qarşılaşacaq. Oyun 2023-cü ildə Bakıda baş tutacaq. Matçın dəqiq tarixi iki klub arasında baş tutacaq müzakirələrdən sonra bəlli olacaq. Xeberal.az

Dünya

Türkiyə və ABŞ arasında F-35 qırıcıları ilə bağlı müzakirələr davam edir

Türkiyə ABŞ-dən F-35 qırıcıları layihəsinə yatırılan vəsaitin Ankaraya qaytarılması, həmçinin Türkiyə Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulan 5 təyyarənin təhvil verilməsi məsələsinə konstruktiv yanaşma gözləyir. Bunu bazar günü “Anadolu” agentliyinə müsahibəsində Türkiyə Milli Müdafiə Nazirliyinin rəhbəri Hulusi Akar deyib. “F-35 ilə bağlı müəyyən təmaslar və müzakirələr davam edir. Texniki və maliyyə məsələləri müzakirə olunur. Bizi […]

Dünya

Yunanıstanda kütləvi etirazlar davam edir – VİDEO

Bazar günü Yunanıstanda minlərlə nümayişçi yeni etiraz aksiyalarına qoşulub. Ölümcül qatar qəzasına görə əhali hökumətə təzyiqlər göstərir. Fevralın 28-də Yunanıstanın mərkəzində sərnişin və yük qatarının toqquşması nəticəsində əksəriyyəti tələbə olmaqla 57 nəfər həlak olub. Faciə nəticəsidə ictimai qəzəb dəmiryol şəbəkəsinin uzun müddət davam edən yanlış idarəçiliyinə yönəlib. Etirazçılar Afinada parlamentin qarşısındakı meydanı dolduraraq “Unutmayacağıq, bağışlamayacağıq” […]

Cəmiyyət

Salyanda partlayış olub: Xəsarət alan var

Salyanın Yuxarı Noxudlu kəndində qızdırıcı cihazın partlaması nəticəsində bir nəfər yanıq xəsarətləri alıb. “Report”un Aran bürosunun məlumatına görə, kənd sakini, 1987-ci il təvəllüdlü Həsənov Amid Əmrah oğlu öz evinin həyətində qızdırıcı cihazla (“primus”la – red.) iş görərkən cihaz partlayıb. A.Həsənov partlayış zamanı ağır yanıq xəsarətləri alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır […]

Siyasət

Çağırışlar və ümidlər forumu – FOTO

Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edib. 9-11 mart tarixlərində Bakıda X Qlobal Bakı Forumu keçirilib. Prezidenti İlham Əliyevin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən keçirilən Forum bu dəfə “Dünya bu gün: çağırışlar və ümidlər” mövzusuna həsr olunub. “Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib. Beynəlxalq tədbirdə 4 Prezident, […]

İdman

“Arsenal”dan böyük hesablı qələbə, “Mançester Yunayted” autsayderlə bacarmadı – VİDEO

İngiltərə Premyer Liqasında XVII tur davam edir. Oxu.Az xəbər verir ki, lider “Arsenal” “Fulhem”in qonağı olub. London klublarının duelində “topçular” sevinib. Mikel Artetanın komandası səfərdə 3 cavabsız qolla qələbə qazanıb. Qabriel Maqalyansın hesabı açdığı qarşılaşmada digər qolları Gabriel Martinelli və Martin Edeqor vurub. Qələbə sayəsində xalını 66-ya yüksəldən “Arsenal” “Mançester Siti” ilə fərqi yenidən 5-ə […]

Cəmiyyət

Türkiyənin milli müdafiə naziri ABŞ ilə danışıqların nəticəsini açıqladı – Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirildi. Saxlanılanlar var. Qardaş ölkəyə humanitar yardım aparan Fövqəladə Hallar Nazirliyinin ikinci avtomobil karvanı geri qayıdır. Nəqliyyat vasitələri bu gün Bakıya yola düşdü. Türkiyə F-16-larla bağlı Amerika Birləşmiş Ştatları ilə razılığa gəlir. Qardaş ölkənin milli müdafiə naziri Hulusi Akar danışıqların nəticəsini açıqladı. Rusiyada dəhşətli […]