Cəmiyyət

ABŞ-dəki Azərbaycan Məktəbinin fəaliyyəti bərpa olunub – FOTO

ABŞ-nin paytaxtı Vaşinqtonda fəaliyyət göstərən Amerika-Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində yerləşən Azərbaycan məktəbinin fəaliyyəti bərpa olunub. “Report”un ABŞ bürosu xəbər verir ki, məktəbin yenidən bərpası ilə bağlı keçirilən tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Xəzər İbrahim, diplomatlar, Vaşinqtonda yaşayan azərbaycanlı ailələrin övladları və icmanın aktivləri iştirak ediblər. Xəzər İbrahim çıxışında bildirib ki, hər bir millətin varlığını […]

Dünya

Fransada növbəti milli ayrı-seçkilik – Xəbərlərin 23:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. “Qarabağda təxminən 10 minlik şəxsi heyət qalmaqdadır”. Prezidentin köməkçisi Hikmət Hacıyev Qarabağdakı qeyri-qanuni erməni həbi birləşmələrinin sayını açıqladı. İmtahan keçirilən binaya arxa pəncərədən girməyə çalışdılar. Dövlət İmtahan Mərkəzi məlumat yaydı. Fransada növbəti milli ayrı-seçkilik. Korsikada yerli dil qadağan olundu. Daha ətraflı BAKU NEWS-un 23:00 buraxılışında:   Xeberal.az

Müsahibə

Hikmət Hacıyev: “Ermənistan məqsədli şəkildə sülh müqaviləsini imzalamaqdan yayınır” – MÜSAHİBƏ + VİDEO

“Ermənistan məqsədli şəkildə prosesi pozaraq Azərbaycanla sülh müqaviləsini imzalamaqdan yayınır və vaxt udmağa çalışır”. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Report”a müsahibəsində bildirib. Həmin müsahibəni təqdim edirik: – Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan tərəfindən verilmiş son açıqlama ilə bağlı nə deyə bilərsiniz? – Ermənistanın 30 […]

İdman

“Beşiktaş” səfərdə “Başakşehir”ə qalib gəldi – VİDEO

Futbol üzrə Türkiyə çempionatının 24-cü turunda “Başakşehir” evində “Beşiktaş”ı qəbul edib. Qarşılaşmaya fəal başlayan qonaqlar 15-ci dəqiqədə V.Abubakarın qolu ilə önə keçiblər. Qarşılaşmanın 35-ci dəqiqəsində meydan sahiblərinin heyətində A.Yanuzay qırmızı vərəqə alıb. Qarşılaşmanın ikinci hissəsində “Beşiktaş” hesabı 2:0-a çatdırıb. Qarşılaşma bu hesabla yekunlaşıb.     Xeberal.az

Siyasət

Sahibə Qafarova Ermənistan parlamenti spikerinin yalan iddialarını ifşa edib

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın 146-cı Assambleyasında Ermənistan parlamenti spikerinin Laçın yolunun guya “blokada” olunması ilə bağlı əsassız iddialarını tamamilə rədd edib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin sədri və Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova Bəhreyn Krallığının paytaxtı Manama şəhərində keçirilən Parlamentlərarası İttifaqın 146-cı […]

Cəmiyyət

Danışarkən edilən fərqli üz, əl-qol hərəkətləri xəstəlikdir, yoxsa vərdiş? – ARAŞDIRMA + FOTO

Bəzi insanların danışarkən tez-tez fərqli üz, əl-qol hərəkətləri etdiyinin şahidi oluruq. “Bəs bizə qəribə görünən bu hərəkətlərin səbəbi nədir?” – sualını veririk. “Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib. Bizim üçün fərqli görünən bu hərəkətlərin adı tibdə nevroloji tikdir, yəni sinir yığılmaları. Tiklər – istənilən yaşlı insanlarda qeyri-ixtiyari qısamüddətli əzələ yığılması nəticəsində baş verir. Sinir yığılmaları […]

Dünya

Daha bir partiya sədri Türkiyə prezidentliyinə namizəd oldu

Türkiyədə qarşıdangələn prezident seçkilərində daha bir namizəd açıqlanıb. Belə ki, Məmləkət Partiyasının lideri Məhərrəm İncə prezidentliyə namizədliyini bəyan edib. Qeyd edək ki, Türkiyədə prezident seçkiləri mayın 14-də keçiriləcək. Xatırladaq ki, bir müddət öncə 6 siyasi partiyanı özündə birləşdirən Millət İttifaqı Cumhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun seçkilərdə vahid namizədliyini irəli sürmüşdü. Xeberal.az

Cəmiyyət

Müdafiə Nazirliyinin hərbi qulluqçusu odlu silahdan açılmış atəş nəticəsində ölüb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Nəzərzadə Nihad Natiq oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə əlaqədar cinayət işi başlanılıb. Bu barədə Oxu.Az-a Hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib. Əsgər Nəzərzadə Nihad Natiq oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi faktı […]

Siyasət

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə ASEAN Parlamentlərarası Assambleyası memorandum imzalayıb

Milli Məclisin sədri Sahibə Qafarovanın Bəhreyn Krallığının paytaxtı Manama şəhərinə işgüzar səfəri çərçivəsində ASEAN Parlamentlərarası Assambleyasının Baş katibi Siti Rozaimeriyanti Dato Haji Abdul Rahman ilə görüşündə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə ASEAN Parlamentlərarası Assambleya arasında anlaşma memorandumu imzalanıb. Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə Milli Məclislə ASEAN PA arasında əməkdaşlığın yüksək […]