İqtisadiyyat

Ağdamda İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun iclası keçirilib – FOTO

İşğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi, regionun investisiya cəlbediciliyinin artırılması və dayanıqlı məşğulluğun təmin olunması istiqamətində müzakirələr aparılıb. Oxu.Az  xəbər verir ki, Ağdamda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib. İqtisadiyyat nazirinin birinci […]

Cəmiyyət

Bakıda kişi hündürlükdən yıxılıb öldü

Bakıda kişi hündürlükdən yıxılıb. “Lent.az”  xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb. 67 yaşlı Bağırov Əflatun Bağır oğlu martın 4-də evdə təmir işi edərkən hündürlükdən yıxılıb. O, xəstəxanaya yerləşdirilsə də, martın 11-də orada ölüb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

MARAQLI

Zəlzələdə bir pəncərəsi belə qırılmadan yanı üstə aşan bina barədə qərar verildi – FOTO/VİDEO

Türkiyədə fevralın 6-da baş verən zəlzələ zamanı təməlindən qoparaq bir pəncərəsi belə qırılmadan yanı üstə aşması ilə hər kəsi təəccübləndirən bina barədə qərar verildi. Artıq onun sökülməsinə başlanılıb. Qeyd edək ki, sözügedən bina Gölbaşı rayonunda yerləşir. Binanın bütöv şəkildə böyrü üstə aşması sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olmuşdu. Mənbə: “Anadolu” Agentliyi Xeberal.az

Kriminal

Yevlaxda bir ailənin üç üzvü bıçaqlanıb

Yevlax rayonunda bir ailənin üç üzvü bıçaqlanıb. APA-nın məlumatına görə, rayon sakini Səbuhi Həsənov həyat yoldaşı Nazənin Həsənova, onun anası Vüsalə Bağırova və qayınanasının qardaşı Ümid Bağırovu bıçaqlayıb. Onlar xəstəxanaya yerləşdirilib. Ümid Bağırovun vəziyyəti ağır, digərlərinin durumu orta-ağır qiymətləndirilir. DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən Səbuhi Həsənov polis […]

Dünya

Tiflisdə parlament binası yaxınlığında mitinq keçirilir

“Qirçi” müxalifət partiyası Tiflisdə parlament binası yaxınlığında orduya məcburi çağırışa qarşı mitinq keçirir. “Biz məcburi qarovulun (həbsxanalarda qarovul xidmətinin) ləğvini tələb edirik. Əgər həqiqətən orduda islahat aparmaq istəyiriksə, bu saxta islahatdan əl çəkməli, heç kimi zorla orduya gətirməməkdən, əsgərlərə normal məvacib verməkdən, onlara şərait yaratmaqdan başlamalıyıq”, – parlamentdəki “Qirçi” siyasi qrupunun rəhbəri İaqo Xviçia bildirib. […]

Dünya

Finlandiyanın baş naziri Ukraynaya qırıcıların tədarükünü istisna etmədi

Helsinki “McDonnell Douglas F/A-18 Hornet” qırıcılarının Ukraynaya təhvil verilməsi məsələsinə baxacaq. Bu barədə Finlandiyanın Baş naziri Sanna Marin bildirib.  “Hesab edirəm ki, biz “Hornet”in Ukraynaya verilməsinin mümkünlüyü və bunun üçün hansı hazırlıq tələb olunduğunu müzakirə edə bilərik”, – deyə o vurğulayıb. Marin bu məsələ ilə bağlı müzakirələrin ilkin mərhələdə olduğunu və Finlandiyanın beynəlxalq səviyyədə tərəfdaşlığa […]

Cəmiyyət

Bakı-Ağstafa sürətli qatar marşrutu üzrə əlavə reys təyin edilib

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Novruz bayramı ilə əlaqədar olaraq Bakı-Ağstafa marşrutu üzrə artan sərnişin tələbatını qarşılamaq məqsədilə 18 və 19 mart tarixlərində əlavə reys təyin edir. Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildirilib. Belə ki, müvafiq tarixlərdə Bakı Dəmiryol Vağzalından səhər saat 08:25-də Ağstafaya yola düşən ilk sürətli qatar saat 13:20-də, […]

Siyasət

Albaniya Prezidenti Bayram Beqay Azərbaycan Respublikasına işgüzar səfərə gəlib

Albaniya Respublikasının Prezidenti Bayram Beqay martın 11-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Albaniya Prezidenti Bayram Beqayı Azərbaycanın energetika naziri Pərviz Şahbazov və digər rəsmi şəxslər qarşılayıblar. Albaniya prezidenti Heydər Əliyev Mərkəzində keçiriləcək Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbirdə iştirak edəcək. […]

Dünya

“Oskar” mükafatının namizədləri açıqlandı – SİYAHI

Bazar ertəsi, martın 13-nə keçən gecə “Oskar” mükafatının 95-ci təqdimetmə mərasimi keçiriləcək. Nominasiyaların sayına görə lider “Everything Everywhere All at Once” filmi olub. Builki mükafatlar üçün ən yaxşı namizədlər bunlardır: Ən yaxşı film: “Avatar: The way of water”; “Tar”; “Top Gun: Maverick”; “The Fabelmans”; “Elvis”; “Im Westen nichts Neues”; “Everything Everywhere All at Once”; “The […]

Cəmiyyət

Bakıda bu qədər silah haradandır? – Artan kriminal hallarla bağlı polis rəisindən AÇIQLAMA + FOTO

Azərbaycanda silahlı basqın və odlu silahla törədilən cinayətlərin sayının artdığı müşahidə olunur. Bu da İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan silahların bir qisminin mütəşəkkil cinayətkar qruplaşmaların əlinə keçməsi ilə bağlıdır. Bu fikirləri Bakupost.az-a sabiq polis rəisi, polkovnik Əlövsət Əliyev bildirib. Onun sözlərinə görə, müharibə şəraitindən istifadə edərək, qanunsuz yollarla odlu silah əldə edən şəxslər onları cinayətkarlara satırlar. Qeyri-qanuni […]