Kriminal

Övladlarını qumbara ilə partladıb öldürməyə cəhddə ittiham olunan şəxsin məhkəməsi keçirildi

12 il öncə boşandığı həyat yoldaşını, qayınanasını və övladlarını qumbara ilə partladıb öldürməyə cəhddə ittiham olunan İntizam Nəcəfovun məhkəməsi keçirilib. “Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan iş üzrə dindirilən Nəcəfov özünü təqsirli bilməyib. O, ifadəsində deyib ki, ittiham yalandır, əgər onları öldürmək niyyəti olsaydı, qumbaranı həyətdəki boş sahəyə yox, evin içinə atardı: “Mən […]

Cəmiyyət

Bakıda evdə yanğın olub

Bakı şəhərinin Xəzər rayonunda yanğın olub. Oxu.Az FHN-ə istinadla xəbər verir ki, ümumi sahəsi 180 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları 60 m² sahədə və ondulindən ibarət dam örtüyü 70 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Xeberal.az

İdman

Səkkiz qol vuruldu, “Bavariya” zirvəni ələ keçirdi – VİDEO

Almaniya Bundesliqasında XXIV turun oyunları keçirilir. Oxu.Az xəbər verir ki, “Bavariya” öz meydanında “Auqsburq”la qarşılaşıb. Görüş Münhen klubunun 5:3 hesablı qələbəsi ilə başa çatıb. “Bavariya”nın heyətində Benjamin Pavar dubl edib, Joau Kanselu, Leroy Sane və Alfonso Deyvis hərəyə bir dəfə fərqlənib. Bu qələbədən sonra xallarının sayını 52-yə çatdıran “Bavariya” Dortmund “Borussiya”sından 3 xal önə keçərək, […]

Cəmiyyət

Britaniyalı səfir “Qarabağ” futbol klubuna müraciət etdi: “Bizi üzv kimi qəbul edərsiz?” – FOTO

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld “Qarabağ” futbol klubuna müraciət edib. O, zarafatla “bizi üzv kimi qəbul edərsiz?” deyə soruşub.  Səfir bununla bağlı “Twitter” səhifəsində paylaşım edib. Paylaşımda deyilir: “Bu gün səfirliyin əməkdaşları ilə futbol oynadıq. Həm işdən ayrılan əməkadaşlarımız ilə sağollaşdıq, həm də həyatımıza idman qatdıq. “Qarabağ”, bizi üzv kimi qəbul edərsiz?”. Bu gün səfirliyin […]

Siyasət

İcma sözçüsü: “Qərbi azərbaycanlılar reinteqrasiyaya və dinc yanaşı yaşamağa razıdırlar”

Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Azərbaycan tərəfinin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə inteqrasiyası barədə məsələni gündəmə gətirməsinin danışıqlar prosesinin irəli aparılmasına çətinlik törətməsi barədə iddiası və Ermənistan hökumətinin Qarabağ ermənilərinin hüquqları məsələsi ilə bağlı spekulyasiyalarına toxunub. AZƏRTAC xəbər verir ki, o, bununla bağlı deyib: “Sakinlərin yaşadıqları ölkəyə […]

İdman

Tovuzda qollu heç-heçə, “Qarabağ” böyük hesabla qalib gəldi

Azərbaycan Premyer Liqasında XXVI turun daha iki oyunu keçirilib. Oxu.Az xəbər verir ki, günün ilk görüşü Tovuzda olub. Ayxan Abbasovun rəhbərlik etdiyi yerli komanda burada “Qəbələ”ni qonaq edib. Görüşdə qalib müəyyənləşməyib – 1:1. Hesabı 19-cu dəqiqədə penaltidən meydan sahiblərinin hücumçusu Runi Eva açıb, ancaq hissə başa açtmamış Felipe Santos tarazlığı bərpa edib. Bu nəticədən sonra […]

Cəmiyyət

Xidmət direktoru: “Şuşada tarixi abidələrin, xiyabanların, parkların təmizlənməsi işləri intensiv aparılır”

“Şuşada tarixi-mədəni abidələrin, şəhəriçi yolların, parkların, xiyabanların təmizlənməsi işləri intensiv aparılır”. Bunu “Report”un Şuşaya ezam olunmuş əməkdaşının sualını cavablandırarkən Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin Mənzil-Kommunal Təmir Xidmətinin direktoru Nicat İsgəndərov deyib. 30 il işgal ərzində tarixi abidələrimizin dağıdılaraq yararsız vəziyyətə salındığını qeyd edən N.İsgəndərov bildirib ki, eyni zamanda Şuşada ağacların, kolların budanması işləri də görülür: “Mövsümi […]

Cəmiyyət

Necə az pul xərcləyib, Novruz bayramına hazırlaşa bilərik? – ARAŞDIRMA

Novruz bayramına sayılı günlər qalıb. Artıq həm marketlər, həm də səyyar satış məntəqələrində bayram bazarlığı məhsulları satışa çıxarılıb. Məhsul bol, qiymətlər isə…  Qarşıdan Novruz gəlir. Torpağın oyanışı, yazın başlanğıcının xəbərçisi. Novruz hər birimizin səbirsizliklə gözlədiyi, adət-ənənələri ilə ailəmizə sevinc bəxş edən ən qədim milli bayramlarımızdandır. Rəngarəng adət-ənənələrlə, folklorumuzun ən şirin deyimləriylə zəngin bu bayramın həm […]

İdman

“Real” Barselona klubuna 3 qolla qalib gəldi – VİDEO

İspaniya La Liqasının XXV turu Madrid – Barselona qarşıdurması ilə əlamətdar olub. Oxu.Az xəbər verir ki, paytaxtın “Real” klubu öz meydanında Barselona təmsilçisi “Espanyol”la qarşılaşıb. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hesabı qonaqlar açıb. Xoselu 8-ci dəqiqədə fərqlənib. Bundan sonra Vinisius Junior (22-ci dəqiqə) və Eder Militao (39) ilk, Marko Asensio isə […]

Cəmiyyət

DYP moped sürücülərinə müraciət edib – VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) moped sürücülərinə müraciət edib. BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, son vaxtlar bir çox insan moped sürücülərindən şikayət edir. O qeyd edib ki, moped sürücüləri tıxaclarda təhlükəli manevrlər edir, heç bir təhlükəsizlik avadanlıqlarından istifadə etmir, yol hərəkəti qaydalarını bəzən kobud şəkildə pozurlar: “Moped sürücülərinin çoxu kuryer xidməti ilə məşğul […]