İdman

İspaniyada polislər “Fənərbağça” azarkeşlərini döydülər – VİDEO

Avropa Liqasının 1/8 final mərhələsində “Fənərbağça” İspaniyada “Sevilya”ın qonağıdır. Oxu.Az xəbər verir ki, qarşılaşmada xoşagəlməz hal yaşanıb. Matçı izləmək üçün “Ramon Sançes Pisxuan” stadionuna gedən türkiyəli azarkeşlər İspaniya polisinin təzyiqinə məruz qalıblar. Sosial şəbəkələrdə yayılan görüntülərdə polislərin azarkeşləri döydüyü görünür.   Xeberal.az

Dünya

İsrail İranla bağlı mühüm qərarların qəbuluna hazırlaşır

İranın nüvə silahına sahib olmaq istəyi İsraildən istənilən addıma hazır olmasını tələb edir. Bunu İsrailin müdafiə naziri Yoav Qalant amerikalı həmkarı Lloyd Ostin ilə görüşündən sonra deyib. Nazirin sözlərinə görə, təcili və vacib qərarlar qəbul etmək üçün doğru zamandır. “İran nüvə silahı əldə etmək və təkcə İsraili deyil, bütün dünyanı təhdid etmək niyyətindədir”, – Qalant […]

Dünya

Gürcüstanda xarici agentlər haqqında qanun yenidən səsverməyə çıxarılacaq

Gürcüstanın parlament çoxluğu cümə günü keçiriləcək iclasda ikinci oxunuşda xarici agentlər haqqında qanun layihəsinin əleyhinə səs verəcək. Bu barədə cümə axşamı “Gürcü arzusu” fraksiyasının lideri Mamuka Mdinaradze məlumat verib. O izah edib ki, qaydalara əsasən, “Gürcü arzusu”nun cümə axşamı geri götürmək qərarına gəldiyi qanun layihəsinə sənədin birinci oxunuşda qəbul edildiyi eyni plenar həftədə baxıla bilməz. […]

Dünya

İmran Xan yenidən həbs oluna bilər

Pakistanın Bəlucistan əyalətinin Kvetta rayon məhkəməsi ölkənin keçmiş baş naziri və müxalif Ədalət Naminə Hərəkat Partiyasının sədri İmran Xana qarşı zaminə buraxılmadan həbs qərarı verib. Məlumata görə, məhkəmə “Xanın tutularaq məhkəməyə təqdim edilməsi”ni hökm edib. Martın 6-da Kvetta polisi İslam Respublikasının keçmiş baş naziri barəsində dövlət qurumlarına qarşı “nifrətin qızışdırılmasına” görə iş açıb. Belə ki, […]

Dünya

Gürcüstanda etirazçılar hökumətin istefasını və növbədənkənar seçki tələb etdilər – YENİLƏNİB + VİDEO

Gürcüstanda axşam saatlarında kütləvi etirazlar davam edir. Artıq etirazçılar ölkədə hakimiyyətin dəyişdirilməsini tələb edirlər. Müxalifət siyasətçiləri tribunadan etirazçılar qarşısında çıxış edərək növbədənkənar parlament seçkilərinin keçirilməsinin zəruriliyini bəyan ediblər. Eyni zamanda, müxalifətin bir hissəsi Avropaya gedən yolun və kursun toxunulmazlığına əmin olana qədər etirazları dayandırmayacaqlarını vurğulayır. Martın 10-u yerli vaxtla saat 11-də Tiflisdə etiraz aksiyalarının davam […]

Dünya

Konfrans Liqası: “Vest Hem” səfərdə qazandı, “Vilyarreal” qələbəni əldən verdi – VİDEO

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin ilk matçları keçirilir. Oxu.Az-ın məlumatına görə, ikinci oyun gününün ilk seansında daha üç qarşılaşma baş tutub. İngiltərənin “Vest Hem” klubu Kiprdə Larnaka AEK-inin qonağı olub. Matç ingilislərin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qolu ilk hissədə Maykl Antonio vurub. “Nitsa” (Fransa) Moldovada “Şerif”in qonağı olub. Fransızlar rəqib […]

Cəmiyyət

“Ağsu Siti”nin prezidenti barəsində cinayət işi başlanıb

“Ağsu Siti” idman klubunun prezidenti Rəmzi Eminli barəsində cinayət işi başlanıb. APA-nın əldə etdiyi xəbərə görə, klub prezidentinin yalan vəd verərək özgənin pulunu ələ keçirdiyi iddia olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata yaxın saatlarda baxılacaq. […]

Dünya

İbrahim Kalın: “İsveç və Finlandiyanın NATO-ya üzvlük üçün atdığı müsbət addımları görürük”

İsveç və Finlandiya NATO-ya daxil olmaqla bağlı tələb olunan üçtərəfli memorandumu həyata keçirmək üçün müsbət addımlar atırlar. Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib. Bu, Quranın yandırılması və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın ünvanına təhqirlər nəticəsində yaranan uzunmüddətli gərginlikdən sonra Ankaranın Stokholmun ünvanına səsləndirdiyi ilk müsbət fikirlər olub. “Biz yalnız üçtərəfli razılaşmanın tam icrasını gözləyirik. Onlar […]

Cəmiyyət

Səkkiz yaşlı qızını cinsi istismara sövq edən anaya ağır cəza verildi

Pul qarşılığında 8 yaşlı qızının cinsi istismarına şərait yaradan anaya hökm oxunub. “Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda ana və azyaşlını zorlayan iki nəfər barəsində yekun məhkəmə aktı qəbul edilib. İttihama görə azyaşlı, 2010-cu il təvəllüdlü (hadisə baş verən anda 8 yaşı olan) Şəbnəm Əsgərova (ad, […]