Dünya

Hatayda “Lodos” küləyi balıqçı gəmilərini batırdı – FOTO/VİDEO

Türkiyənin Hatay vilayətinin İskenderun rayonunda “Lodos” küləyi (cənub-qərb istiqamətində) baş qaldırıb. Nəticədə bəzi balıqçı gəmiləri batıb. İskenderun körfəzində təsirli olan “Lodos” küləyi limanda lövbər salan bəzi balıqçı qayıqlarının batmasına səbəb olub. Digər qayıqların da batmaması üçün ərazidə işlər aparılır. Mənbə: Haber Global  Xeberal.az

Dünya

Conson atasını “Cəngavər titulu”na namizəd göstərdi – FOTO

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson atası Stenli Consonu “Cəngavər titulu”na namizəd göstərib. Qeyd olunur ki, keçmiş Baş nazir fəxri adlara layiq bildiyi şəxslərin namizədliyini irəli sürmək haqqına sahibdir. Conson 100-ə yaxın şəxsin namizədliyini irəli sürüb. Bu, onun sələflərinin təqdim etdikləri saydan çoxdur. Belə ki, Tereza Mey siyahıya 60 nəfəri, Devid Kemeron isə 62 […]

Dünya

Zəlzələ bölgəsindən qayıdan türkiyəli aktyor “Instagram”ını “təmizlədi”: Sənətçi dostlarını sildi – FOTO

Məşhur türkiyəli aktyor Uraz Kaygılaroğlu “Instagram” hesabında 400 nəfəri izləmədən çıxarıb. Uraz Kaygılaroğlu “Saadet Öğretmen” Uşaq İstismarı ilə Mübarizə Dərnəyinin layihəsi çərçivəsində Qaziantep və Kahramanmaraşda olub və zəlzələ qurbanları olan uşaqları ziyarət edib. Məşhur aktyor səfərdən qayıtdıqdan sonra “Instagram” hesabını “təmizləmək” qərarına gəlib və 400 nəfəri izləmədən çıxarıb. Uraz Kaygılaroğlunun izləmədən çıxardıqları arasında türkiyəli aktyorlar Engin […]

Dünya

Depp rəsmlərini sataraq 5 milyon dollardan çox qazanıb – FOTO

Amerikalı aktyor və kinorejissor Conni Depp rəsmlərinin satışından 5,4 milyon dollar qazanıb. Rəssamın musiqiçi Bob Marli, yazıçı Hanter S.Tompson, aktyorlar Hit Ledcer, River Feniks və digər məşhurların yer aldığı silsilə əsərləri Londondakı “Castle Fine Art Gallery”də nümayiş etdirilib və bir neçə gün ərzində satılıb. Depp yüksək satış nəticələrindən təsirləndiyini etiraf edib. “İşlərimi ilk dəfə görən […]

MARAQLI

“Google”da “Baby Yoda” sürprizi: Axtarış edənlərin nəticələrini parçalayıb atır

“Google”da axtarış edənlər böyük sürprizlə qarşılaşıblar. Sürprizlər etməyi sevən “Google” öz istifadəçiləri üçün “The Mandalorian” serialının üçüncü sezonu şərəfinə “Baby Yoda” animasiyasını hazırlayıb. Belə ki, masaüstü kompüterinizdə, Android və ya iOS telefonunuzda axtarış edərkən əylənə bilərsiniz. Bunun üçün sadəcə “Google”da “The Mandalorian” və ya “Grogu” yazmaq lazımdır. Bu halda “Baby Yoda” qarşınıza çıxır. Etməli olduğunuz […]

Dünya

Dünyanın ən yaxşı çimərlikləri açıqlandı – FOTO

“TripAdvisor” səyahət xidməti səyahətçilərin rəyləri və təəssüratları əsasında dünyanın ən yaxşı çimərliklərinin reytinqini tərtib edib. Səsvermənin nəticələri onlayn platformanın rəsmi saytında dərc olunub. Reytinqin lideri Braziliyanın Fernandu de Noronya arxipelaqında yerləşən kiçik mənzərəli Baya du Sanço çimərliyidir. Təsvirdə göstərilir ki, o, uzaqda yerləşir və bura yalnız daş pilləkənləri piyada enməklə çatmaq olar. İkinci yerdə Arubanın […]

MARAQLI

Bir quş havada sərnişinlərə həyəcan yaşatdı – VİDEO

Kubadan Floridaya (ABŞ) uçuş həyata keçirən təyyarənin mühərrikinə quş girməsi ilə səmada həyəcanlı anlar yaşanıb. Bununla bağlı şahidlərin çəkdiyi kadrlarda göyərtənin tüstüyə qərq olduğu, sərnişinlərin də təlaşa düşdüyü görünür. Məlumata görə, fövqəladə vəziyyətlə əlaqədar təyyarə yenidən Havanaya qayıtmaq məcburiyyətində qalıb. Hadisə nəticəsində zərərçəkənlərin olmadığı vurğulanıb. Mənbə: RT Xeberal.az

Dünya

Avstraliyada ölüm rekordu qeydə alındı

2022-ci ildə Avstraliyada gözləniləndən təxminən 20 min daha çox insan ölüb və bu, ölkə üçün İkinci Dünya Müharibəsindən bəri ən izafi ölüm sayı olub. Bazar ertəsi açıqlanan yeni məlumatlara görə, 2022-ci ildə izafi ölümlərdə 12 faizlik artım olub. Bildirilib ki, koronavirus 10 300 əlavə ölüm üçün əsas, daha 2 900 ölüm hadisəsi üçün isə köməkçi […]

MARAQLI

Ayı min oyun çıxarsa da, “armudsuz” qaldı – VİDEO

İnsanlara yaxınlaşıb onlara “şirinlik” edən qütb ayısı ilə bağlı görüntülər sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Kadrlar Yenisey körfəzində (Rusiya) “Vayqaç” atom buzqıran gəmisindən çəkilib. Videoda ağ ayının ehtimal ki, insanlardan yemək üçün bir şey istəmək məqsədilə oyun hərəkətləri etdiyi görünür. Necə deyərlər, “ayının min oyunu var, bir armudun başında”.  Ancaq bu oyunlar ona kömək etməyib. […]

Dünya

Rusiyada helikopterin pərləri elektrik naqillərinə ilişdi – VİDEO

Rusiyada “Mi-8” helikopterinin təcili enişinin görüntüləri yayılıb. Video Voronej yaxınlığında qeydə alınıb. Kadrlarda helikopterin pərlərinin elektrik xəttinə ilişdiyi görünür. Bundan sonra “Mi-8” uzun bir dönüş edir. Məlumata görə, göyərtədə iki heyət üzvü olub, onlar zərər çəkməyiblər. Mənbə: Lenta.ru Xeberal.az