Dünya

Rembrandtın şah əsəri önündə aksiya keçirildi

“Extinction Rebellion” hərəkatının üzvləri Amsterdamdakı “Reyksmuseum”da Rembrandtın “Gecə gözətçisi” tablosu qarşısında aksiya keçiriblər. İki fəal əllərində orijinaldan fərqli olaraq insanların suda dayandığını göstərən rəsmin surəti olan plakat tutublar. Onlar bununla okeanlarda suyun səviyyəsinin yüksəlməsi probleminə diqqət çəkmək və muzeyi ənənəvi yanacaqlardan istifadə edən şirkətlərlə əməkdaşlıqdan imtina etməyə çağırmaq qərarına gəliblər. Muzey nümayəndəsi bildirib ki, aksiya […]

İdman

“İnter”dən qələbə, “Yuventus” “Roma”ya uduzdu – VİDEO

İtaliya A Seriyasında XXV turun oyunları keçirilir. Oxu.Az xəbər verir ki, “İnter” öz meydanında “Leççe”yə qalib gəlib – 2:0. Milanlıların qollarını Henrix Mxitaryan və Lautaro Martines vurub. Qələbə sayəsində xalını 50-yə çatdıran “İnter” “Latsio”nu geridə qoyaraq, 2-ci pilləyə yüksəlib. “Nerazzuri” lider “Napoli”dən 15 xal geri qalır. Turun mərkəzi oyununda “Yuventus” və “Roma” ikincilərin meydanında üz-üzə […]

Dünya

Niderland şəhərlərində bıçaq gəzdirmək qadağan olundu

Niderlandın bir sıra bələdiyyələrində yetkinlik yaşına çatmayanlara bıçaq gəzdirmək qadağası tətbiq edilib. Qroningendə bu tədbir bir həftə əvvəl qüvvəyə minib. Oxşar qadağa Vintersveyk, Middelburq və Vlissingendə də tətbiq edilib. Məlumata görə, qadağa mətbəx bıçağı kimi soyuq silahlara şamil edilib. Qeyd olunur ki, yeniyetmələr arasında bıçaqdan istifadə ilə zorakılıq halları artmaqdadır. Polis keçən il yetkinlik yaşına […]

Dünya

Türkiyədə zəlzələ bölgəsində 227 mindən çox bina zərər çəkib

Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum 6 fevralda baş verən zəlzələlərdən təsirlənən vilayətlərdə 1 milyon 728 min binanın yoxlanıldığını və 227 min 27 binanın uçulduğu, zədələndiyini və təcili olaraq sökülməsi lazım olduğunun müəyyən edildiyini bildirib. O, 7 mindən çox personalın olduğu 11 bölgədə qiymətləndirmə işlərinin davam etdiyini ifadə edib. Respublika tarixinin ən […]

Dünya

Böyük Britaniyada qeyri-qanuni miqrasiyaya son qoyulacaq

Böyük Britaniyanın baş naziri Rişi Sunak martın 7-də La Manş boğazı boyunca qayıqlarla qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün qanun layihəsinin təqdimatı ərəfəsində insan qaçaqmalçılığına son qoyacağına söz verib. Qanun layihəsi daxili işlər naziri Svella Braverman tərəfindən hazırlanıb. Bildirilir ki, yeni qanunla Böyük Britaniyaya qayıqla gələnlərə sığınacaq verilməsi qadağan olunacaq və həmin şəxslər Ruandaya və ya […]

Dünya

Netanyahu: “İsrailin İranın nüvə obyektlərinə zərbə endirmək hüququ var”

İsrailin İranın nüvə obyektlərinə zərbə endirmək hüququ var və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossinin bu cür hərəkətlərin qanunsuz olması barədə bəyanatını rədd edirik. Bunu İsrailin baş naziri Benyamin Netanyahu bildirib. “BAEA-nın baş direktoru deyib ki, İsrailin İranın nüvə obyektlərinə hücumu qanuna ziddir. Hansı qanuna zidd? Açıqca bizi məhv etməyə çağıran İranın […]

Müharibə

Azərbaycan hərbçisi ermənilər tərəfindən basdırılmış minaya düşərək şəhid olub

Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlunun martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olub. Bu barədə Oxu.Az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. “Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin”, – Azərbaycanın Müdafiə Nazirliyindən əlavə olunub. Xeberal.az

Cəmiyyət

Naxçıvanda tələbələr dəm qazından zəhərlənib

Naxçıvan şəhərində tələbələr dəm qazından zəhərlənib. APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunun tələbələri 2001-ci il təvəllüdlü Fərəcova Nəzrin və 2002-ci il təvəllüdlü Quliyeva Fatimə yaşadıqları evdə dəm qazının sızması nəticəsində zəhərləniblər. Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən zərərçəkənlərin vəziyyəti kafidir. Faktla bağla araşdırma aparılır. Xeberal.az

Dünya

Yunanıstanın baş naziri üzr istədi

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis martın 5-də özünün “Facebook” səhifəsində  Larisa şəhəri yaxınlığında sərnişin qatarının qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarından üzr istəyib. O qeyd edib ki, 2023-cü ildə Yunanıstanda eyni relsdə iki qatarın bir-birinə doğru hərəkət etdiyini və heç kimin buna fikir vermədiyini təsəvvür etmək mümkün deyil. “Biz insan səhvinin arxasında gizlənə bilmərik, bunu […]