Siyasət

Abşeronda rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

Abşeron rayonunda 20 Yanvar faciəsi qurbanlarının 33-cü ildönümü dərin ehtiramla yad edilib. Oxu.Az xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib. İştirakçılar əvvəlcə Xırdalan səhərində Şəhidlər abidəsini ziyarət edərək şəhidlərimizin xatirələrini ehtiramla yad ediblər. Daha sonra Heydər Əliyev Mərkəzində “Ümummilli […]

Dünya

Mirzoyan: “İrəvan Ermənistan, Gürcüstan və Azərbaycan liderlərinin görüşü ideyasını nəzərdən keçirir”

Rəsmi İrəvan hazırda Ermənistan, Gürcüstan və Azərbaycan liderlərinin iştirakı ilə görüş keçirmək ideyasını nəzərdən keçirir. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə mediasına müsahbəsində bəyan edib. “Ermənistan Cənubi Qafqaz ölkələri arasında üçtərəfli dialoqun inkişafına böyük maraq göstərir. Biz mümkün Tbilisi platformasını ikitərəfli Ermənistan-Azərbaycan görüşləri baxımından deyil, regional üçtərəfli müzakirələr prizmasından nəzərdən keçiririk. Hazırda Ermənistan […]

Cəmiyyət

“Böyük Qayıdış” Gənclər Təşkilatı 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini ehtiramla yad edib – FOTO

“Böyük Qayıdış” Gənclər Təşkilatı 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar bir sıra tədbirlər həyata keçirib. Oxu.Az xəbər verir ki, silsilə tədbirlər çərçivəsində Təşkilatın idarə heyətinin üzvlərinin, Vətən müharibəsi qazilərinin və üzv gənclərin iştirakı ilə 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət olunub. Ölkəmizin suverenliyi və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin […]

Cəmiyyət

Dünya gücləri Ukrayna üçün toplaşdı – Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Sülh sazişi imzalamaqla bağlı təklifimizə cavab verilməyib. Prezident İlham Əliyev Ermənistanla münasibətlərdən danışdı. Korrupsiya girdabında boğulan Avroparlamentdən növbəti qərəzli yanaşma. Maskası enən təşkilat hansı üzlə bu addımları atır? Dünya gücləri Ukrayna üçün toplaşdı. ABŞ şok məbləğdə yardıma hazırlaşır. Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında: Xeberal.az

Cəmiyyət

Azərbaycanın şimal-qərb rayonlarında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

Qax, Zaqatala, Balakən, Şəki və Oğuz rayonlarında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb. “Report” xəbər verir ki, beş rayonda keçirilən anım mərasimlərində yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də idarə, müəssisə və təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirlər zamanı qeyd olunan rayonların şəhidlərin xatirəsinə ucaldılmış komplekslər və abidələr ziyarət olunub, önlərinə tər […]

Siyasət

“Azərbaycanda aparılan dövlət quruculuğu prosesi davamlıdır və dərin düşünülüb” – RƏY + FOTO

“Prezident İlham Əliyevin İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirakı və tədbir çərçivəsində keçirdiyi mühüm görüşlər onun dünya səviyyəli böyük lider olmasını və qlobal məsələlərdə Cənab İlham Əliyevin dəyərli məsələhətlərinə xüsusi önəm verildiyini təsdiqləyir. Dövlət başçısının Davos Forumu çərçivəsində bir sıra ölkələrin, eləcə də dünyanın tanınmış şirkətlərinin rəhbərləri ilə görüşlər zamanı diqqətə çatdırdığı mesajlar […]

Cəmiyyət

Şəmkirdə illərdir hökm sürən su problemi niyə həll olunmur? – VİDEO

Şəmkirin Könüllü kəndində əsas məşğuliyyət əkinçilik olsa da, sakinlər illərdir torpaqlarını suvara bilmirlər. Sakinlərin sözlərinə görə, 2010-cu ildə artezianın sayğacı xarab olub və onlar aidiyyəti qurumlara müraciət etsələr də, yeni sayğac əldə edə bilməyiblər. “100-dən artıq ailənin çörəyi kəsilib”, – deyə sakinlər bildiriblər. Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: Xeberal.az

Cəmiyyət

Paytaxtda nəqliyyatın hərəkəti məhdudlaşdırılan bütün yollar açılıb – RƏSMİ

20 Yanvar ümumxalq hüzn günü ilə əlaqədar paytaxtda nəqliyyatın hərəkəti məhdudlaşdırılan bütün yollarda hərəkət tam bərpa edilib. Bu barədə Oxu.Az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat şöbəsindən polis mayoru Araz Əsgərli məlumat verib. O bildirib ki, artıq paytaxtın Parlament prospekti istiqamətində nəqliyyatın hərəkəti bərpa edilib. Könül Cəfərli Xeberal.az

Dünya

Paşinyanın həyat yoldaşı İranda məscidə getdi – VİDEO

Paşinyanın həyat yoldaşı İranda məscidə gedib. Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib. Bildirilib ki, İrana səfər edən Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İranın birinci xanımı Cəmilə Sədat Ələmolhoda və qızı Reyhanə Rəisinin müşayiəti ilə İranın şiələr üçün müqəddəs sayılan dini mərkəzi Qum şəhərinə səfər edib. Qeyd olunub ki, Anna Akopyan həmin […]

Cəmiyyət

Gənclər təşkilatları 20 Yanvar Şəhidlərini ehtiramla yad ediblər – FOTO

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş Ümumxalq Hüzn Günündən 33 il ötür. 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə deyil, həm də qürur və şərəf günü kimi xatırlanır. Azərbaycan xalqı, xüsusilə gəncliyimiz 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutur. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə […]