Cəmiyyət

Bakıda azyaşlıya qarşı qeyri-etik hərəkətlər etməkdə şübhəli bilinən şəxs saxlanıldı – FOTO

Nərimanov rayonunda azyaşlıya qarşı qeyri-etik hərəkətlər etməkdə şübhəli bilinən şəxs polis əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən edilib. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1981-ci il təvəllüdlü Elşən Mirzəcanov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Araşdırmalar davam etdirilir.   Xeberal.az

Siyasət

Azərbaycanlıların Moskvanı silkələyən “20 Yanvar” mitinqi – VİDEO

Sovet ordusunun 1990-cı ilin 20 Yanvarında Bakıda törətdiyi qırğınlardan sonra Rusiya paytaxtında yaşayan azərbaycanlılar həmin gecə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin qarşısına toplaşıblar. Minlərlə azərbaycanlı rəsmi Moskvadan hadisələrə düzgün qiymət verilməsini və Bakıya qoşun yeridənlərin cəzalandırılmasını tələb ediblər. Azərbaycan İcması Moskvanın müxtəlif nöqtələrində etiraz aksiyası keçirib. İTV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: Xeberal.az

Cəmiyyət

Larisa adını niyə dəyişmək istəyirdi, anasının yuxusuna girib nə dedi? – 13 yaşlı şəhidimiz + FOTO

Bu gün 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən qanlı hadisələr zamanı şəhid olmuş həmyerlilərimizdən biri də Larisa Məmmədovadır. Kulis.az 13 yaşlı məktəbli haqqında diqqətçəkən faktları təqdim edir. Larisa Fərman qızı Məmmədova 11 avqust 1977-ci ildə Bakı şəhərində anadan olub. Larisanın atası Fərman Ukraynada hərbi xidmətdə olanda Qalina adlı qadınla tanış olub. Hərbi […]

Cəmiyyət

20 Yanvar faciəsinin canlı şahidləri danışdılar – VİDEO

“İsmayıl həkim var idi. Axşam lampanın işığında bizi əməliyyat edirdi. Səhər durub gördüm ki, güllə bədənimə yeriyib. Həkim hərəkət eməməsi üçün gülləni şprislərlə saxlamışdı”. Bunu 20 Yanvar hadisələri haqqında Baku TV-yə danışan faciə şahidi Əkbər Bağırov deyib. Onun sözlərinə görə, yaralılardan birini xilas etməyə çalışarkən özü də güllələnib. “Metrodan çıxırdı, qolu yox idi. Qucağıma alıb oradan […]

Cəmiyyət

Vətən müharibəsi qazisi dərmanla təmin olunmur? – AÇIQLAMA + VİDEO

Sosial şəbəkələrdə yayımlanan Vətən Müharibəsi əlili İsmayılov Natiq Elşad oğlunun müalicəsi ilə əlaqədar dərmanla təmin olunmaması ilə bağlı açıqlama verilib. “YAŞAT” Fondundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Vətən Müharibəsi əlili İsmayılov Natiq Elşad oğluna Fond tərəfindən məişət şəraitinin yaxşılaşdırılması və müalicə xərclərinin ödənilməsi üzrə dəstək göstərilib. “Şəxsin məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə daxil olan müraciətinə […]

Siyasət

Markov: “20 Yanvar hadisələrinin əsas səbəbi sovet rəhbərliyinin səhvləri idi”

“Məhz nəhəng bir ölkəyə nəzarəti itirməkdə olan, güzəştlər və sərt zorakılıq arasında qalmış sovet siyasi rəhbərliyinin səhvləri Qara Yanvarın əsas səbəbi oldu. Səbəblərdən biri də sovet rəhbərliyinin erməni millətçiliyini təşviq etməsi idi”. Bunu “Report”a rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib. Politoloq 33 il əvvəl baş vermiş böyük faciənin ildönümü ilə əlaqədar Azərbaycan xalqına […]

Cəmiyyət

Cəlilabadda evdə 15 gün əvvəl ölən kişinin meyiti tapıldı

Cəlilabadda evdə 15 gün əvvəl ölən kişinin meyiti aşkarlanıb. “Report”un məlumatına görə, rayonun Səttarxan küçəsində yerləşən evlərdən birindən yaşlı kişi meyiti tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Araşdırma zamanı ölən şəxsin həmin evdə tək yaşayan 1955-ci il təvəllüdlü Məmmədov Məhəmməd Bəhmən oğluna aid olması məlum olub. Onun meyitində zorakılıq əlamətləri aşkarlanmayıb. Faktla bağlı araşdırma […]

Siyasət

“İrəli” İB tərəfindən Qanlı Yanvar faciəsinin ildönümü çərçivəsində silsilə tədbirlər keçirilib – FOTO

“İrəli” İctimai Birliyi tərəfindən Qanlı Yanvar faciəsinin 33-cü ildönümü çərçivəsində silsilə tədbirlər keçirilib. Birliyin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, “İrəli” İctimai Birliyinin nümayəndələri və üzvləri Şəhidlər xiyabanında ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin məzarlarını ziyarət ediblər. Tədbirlər planına uyğun olaraq Azərbaycan Milli İncəsənət Muzeyində “Xalqımızın qürur və qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirilib. […]

Siyasət

Ağdamda Şəhidlər xiyabanına yürüş keçirilib – FOTO

20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə Ağdam şəhərindəki Şəhidlər xiyabanına yürüş keçirilib.  Bu barədə Prezidentin Qarabağ İqtisadi Rayonu üzrə Nümayəndəliyi məlumat yayıb. Bildirilib ki, yürüşdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və nümayəndəliyin əməkdaşları, “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” […]

Siyasət

Nazir Laçın yolundakı aksiyadan danışdı – VİDEO

“Təəssüf ki, işğal dövründə torpaqlarımızda Ermənistan tərəfindən təbiətimizə qarşı vandallıq törədilib. İstər meşələrimiz, istər çaylarımız, istərsə də yataqlarımız erməni vəhşiliyinin qurbanı olub. Törədilən ekosid nəticəsində dəymiş ziyanın hesablanması üçün monitorinq keçirilməsi vacibdir”. Oxu.Az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib. Nazir bildirib ki, Laçın-Xankəndi yolunda keçirilən aksiyanın əsas məqsədi Rusiya […]