İdman

“Yuventus” İtaliya çempionatında 9 xaldan məhrum edilə bilər

İtaliya Futbol Federasiyasının (FIGC) prokurorluğu maliyyə fırıldaqlarına görə Turinin “Yuventus” futbol klubundan ölkə çempionatında doqquz xalın silinməsini tələb edib. Məlumata görə, məsələ cümə günü FIGC məhkəməsində qaldırılıb. Prokurorlar həmçinin “Yuventus”un sabiq prezidenti Andrea Anyellinin 16 ay, klubun keçmiş vitse-prezidenti Pavel Nedved və keçmiş icraçı direktor Maurisio Arrivabenenin 12 ay müddətinə futboldan uzaqlaşdırılmasını tələb ediblər. Bundan […]

Siyasət

Ankarada 20 Yanvar – Ümumxalq hüzn gününə həsr olunmuş anım mərasimi keçirilib – FOTO

Türkiyənin paytaxtı Ankaradakı Azərbaycan Evinin Şuşa Konfrans Mərkəzində Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi, Türkiyə – Azərbaycan Dostluq, Əməkdaslıq və Həmrəylik Fondunun (TADİV), Türk Dünyası Parlamentarilər Fondu və Qazi Universiteti Türk Dünyası Uygulama və Araştırma Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar – Ümumxalq hüzn gününə həsr olunmuş anım mərasimi keçirilib. Oxu.Az xəbər verir ki, Türkiyənin dövlət […]

Dünya

Qabon XİN-in rəhbəri Nazirlər Kabinetinin iclası zamanı öldü

Qabonun xarici işlər naziri Mikael Musa Adamo Nazirlər Kabinetinin iclası zamanı dünyasını dəyişib. Hadisə ölkənin paytaxtı Librevildə yaşanıb. Məlumata görə, nazirin ölümü infarkt nəticəsində olub. O, qəfildən özünü pis hiss edib və artıq huşsuz vəziyyətdə ikən hərbi hospitala çatdırılıb, lakin həkimlərin bütün cəhdləri müsbət nəticə verməyib. Mənbə: mk.ru Xeberal.az

Dünya

Britaniya Rusiyanın məsuliyyətə cəlb edilməsində Ukraynaya kömək edəcək

Böyük Britaniya beynəlxalq tərəfdaşlar qrupuna qoşulub. Bu qrup Ukraynaya qarşı müharibəyə görə Rusiyanın məsuliyyətə cəlb edilməsinə çalışacaq. Bu barədə Britaniya xarici işlər naziri Ceyms Kleverli məlumat verib. O bildirib ki, Britaniya Ukraynanın dəvətini qəbul edib və öz hüquqi təcrübəsini bölüşmək, Rusiya liderlərinin öz hərəkətlərinə görə tam məsuliyyətə cəlb edilməsi variantlarını araşdırmaq üçün bu koalisiyaya qoşulacaq. […]

Dünya

Almaniya Ukraynaya milyard avroluq hərbi yardım ayırıb

Almaniya Ukraynaya bir milyard avro məbləğində yeni hərbi yardım paketini açıqlayıb. Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius məlumat verib. “Almaniya Ukraynaya milyard avro dəyərində əlavə silah və texnika verəcək”, – nazir açıqlamasında bildirib. Onun sözlərinə görə, bu “yaz paketi” sayəsində Almaniyanın müharibə başlayandan bəri Ukraynaya hərbi yardımının ümumi məbləği 3,3 milyard avroya yüksələcək. Paketə […]

Şou-Biznes

Məşhur aparıcı virusa YOLUXDU

Tanınmış aparıcı Vüsalə Əlizadə son günlər yayılan virusa yoluxub. Lent.az xəbər verir ki, virusa yoluxduğunu sosial şəbəkə hesabında yazan aparıcı bunun koronavirusun yeni "ikibaşlı it" ştammı olduğunu deyib. Yayılan xəbəri paylaşaraq, "Canımıza "ikibaşlı it" də saldılar. Allah betərindən qorusun. Deyir, vaxtında müalicə etməsən, hürməyə başlayırsan. İnanıram ki, belə xəstə xonçasından (dərmanları göstərir) hər evdə var" deyə, […]

Siyasət

20 Yanvar faciəsinə şahidlik edən Moskva prospekti – Xəbərlərin 23:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. 20 Yanvar faciəsinə şahidlik edən Moskva prospekti – Vətəndaşlar küçənin adının dəyişdirilməsini istəyir. Masazırda kombi, Sarayda isə ayaqqabıdan tutmuş soyuducudakı ətə qədər oğurlayan şəxslər tutuldu. Çörəyin torpaqdan çıxa, onu da suvara bilməyəsən – Şəmkirin Könüllü kəndinin sakinlərinin problemi nə vaxt həll olunacaq? Daha ətraflı BAKU NEWS-un 23:00 buraxılışında: Xeberal.az

Dünya

Gürcüstan prezidenti Rusiyaya uçuşların bərpasına qarşıdır

Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiyaya uçuşların bərpasına qarşı olduğunu bəyan edib. “Rusiyaya uçuşların bərpasını alqışlamıram!.. Mən bu mövqeyi dəstəkləmək məqsədi ilə Rusiyada yaşayan gürcülərin problemlərinin yüngülləşdirməsi arqumenti ilə razılaşa bilmərəm”, – ölkə liderinin bəyanatında bildirilir. Zurabişvili hökuməti “Rusiya vətəndaşlarının axını” məsələsini öyrənməyə və “ölkənin reputasiyasına diqqət yetirməyə” çağırıb. Mənbə: Sputnik Ermənistan Xeberal.az

Cəmiyyət

Tələbə Gənclər Təşkilatları 20 Yanvar faciəsinin ildönümü ilə bağlı silsilə tədbirlər keçirib – FOTO

20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və üzv Tələbə Gənclər Təşkilatları tərəfindən 16-20 yanvar tarixlərində “Azadlıq salnaməsi” həftəsi çərçivəsində silsilə tədbirlər keçirilib. ATGTİ-dan verilən məlumata görə, həyata keçirilən layihələr, yürüşlər, konfranslar və digər tədbirlər fonunda tələbə gənclər milli məfkurəmizin azadlıq istəyinin oyanışının bariz nümunəsi olan 20 Yanvar faciəsi […]

Cəmiyyət

Azərbaycanda şəlalə dondu – VİDEO

Şimal bölgəsində havanın şaxtalı olması səbəbindən şəlalə donub. Xezerxeber.az-ın məlumatına görə, donan şəlalə Quba  rayonunun  Künxırt kəndi  ərazisində yerləşən Suatan şəlaləsidir.   Hazırda dağlıq yaşayış məntəqələrində 10 dərəcə şaxta müşahidə edilməkdədir. Bəzi günlərdə isə temperatur mənfi 20 dərəcəyə qədər enib. Qeyd edək ki, Suatan şəlaləsi Quba-Qonaqkənd yolunun yaxınlığında, rayon mərkəzidən 35 km aralıda yerləşir. Daha […]