Dünya

BƏƏ Cənubi Koreyaya 30 milyard dollar sərmayə yatıracaq

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ölkələr arasında əməkdaşlıq və iqtisadi əlaqələri gücləndirmək üçün Cənubi Koreyaya 30 milyard dollar sərmayə qoymağı planlaşdırır. Məlumata görə, BƏƏ şeyxi Məhəmməd bin Zayed Əl Nəhyan cənubi koreyalı həmkarı Yun Sok-Yöl ilə görüşü zamanı müvafiq planları açıqlayıb. “Biz istənilən şəraitdə vədlərinə əməl edən Koreya Respublikasına inamla sərmayə qoymağa qərar verdik”, – deyə […]

Dünya

Ermənistanda Rusiya hərbi bazasının bağlanması tələb olundu

Ermənistanda Milli Demokratik Qütb blokunun üzvləri Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının yaxınlığında etiraz aksiyası keçiriblər. Onlar Rusiya hərbi bazasının işinin dayandırılmasını tələb edib, Qarabağdakı sülhməramlıları öz işlərinin öhdəsindən gələ bilməməkdə günahlandırıblar. Baza qarşısında polis kordonu düzülüb. İştirakçılar bazanın girişində çadırlar qura bilməsələr də, orada Ukrayna bayrağını yerləşdirə biliblər. Qeyd edək ki, sonuncu analoji aksiyası yanvarın […]

İdman

“Çelsi” 3 oyun sonra qələbə qazandı, “Nyukasl” tək qola sevindi – VİDEO

İngiltərə Premyer Liqasında XX tur davam edir. Oxu.Az xəbər verir ki, turun maraqlı matçlarından biri Londonda baş tutub. “Çelsi” “Kristal Palas”ı qəbul edib. Son oyunlarda yaxşı təsir bağışlamayan və 3 matçdır qələbə üzünə həsrət qalan “zadəganlar” nəhayət bu sevinci yaşaya biliblər. Kay Havertzin yeganə qolu “Çelsi”yə 3 xal qazandırıb. “Nyukasl” isə “Fulhem”i qəbul edib. Bu […]

Dünya

Konqoda kilsədə partlayış: Ölənlər var

Yanvarın 15-də Konqo Demokratik Respublikasında kilsənin partladılması nəticəsində 5 nəfər həlak olub. Hadisə Uqanda sərhədi yaxınlığındakı Kasindidə yerləşən protestant kilsəsində baş verib. Son məlumatlara görə, insident nəticəsində daha 15 nəfər yaralanıb. İlkin versiyaya görə, terror aktını radikal yaraqlılar qrupu təşkil edib. Mənbə: rossaprimavera.ru Xeberal.az

Dünya

Davos forumunda rusiyalı iş adamları iştirak etməyəcəklər

Yanvarın 16-dan 20-dək Davosda keçiriləcək Dünya İqtisadi Forumunda rusiyalı iş adamları iştirak etməyəcəklər Məlumata görə, foruma çinli biznesmenlər də qatılmayacaqlar. Eyni zamanda, 2023-cü ildə tədbir üçün 116 milyarder qeydiyyatdan keçib ki, bu da 10 il əvvəlkindən 40% çoxdur. Ən çox iş adamı (33) ABŞ-ni təmsil edəcək. Mənbə: gazeta.ru Xeberal.az

Dünya

SOCAR Dneprdə ehtiyacı olanlara humanitar yardım edir – Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində bu ölkənin rəhbəri ilə görüşdü. SOCAR Dneprdə ehtiyacı olanlara humanitar yardım edir. Şəhər administrasiyasının rəhbəri məlumat yaydı. “Ruben Vardanyan və onun ətrafı bildiyiniz şərəfsizlərdir”. Erməni jurnalist separatçı rejimi sərt tənqid etdi. Rusiyada taqım komandiri hərbi hissədə partlayış törətdi. Ölənlər və yaralananlar var. Daha ətraflı […]

İqtisadiyyat

SOCAR ilə “Masdar” şirkəti arasında bərpa olunan enerji mənbələrinə dair sazişlər imzalanıb – FOTO

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Əbu-Dabi şəhərində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında Azərbaycan Respublikasında 2 QVt gücündə Dənizdə Külək və Hidrogen Layihələrinin işlənməsinə dair Birgə işlənmə sazişi, həmçinin 1 QVt gücündə Günəş Fotovoltaik və 1 QVt gücündə Quruda Külək Layihələrinin işlənməsinə dair Birgə […]

Şou-Biznes

Tanınmış repçi evlənir – FOTO

“Paster” ləqəbi ilə tanınan repçi Pərviz Quluzadə evlənir. Lent.az-ın məlumatına görə, o, model və aktrisa Natavan Əfəndiyeva ilə yanvarın 21-i ailə qurur. Xatırladaq ki, cütlük noyabr ayında nikah bağlayıb. Qeyd edək ki, Paster bundan öncə Ayşən adlı xanımla nişanlı olub.

İdman

Pikedən Şakiraya növbəti cavab: Bu dəfə də “Twingo”ya mindi – VİDEO

“Barselona” klubunun keçmiş futbolçusu Jerar Pike “Renault Twingo” avtomobilinin sükanı arxasında görünüb. Bu, onun keçmiş sevgilisi müğənni Şakiraya özünəməxsus cavabı olub. Belə ki, ifaçı son mahnısında “Sən “Ferrari”ni “Twingo”ya, “Rolex”i “Casio”ya dəyişdin” deyərək futbolçuya işarə edib. Pike əvvəlcə “Casio”nun heyrətamiz saat olduğunu bəyan edib, daha sonra isə “Twingo”nun sükanı arxasına keçərək iki oğlunun anasına özünəməxsus […]

Dünya

Ərəb şirkəti Gürcüstanda günəş elektrik stansiyası quracaq

Mərkəzi ofisi BƏƏ-də yerləşən “Masdar” şirkəti Gürcüstanın Kvemo Kartli bölgəsinin Qardabani bələdiyyəsində yerləşən Axali Samqori kəndində 96 MVt gücündə günəş elektrik stansiyası quracaq. Bu barədə bazar günü Gürcüstanın İqtisadiyyat Nazirliyinin mətbuat xidməti nazirin birinci müavini Romeo Mikautadze ilə şirkətin direktoru Məhəmməd Camel əl Ramahi arasında keçirilən görüşdən sonra məlumat verib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, […]