Cəmiyyət

“Buta Airways”dən İstanbul – Bakı reysinin gecikməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

“Buta Airways” aviaşirkətinin İstanbul (Sabiha Gökçen aeroportu) – Bakı J2-9106 nömrəli reysinin uçuş saatı texniki səbəblərə görə gecikir. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq şirkətdən məlumat verilib. Bildirilib ki, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq hotelə yerləşdiriləcək, qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcəklər. Sözügedən reysin sərnişinləri bazar ertəsi, yanvarın 16-sı İstanbul vaxtı […]

İdman

“Qalatasaray” yenə “Fənərbağça”dan üstün oldu

Qadın futbolu üzrə Türkiyə Super Liqasının B qrupunun 11-ci turunda “Qalatasaray”la “Fənərbağça” qarşılaşıb. Sarı-qırmızılı komanda kişi həmkarlarından geri qalmayaraq, oyunda qalib gəliblər. İstanbul derbisində “Qalatasaray”a 2:0 hesablı qələbə qazandıran qolları 45+3-cü dəqiqədə Yağmur, 62-ci dəqiqədə isə Ebru vurub. Bu nəticədən sonra xalını 30-a yüksəldən “Cim-Bom” həftəni 2-ci pillədə başa vurub. “Fənərbağça” isə 22 xalla 3-cü […]

Dünya

“Volkswagen”in keçmiş rəhbəri 96 yaşında yuxuda vəfat edib

Almaniyanın avtomobil istehsalçısı “Volkswagen”in keçmiş baş direktoru Karl Horst Han 96 yaşında vəfat edib. Han yanvarın 14-də Almaniyanın Volfsburq şəhərindəki evində yuxuda ikən dünyasını dəyişib. Onunla vida mərasimi yanvarın 24-nə təyin edilib. Bildirilir ki, məhz Hanın marketinq bacarıqları sayəsində “Beetle” avtomobilin tarixdə ən çox satılan model olub. 1945-ci ildən 2003-cü ilə qədər 21,5 milyon nüsxədən […]

Dünya

Stoltenberq: “Rusiya ilə münasibətlərimizin normallaşacağını gözləmək lazım deyil”

NATO-nun baş katibi Yens Stoltenberq hesab edir ki, Qərb ölkələri ilə Rusiya arasında münasibətlərin normallaşması Ukraynadakı münaqişə bitdikdən sonra belə baş verməyəcək. O, bu fikirləri bazar günü Almaniyanın “Handelsblatt” qəzetinə müsahibəsində bildirib. “Əvvəlki kimi olmayacaq. Ukraynada silah səsləri sussa belə, Rusiya ilə münasibətlərimizin normallaşacağını gözləmək lazım deyil”, – o bəyan edib. Xeberal.az

Cəmiyyət

Naxçıvanda kommunistlər üçün inşa edilən abidə söküldü – Xəbərlərin 23:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində bu ölkənin rəhbəri ilə görüşdü. Rusiyada tağım komandiri hərbi hissədə partlayış törətdi – Ölənlər və yaralananlar var. Naxçıvanda kommunistlər üçün inşa edilən abidə söküldü – Yerində nə tikiləcək? Daha ətraflı BAKU NEWS-un 23:00 buraxılışında: Xeberal.az

İdman

Ukraynalı basketbolçu 33 yaşında vəfat edib

Ukrayna millisinin sabiq müdafiəçisi Ruslan Otverçenko ürəyində yaranan problem səbəbindən 33 yaşında Kiyevdə vəfat edib. Bu barədə Ukrayna Basketbol Federasiyası məlumat yayıb. Otverçenko Monqolustanda anadan olub, lakin demək olar ki, bütün karyerasını Ukrayna klublarında keçirib. O, “Kiyev”, “Donetsk” və “Prometey” komandalarında çıxış edib. 15 yaşında basketbolçu Ukraynanın 16 yaşadək yığma komandasına daxil olub. Otverçenko Ukraynanın […]

Dünya

İran Rusiya qırıcılarını yazda alacaq

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Şəhriyar Heydəri bildirib ki, ölkəsi Rusiyadan sifariş etdiyi Su-35 qırıcılarını gələn ilin əvvəlində alacaq. Beləliklə, bu təyyarələr İrana 2023-cü il martın 21-də qeyd olunacaq 1402-ci ilin əvvəlində çatdırılacaq. Heydəri həmçinin bəyan edib ki, Tehran Rusiyadan bir sıra digər hərbi texnika, o cümlədən hava hücumundan müdafiə sistemləri, […]

Dünya

Türkiyə Rusiya ilə Ukrayna arasında humanitar dəhliz üçün öz ərazisini təklif edib

Ukrayna Ali Radasının insan haqları üzrə komissarı Dmitri Lubinets bazar günü bildirib ki, Türkiyə yaralıların və mülki şəxslərin geri qaytarılması üçün Rusiya və Ukrayna arasında humanitar dəhliz yaratmaq məqsədilə öz ərazisindən istifadə etməyi təklif edib. “Türkiyə tərəfinin ideyası ondan ibarətdir ki, onlar vasitəçi olmaq, Rusiya Federasiyası ilə öz əlaqə kanallarından istifadə etmək, mülki vətəndaşlar və […]

Dünya

Cənubi Koreyada 40 avtomobil toqquşdu

Cənubi Koreyada 40-dan çox avtomobilin toqquşması nəticəsində azı 25 nəfər xəsarət alıb. Məlumata görə, xəstəxanaya yerləşdirilən 4 nəfərin vəziyyəti ağırdır. Qəza Seuldan 46 km qərbdə, Puçxon bölgəsindəki magistral yolda baş verib. Qəzaya səbəb yolların buz bağlaması olub. Mənbə: TASS Xeberal.az

Dünya

Səudiyyə ərəbistanlı alim “Twitter” və “WhatsApp”dan istifadə etdiyinə görə edam cəzasına məhkum edilib

Səudiyyə Ərəbistanında tanınmış islahatçı hüquq professoru, sosial şəbəkələrdən, o cümlədən “Twitter” və “WhatsApp”dan istifadə etdiyi üçün ölüm cəzasına məhkum edilib. Söhbət 2017-ci ildə aparılan təmizləmələr zamanı həbs edilən Aida əl-Qarnidən gedir. Onun oğlu cinayət işinin təfərrüatını bölüşüb. Onun sözlərinə görə, hakimiyyət alimi öz adı ilə (@awadalqarni) “Twitter” hesabından fikirini bildirmək üçün istifadə etməkdə ittiham edib. Sənədlərdə […]