Dünya

Burkina Fasoda 60 qadın qaçırılıb

Silahlılar Burkina Fasonun şimalında 60-a yaxın qadını qaçırıblar. Bu barədə Aribenda hakimiyyətinə istinadən məlumat yayılıb. Məlumata görə, yanvarın 12 və 13-də yaraqlılar şəhərin yaxınlığında meşəlik ərazidə giləmeyvə yığan qadınlara hücum ediblər. Ordu bölmələri və yerli özünümüdafiə qüvvələri oğurlananların axtarışını davam etdirir. Səlahiyyətlilər hücumların terror qruplaşmalarının yaraqlıları tərəfindən törədildiyini güman edirlər. Mənbə: TASS Xeberal.az

Dünya

Hakim Andreas Müller: “Almaniyada cinayət hüququ artıq işləmir”

“Berlində törədilən Yeni il cinayətlərinin ən azı yarısının üstü çevik üsulla açıla bilərdi, lakin bu baş vermir. Çünki Almaniyada cinayət hüququ düzgün işləmir”. Bunu yetkinlik yaşına çatmayanların işləri üzrə hakim Andreas Müller bildirib. Berlin meri Fransiska Qiffinin Almaniyanın paytaxtında Yeni il iğtişaşlarına görə məsuliyyət daşıyanların tez bir zamanda cəzalandırılmasının zəruriliyi ilə bağlı açıqlamalarını isə Müller […]

Dünya

İran sanksiyalara baxmayaraq neft ixracını artırır

İran neftinin ixracı 2023-cü il ərəfəsində maksimuma – gündə təxminən 1,2 milyon barelə yüksəlib. “Reuters” neft bazarının profil şirkətlərinin məlumatlarına istinad edərək belə qənaətə gəlir ki, İran neftinin ixracı bu il də gələcək artım potensialını qoruyub saxlayır. Belə ki, enerji məsləhətçisi “SVB İnternational” ötən ilin dekabrında İrandan xam neft ixracının orta hesabla sutkada 1,137 milyon […]

İdman

Qətərli avtoidmançı beşinci dəfə “Dakar”ın qalibi oldu

Nasser Əl-İttiya yolsuzluq avtomobilləri kateqoriyasında “Dakar” rallisinin qalibi olub. Qətərli artıq beşinci dəfədir ki, yarışda birinciliyi qazanır. “Dakar 2023”ün sonuncu -14-cü mərhələsinə Səudiyyə Ərəbistanı ev sahibliyi edir. Motosikletlər sinfində Kevin Benavidez sonuncu yarış günündə qələbəni Tobi Praysdan qoparıb. Onları finişdə cəmi 43 saniyə ayırıb. Yük maşınları sinfi üzrə isə yarışlar davam edir. Xeberal.az

Dünya

Çində qocalmanı ləngitməyin yeni üsulu tapılıb

Yaşlanma xroniki xəstəliklərin inkişafı üçün ən əhəmiyyətli risk faktorudur. Hüceyrələrin qocalması səbəbindən bədən yaşlanır və bu proseslə əlaqəli xəstəliklər yaranır. Lakin elm adamları bu yaxınlarda qocalmanı ləngitməyin yeni üsulunu kəşf ediblər. Çin Elmlər Akademiyasının Zoologiya İnstitutundan Lyu Quanhuey və Qu Tszin Pekin Genomika İnstitutundan olan Çjan Veytsi ilə birlikdə ilk dəfə olaraq ERV virusunun aktivləşməsinə […]

Cəmiyyət

Pandemiyadan sonra kinoteatrlara tələbat niyə azaldı? – ARAŞDIRMA + FOTO

Pandemiyadan sonrakı dövrdə kinoteatrlara marağın azaldığı müşahidə olunmaqdadır. Diqqət yetirəndə hiss olunur ki, kinoteatrlarda əvvəlki coşqu, sıxlıq yoxdur. Əvvəl filmlərə biletlərin yarısı bir gün öncədən satılırdı, başlama saatına 1-2 saat öncə artıq biletlərin bitdiyi deyilərdi. İndi isə əksər seanslarda zalların boş olduğunu görürük. Həmçinin əvvəllər kinoteatrda yayımlanmaq üçün yerli filmlər də çəkilərdi və yaxşı gəlir […]

Dünya

Meksikada ictimai yerlərdə siqaret çəkmək tamamilə qadağan olunub

Meksika ictimai yerlərdə siqaret çəkməyi tamamilə qadağan edən dünyanın ən sərt siqaret əleyhinə qanunlarından birini qəbul edib. Latın Amerikasının bir sıra digər ölkələrində də analoji qərarlar tətbiq olunub. Bununla belə, Meksikadakı qanun Amerikada ən etibarlı və əhatəli hesab olunub. Ekspertlərin fikrincə bu, dünyada siqaretə qarşı ən sərt qanunlardan biridir. Meksikada 2008-ci ildən barlarda, restoranlarda və […]

Dünya

Zelenski Peqov və digərlərinə qarşı sanksiyalar tətbiq edib

Ukrayna prezidenti Volodimir Zelenski öz imzası ilə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDMŞ) jurnalistlər, mədəniyyət xadimləri və bloqerlər də daxil olmaqla, 198 rusiyalıya qarşı sanksiya haqqında qərarını qüvvəyə mindirib. Məhdudiyyətlərə məruz qalanlar arasında 44 günlük Vətən müharibəsi günlərində və ondan sonra öz yalan xəbərlərilə ad çıxarmış “hərbi jurnalist” Semyon Peqov da var. Sənədə əsasən, onunla […]

Cəmiyyət

Mehdiabadda ağır qəza: Bir nəfər öldü

Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfər həlak olub. Bu barədə  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. “Abşeron rayonunun Mehdiabad qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, […]

İdman

Ukraynalı yarımmüdafiəçi “Çelsi”yə qoşuldu – FOTO

Ukrayna millisinin yarımmüdafiəçisi Mixaylo Mudrik Premyer Liqada çıxış edəcək. O, Donetsk “Şaxtyor”unu London “Çelsi”sinə dəyişib. Bu barədə İngiltərə klubu məlumat yayıb. Ukraynalı cinah yarımmüdafiəçisi “zadəganlar”la müqavilə imzalayıb. Londonlular “Şaxtyor”un yetirməsi uğrunda mübarizədə “Arsenal”dan daha üstün təklif irəli sürüblər. Bildirilir ki, Mudrik “Çelsi” ilə 8,5 illik müqavilə imzalayıb. Transferin məbləği rəsmi olaraq hələlik açıqlanmayıb. Hərçənd, “Şaxtyor”un mətbuat […]