Dünya

Avstriyalı aktyor uşaq pornosuna görə ittiham olunur

“Korsaj” filmində rol alan avstriyalı aktyor Florian Tayxtmeyster uşaq pornoqrafiyası saxlamaqda ittiham olunub. Məlumata görə, aktyora məxsus daşıyıcılarda azyaşlıların təsvir olunduğu 58 min rəqəmsal şəkil tapılıb. Təsvirdəki uşaqlardan bəzilərinin 14 yaşı var. Məhkəmənin baxış iclası fevralın 8-nə təyin edilib. Tayxtmeysteri iki ilə qədər həbs gözləyir. Aktyorun vəkili Maykl Raminin sözlərinə görə, sənərçi günahını etiraf etmək […]

Dünya

İsrailin Baş Qərargah rəisi: “İran artıq dörd nüvə bombası istehsal edə bilər”

İran hazırda dörd nüvə bombası hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş urana malikdir. Bunu İsrail Baş Qərargahının rəhbəri Aviv Koçavi bəyan edib. “Bu gün İran dörd nüvə bombası istehsal etmək üçün kifayət qədər zənginləşdirilmiş materiala malikdir. Bombalardan üçü 20 faiz zənginləşdirilmiş uranla, biri isə 60 faiz zənginləşdirilmiş materialla hazırlana bilər”, – o bildirib. Koçavi deyib ki, son […]

Dünya

Rumıniyalı nazir canlı efirdə yuxuya getdi – VİDEO

Rumıniyanın kənd təsərrüfatı naziri Petre Dea yerli “Antena 3” telekanalının canlı efirində yatıb. O, Ukrayna münaqişəsinin rumın fermerləri üçün mənfi nəticələrini müzakirə edərkən xoruldayıb. Aparıcı nazirə zəng edərək Ukrayna böhranı səbəbindən iflasla üzləşən rumın fermerlərinin taleyini soruşub. Dea isə suala xoruldama ilə cavab verib. Jurnalist yuxuda olan məmura yenidən zəng edəcəyinə söz verib. Nazir hadisə […]

İdman

Biatlon üzrə ilk Olimpiya çempionu vəfat etdi

Biatlon üzrə ilk Olimpiya çempionu isveçli Klas Lestander 92 yaşında vəfat edib. Bildirilir ki, əfsanəvi biatlonçu Aryeploqdakı (İsveç) evində təbii səbəblərdən dünyasını dəyişib. Lestander biatlon üzrə ilk Olimpiya çempionudur. O, 1960-cı ildə ABŞ-də keçirilən Qış Olimpiya Oyunlarında qızıl medal qazanıb. Lestander həmçinin 1961-ci il Dünya Çempionatında İsveç milli komandasının tərkibində qeyri-rəsmi 3×7,5 km estafet yarışında […]

Dünya

Gürcüstanda güclü külək mindən çox evin damını uçurub

Gürcüstanın qərbində yerləşən Sameqrelo-Zemo Svaneti bölgəsində bir neçə gündür davam edən güclü külək mindən çox evin damını, eləcə də elektrik xətlərini zədələyib, 50 inzibati bina isə işıqsız qalıb. Bu barədə şənbə günü vilayət administrasiyasının mətbuat xidməti məlumat yayıb. “Güclü külək 1100-ə qədər yaşayış binasının, 38 çoxmənzilli binanın dam örtüyünə ziyan vurub. Külək nəticəsində 37 məktəbdə […]

Dünya

“Jeep” ilk dəfə Avropada ilin avtomobili seçildi – FOTO

“İlin avtomobili” Avropa müsabiqəsinin təşkilat komitəsi Brüssel avtosalonunda münsiflər heyətinin səsverməsinin nəticələrini açıqlayıb. Məlumata görə, “Jeep Avenger” yığcam krossoveri Avropada 2023-cü ilin avtomobili kimi tanınıb. Münsiflər heyətinin 57 üzvünün səsverməsinin nəticələrinə əsasən, “Avenger” 328 bal toplayıb. İkinci yeri “Volkswagen ID.Buzz” elektrik krossoveri, üçüncü yeri “Nissan Ariya” tutub. Onun ardınca “Kia Niro”, “Renault Austral” və “Peugeot […]

Cəmiyyət

Naxçıvan şəhərində magistral su xəttində qəza baş verib – FOTO

Bu gün Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində, Olimpiya İdman Kompleksinin qarşısında magistral su xəttində qəza baş verib. “Report”un məlumatına görə, qəzaya səbəb qaynaq birləşmələrinin keyfiyyətsiz olmasıdır. Nəticədə şəhərin Xətai və bir sıra məhəllələrinə suyun verilişi dayandırılıb. Naxçıvan Şəhər Su-Kanalizasiya İdarəsinin əməkdaşları hadisə yerinə gələrək təmir işlərinə başlayıblar. Hazırda təmir işləri davam etdirilir və bir neçə […]