Cəmiyyət

Xaçmazın 100-ə yaxın kəndi işıqsız qaldı

Xaçmazın 100-ə yaxın kəndi işıqsız qalıb. “Report”un xəbərinə görə, güclü külək nəticəsində rayonun 100-ə yaxın yaşayış məntəqəsində – 18 min abonentin elektrik enerjisi ilə təminatında fasilələr yaranıb. Güclü külək rayonun müxtəlif ərazilərində iri gövdəli ağacları aşırıb, həmçinin şəhərin N.Nərimanov küçəsi, 74 A ünvanında çoxmənzilli yaşayış binasının dam örtüyünün 800 kv metr hissəsini uçurub. Hazırda küləyin fəsadlarını […]

Dünya

Özbəkistandan Rusiya və Qazaxıstana avtobusların gediş-gəlişi dayandırıldı

Özbəkistan Rusiya və Qazaxıstanla beynəlxalq marşrutlar üzrə müntəzəm avtobus səfərlərini dayandırıb. Bu qərarın qarlı və şaxtalı hava şəraiti səbəbilə verildiyi bildirilir. Bu barədə Respublika Nəqliyyat Nazirliyi məlumat yayıb. “Bu günlərdə qonşu Qazaxıstan Respublikası və Rusiya Federasiyasında müşahidə olunan şiddətli şaxtalar səbəbindən avtomobil yollarında donma və buzlanma əmələ gəlir. Nəticədə  nəqliyyat vasitələrində texniki nasazlıqlar yaranır və […]

Cəmiyyət

Cəlilabadda məktəbdə istilik niyə verilmir? – AÇIQLAMA

Cəlilabad şəhər 7 saylı orta məktəbində istiliyin verilməməsi ilə bağlı məlumata aydınlıq gətirilib. Lənkəran-Astara Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məktəbin qazanxanasının sobasında yaranan nasazlıqla bağlı məktəbin qızdırılmasında fasilələr yaranıb. “Nasazlığı aradan qaldırmaq üçün təsərrüfat istismar qrupunun əməkdaşlarına müvafiq tapşırıqlar verilib” – deyə məlumatda qeyd olunub. Xeberal.az

Cəmiyyət

Sabirabadda avtomobildə yanan şəxsin kimliyi məlum oldu

Sabirabadda VAZ markalı minik avtomobilində yanan şəxsin kimliyi məlum olub. “Report”un məlumatına görə, avtomobildə qeydə alınan yanğın nəticəsində Rasim Balakişiyev yanıq xəsarəti alıb. Qeyd edək ki, hadisə zamanı avtomobilin salonu və idarəetmə lövhəsi yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

Konstitusiya Məhkəməsi bəzi məhkəmə mübahisələrilə bağlı qərarını açıqlaydı

Konstitusiya Məhkəməsi kommersiya, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələrlə bağlı qərarını açıqlayıb. “Report” xəbər verir ki, Konstitusiya Məhkəməsi Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Prosessual Məcəllənin bir sıra maddələrilə bağlı müraciətinə baxılıb və qərar qəbul edilib. Qərarda deyilir ki, Azərbaycan Konstitusiyasının 60-cı maddəsinin I hissəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququnun təmin edilməsi məqsədi ilə […]

Cəmiyyət

Mingəçevirdə iki avtomobil toqquşdu: Ölən və yaralananlar var

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb, üç nəfər yaralanıb. Bu barədə Oxu.Az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, yanvarın 13-ü axşam saat 18 radələrində Mingəçevir şəhərinin Samux küçəsində Ülvi Hətəmovun idarə etdiyi “Mercedes” və Əhməd Əhmədovun idarə etdiyi “QAZ-3110” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü, eləcə də nəqliyyat […]

Cəmiyyət

“Azərbaycan Dəmir Yolları”nın sədri özünə müşavir təyin etdi

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov özünə müşavir təyin edib. “Report” xəbər verir ki, bu, Aysel Soltanovadır. O, Azərbaycan Dillər Universitetində Regionşünaslıq ixtisası üzrə bakalavr, Mərkəzi Avropa Universitetində Dövlət siyasəti sahəsində magistr təhsili alıb, 2006-2014-cü illərdə BP və P&G kimi tanınmış beynəlxalq şirkətlərdə çalışıb, 2014-2020-ci illərdə “Azərkosmos” ASC-də müxtəlif vəzifələri icra edib, o cümlədən Marketinq […]

İdman

“Qarabağ” ilk yoxlama oyununda böyük hesabla uduzdu

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qarabağ” ilk yoxlama oyununu keçirib. “Report”un məlumatına görə, “köhlən atlar” Polşanın “Rakuv” klubu ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 10-cu dəqiqədə İvi Lopes, 47 və 86-cı dəqiqələrdə isə Vladislav Qutkovski vurublar. “Qarabağ”ın yeni transferi Adama Diakabi Ağdam təmsilçisində debüt edib. Fransalı hücumçu 2-ci hissədə 25 nömrəli […]

Şou-Biznes

Rəqsanənin qızı ərinə qab yuduzdurdu

Müğənni Rəqsanənin qızı Aysun ərinin evdə qabları yuması ilə bağlı paylaşım edib. Lent.az-ın məlumatına görə, izləyiciləri onu bu paylaşımına görə qınayıb. O isə həmin izləyicilərə sərt cavab verib. “Mənə deyirsiniz, anan sənə niyə qabyuyan maşın cehiz verməyib? Mənim qabyuyan maşınım var. Amma 2 boşqabdan ötrü maşını işə salmıram. Belimdə problemim var, ona görə yoldaşım mənə kömək edir. […]

Cəmiyyət

Böyük əfv sərəncamı olacaq – Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Ermənistan parlamentində Azərbaycanla bağlı bəyanat qəbul edilmədi. Laçın yolundakı aksiya niyə bu ölkədə fikir ayrılığına səbəb oldu? Böyük əfv sərəncamı olacaq. Komissiyanın üzvü qərarın hansı məhbuslara şamil olunacağını açıqladı. İranda yüksək vəzifəli şəxs edam edilib. O, Britaniyaya hərbi məlumatlar ötürürmüş. Bakıda mənzildə meyiti tapılan 4 nəfərin ölüm səbəbi açıqlandı. Baş […]