Şou-Biznes

Memar, leytenant, Xalq artisti – Səhnəyə yeniliklər gətirən “Mirzə dayı” – Unudulan məşhurlar

Bu gün Xalq artisti Mirzə Babayevin vəfat etdiyi gündür. Lent.az “Mirzə dayı” ilə bağlı məlumatları “Unudulan məşhurlar” rubrikasında təqdim edir. Mirzə Babayev 1913-cü ilin iyul ayında Maştağa kəndində dünyaya gəlib. Ailədə 7 oğul olublar. Anası Sona xanım bəy nəslindən olub. O, qarmon ifa edə bilirdi. Mirzənin atası Əbdül Cabbar, deyilənə görə, Parisə tez-tez gedib gəlirdi. Mirzə […]

Cəmiyyət

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub

Bakı şəhərində yaşayış binası yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, paytaxtın Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 kvadratmetr olan mənzilin 1 otağında ev əşyaları 5 kvadratmetr sahədə, 1 ədəd kondisioner və 1 ədəd televizor yanıb. “Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 3 kvadratmetr sahədə və hamam otağının 1 ədəd plastikdən […]

Dünya

Rusiyada üç uşağı olan atalar da müharibəyə aparılacaqlar

Rusiya Federasiyasında üçuşaqlı atalar üçün qismən səfərbərlikdən möhlət hüququ ləğv edilib. Bu barədə Rusiya Dövlət Dumasının deputatı Nina Ostanina məlumat verib. Ostanina həmçinin qeyd edib ki, hazırda Rusiyada qismən səfərbərlik prosesi yekunlaşıb və günü sabahdan etibarən üç uşağı olan ataların səfərbərliyə cəlb edilməsindən söhbət getmir. Qeyd edək ki, Rusiyada üç və daha çox uşağı olan kişilərə qismən […]

İdman

Qurban Qurbanov yeni transferdən danışdı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın yeni transferi Adama Diakabi ilə bağlı danışıb. “Qafqazinfo” xəbər verir ki, bu gün Antalyada “Rakuv”a (Polşa) qarşı yoxlama matçında (0:3) sonra jurnalistlərə deyib:  “O, çoxdandır oynamırdı (Adama 2022-ci ilin iyununda klubsuz idi – red.). İdman formasını qaytarmaq çox çətin olacaq. Oyun ritminə düşmək üçün vaxt lazımdır. Ehtiyatlı olmalıyıq, tələssək, […]

Dünya

Trampın şirkəti maksimum məbləğdə cərimələndi: Baş maliyyə direktoru həbs olundu – FOTO

ABŞ-ın keçmiş prezidenti Donald Trampa məxsus daşınmaz əmlak şirkəti vergidən yayınmaqda təqsirli bilinib. “Trump Organization” adlı şirkət bu cinayətə görə 1,6 milyon dollar məbləğində cərimələnib. Şirkət ötən ilin dekabrında fırıldaqçılıq və biznes qeydlərini saxtalaşdırmaqda, o cümlədən 17 cinayətdə təqsirli bilinib. Məhkəmə prosesi Nyu-Yorkda baş tutub və şirkət vergidən yayınma ittihamı ilə maksimum məbləğdə cərimə olunub. […]

Cəmiyyət

Kənd sakini: “Yol bağlanıb, nə çörək var, nə də un” – VİDEO

Lənkəranın Balıqçılar qəsəbəsi üç gündür ki, ətrafdan təcrid olunub. Qəsəbədə qar çox yağdığından yollar bağlanıb, məktəbin dam örtüyünün bir hissəsi isə çöküb. “Yol bağlanıb, nə çörək var, nə də un”, – deyə qəsəbə sakini qeyd edib. Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: Xeberal.az

Cəmiyyət

Naxçıvan Ali Məclisinin yüksək vəzifəli şəxsləri işdən azad edilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yüksək vəzifəli şəxsləri işdən azad edilib. “Report” xəbər verir ki, müvafiq sərəncamı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, Ali Məclis sədrinin səalhiyyətlərini icra edən Azər Zeynalov imzalayıb. Sərəncamla Ali Məclis Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov və Ali Məclisinin Qəbul Sektoru şöbəsinin müdiri […]

İdman

Afrikalı futbolçu “Neftçi” ilə vidalaşdı

Qış fasiləsində “Neftçi” ilə yollarını ayıran seneqallı futbolçus Mamadu Mboc “ağ-qaralar”la vidalaşıb. Oxu.Az-ın məlumatına görə, 30 yaşlı müdafiəçi bununla bağlı “Instagram” səhifəsində video paylaşıb. “Yalnız ən böyük xatirələr… Və hər biri unikaldır! Hər şey üçün “Neftçi”yə ürəkdən təşəkkür edirəm”, – afrikalı oyunçu yazıb. Qeyd edək ki, 2018-ci ilin dekabrında “Neftçi”yə transfer olunmuş Mamadu Mboc 5 mövsüm […]

Siyasət

TDT Qarabağda təbii sərvətlərin qanunsuz istismarını pisləyib

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanın Qarabağ iqtisadi rayonunda təbii sərvətlərin qanunsuz istismarı ilə bağlı bəyanat yayıb. “Report”un Ankara Bürosuna TDT-nin mətbuat xidmətindən bu barədə bildirlib. Bəyanatda qeyd olunub ki, TDT-nin Baş katibliyi Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələrinin dinc etirazlarına səbəb olan, Ermənistan və digər cinayətkar ünsürlər tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda təbii sərvətlərin qeyri-qanuni istismarından, ətraf […]

Şou-Biznes

“TikTok”dakılara “çuşka” deyənlər indi oradan çıxmırlar – Trendə düşən müğənni ilə MÜSAHİBƏ

Lent.az musiqiçi, bəstəkar, "Tufan var" mahnısı ilə tanınan Ceyhun Səmədovla müsahibəni təqdim edir. –    Özünüzü təqdim edin. “Tufan var” mahnısı vasitəsilə tanıdığımız Ceyhun Səmədov kimdir? –     Ceyhun ifaçı, bəstəkar və mahnılara söz yazan biridir.  –    Uğurlu olmaq, tanınmaq üçün gənclərə nə lazımdır? Özünüzü uğurlu hesab edirsiniz? –    Tanınmaqla uğurlu olmaq fərqli şeylərdir. Tanınmaq istər musiqidə, istərsə də digər sahələrdə […]