Dünya

İndoneziyanın ən hündür vulkanı püskürdü – FOTO/VİDEO

İndoneziyanın ən hündür vulkanı olan Kerinçi vulkanı püskürüb. Sumatra adasında yerləşən vulkanın külləri 900 metr yüksəkliyə çatıb. Bu barədə Geoloji Fəlakətlərin Tədqiqi üzrə Milli Mərkəzdən məlumat verilib. Püskürmə səkkiz dəqiqədən çox davam edib. Yerli hökumət yaxınlıqdakı yaşayış məntəqələrinin sakinləri üçün təxliyə marşrutu hazırlayır. Mənbə: “İzvestiya” “Telegram” Xeberal.az

İdman

Mərakeşdə stadiona Əşrəf Hakiminin adı verildi – FOTO

Mərakeşin Əl-Qəsr əl-Kəbir şəhərindəki bələdiyyə stadionu indi milli komandanın və Fransanın PSJ klubunun 24 yaşlı futbolçusu Əşrəf Hakiminin adını daşıyır. Bu barədə o, çərşənbə günü öz “Facebook” səhifəsində yazıb. Hakimi minlərlə yerli sakinin iştirakı ilə şəhər rəhbərliyi tərəfindən onun şərəfinə keçirilən mərasimdə şəxsən iştirak edib. Azarkeşlər onu emosional şəkildə, ənənəvi mahnı və rəqslərlə qarşılayıblar. Futbolçu […]

Dünya

İspaniyada qatar relsdən çıxdı: Xəsarət alanlar var

İspaniyanın şimalında şəhərətrafı qatarın relsdən çıxması nəticəsində ən azı 15 nəfər xəsarət alıb. Məlumata görə, hadisə Kantabriya muxtar icmasının Renedo stansiyasının yaxınlığında baş verib. Qəza zamanı qatarda 40 sərnişin olub. İnsident qatarın aşağı sürətlə hərəkət edərək dalan dirəyə çatmasından sonra baş verib. Hadisənin digər qatarların hərəkətinə təsir göstərmədiyi qeyd edilib. Mənbə: TASS Xeberal.az

İdman

İspaniya Superkuboku: “Real Madrid” finala penaltilərlə çıxdı

İspaniya Superkubokunda yarımfinal oyunlarına start verilib. İlk qarşılaşmada son ölkə çempionu və Superkubokun hazırki sahibi “Real Madrid” “Valensiya” ilə üz-üzə gəlib. Kral Fəhd adına beynəlxalq stadionda baş tutan matç gərgin mübarizə şəraitində keçib. Oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda qapılara qol vurulmayınca matçın taleyini 11 metrlik cərimə zərbələri həll edib. “Futbol lotereyası”nda isə […]

Dünya

Xomeyninin Paris yaxınlığındakı portreti örtüləcək

İranın ilk ali lideri Ayətullah Xomeyninin (1902-1989) məcburi sürgündə olduğu Paris yaxınlığındakı Nofle-le-Şato qəsəbəsində yerləşən portretinin örtülməsi planlaşdırılır. Bu barədə şəhərin meri Elizabet Sancivi bildirib. Xomeynini təsvir edən tablo bir metr hündürlüyündə taxta lövhədir. O, şəxsi mülkiyyətdədir. Tabloda 1978-1979-cu illərdə Xomeyninin bu yerdə qalmasından bəhs edən fransız və fars dillərində mətn də var. Bildirilir ki, […]

Dünya

Çində krematori və dəfn evlərinin qarşısında növbə yaranıb – FOTO

Peykdən qeydə alınmış yeni görüntülərdə Çinin bir sıra şəhərlərində krematorilərin və dəfn evlərinin qarşısında növbələrin yarandığı əks olunub. Mənbə iddia edir ki, bu, Çində ciddi məhdudiyyətlərin aradan qaldırılmasından sonra misli görünməmiş COVID-19 infeksiyası dalğasının yaşandığını sübut edir. Fotolar dekabr və yanvar aylarında çəkilib. Kadrlarda Pekinin kənarında, Kunminq, Nanjinq və Tannqan şəhərlərində cənazə evlərinin qarşısında maşın cərgələri […]

Dünya

Nursultan Nazarbayev Qazaxıstanın millət lideri titulundan məhrum olunub

Qazaxıstanın Konstitusiya Məhkəməsi Nursultan Nazarbayevi millət lideri (Elbası-red) elan edən “Qazaxıstan Respublikasının Birinci Prezidenti haqqında” Qanunun etibarsız sayılması barədə qərar çıxarıb. Sənəddə qeyd edilir ki, “Hazırda Konstitusiyanın Qazaxıstan Respublikasının qüvvədə olan qanununda “Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası haqqında” Konstitusiya qanununun qorunub saxlanılması üçün hüquqi əsaslar yoxdur, bununla əlaqədar qanun qüvvədən düşmüş hesab edilir”. Müvafiq […]

Dünya

Yaponiyada koronavirusdan ölənlərin sayı kəskin artdı

Yaponiyada koronavirusdan ölənlərin sayı dekabr ayından kəskin şəkildə artıb. Bunu yerli hakimiyyət orqanlarının dərc etdiyi statistik məlumatlar sübut edir. Yaponiyada pandemiyanın bütün dövrü ərzində təxminən 60 min insan koronavirusdan dünyasını dəyişib. Lakin dekabrın ortalarından bu günə qədər ölkə üzrə koronavirusa yoluxan insanlar arasında 10 minə yaxın ölüm halı qeydə alınıb. Yaponiya Səhiyyə Nazirliyinin məlumatına görə, […]

Dünya

Pulunu çıxara bilməyən livanlı zabit banka silahla hücum edib – VİDEO

Livanın cənubunda yerləşən Sayda şəhərində pulunu bankdan çıxara bilməyən ordu zabiti bank işçisi ilə mübahisə etdikdən sonra tapançası ilə bankın girişindəki şüşə qapıya atəş açıb. İnsident zamanı ölən və yaralanan olmayıb. Hadisə yerinə gələn polis hərbçini həbs edib. Qeyd edək ki, Livanda 2019-cu ildən bəri iqtisadi böhran yaşanır. Mənbə: İHA Xeberal.az

Cəmiyyət

Yevlaxda mağazadan və yük avtomobilindən oğurluq edildi: Saxlanılan var

Yevlaxda mağazadan oğurluq edilib, hadisəni törətməkdə şübhəli bilinən keçmiş məhkum saxlanılıb. “Report”un məlumatına görə, rayon ərazisindəki mağazaların birindən 1 530 manat pul və “KamAZ” markalı avtomobildən isə akkumulyator oğurlanıb. Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hər iki oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş M.Yusifov saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az