Cəmiyyət

Balakəndə FACİƏ: Qazi vəfat etdi, anasının ürəyi dayandı – FOTO

Vətən müharibəsi qazisi vəfat edib.  Lent.az-ın məlumatına görə, Balakən rayonu, İtitala kənd sakini Osmanov Zamir Şakir oğlu Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Mərhumun cənazəsi bu gün Balakənə aparılaraq ailəsinə təhvil verilib.  Bu zaman oğlunun ölüm xəbərini eşidən anası Esma Çiliyevanın da ürəyi dayanıb.  Z.Osmanov bu gün doğulduğu kənddə torpağa tapşırılıb.  Esma Çiliyeva isə sabah […]

Cəmiyyət

Xırdalanda çoxmərtəbəli yaşayış binası qanunsuz tikilib? – VİDEO

Xırdalanda qanunsuz çoxmərtəbəli binanın tikildiyi iddia edilib. Belə ki, vətəndaş Fərrux İbrahimov bildirib ki, Xırdalan şəhəri Heydər Əliyev prospektində ona məxsus olan istehsal sahəsinə bitişik 23 sotun içərisində çoxmərtəbəli, heç bir sənədi olmayan yaşayış binası tikilib. O qeyd edib ki, binanı inşa edən şəxs fərdi sahibkardır. Daha ətraflı Baku TV-nin süjetində: Xeberal.az

İdman

Futbol tarixinin ən uğursuz transferləri açıqlandı – SİYAHI

Nüfuzlu “Goal” nəşri futbol tarixinin ən uğursuz transferlərinin reytinqini hazırlayıb. Birinci yeri 2018-ci ilin yanvarında 120 milyon avro + 40 milyon avro bonus qarşılığında Filipp Koutinyonun “Liverpul”dan “Barselona”ya keçməsi olub.. Braziliyalı yarımmüdafiəçi Kataloniya klubunun əsas heyət oyunçusu ola bilməyib və 6 ay sonra “Bavariya”ya icarəyə verilib. Lakin Münhen klubu icarə müddətinin sonunda futbolçunu almaqdan imtina […]

Dünya

Braziliyada həbsinə order verilən sabiq məmur vətəninə qayıdır: “Özümü müdafiə edəcəm”

Braziliyada məhkəmə keçmiş təhlükəsizlik rəhbəri Anderson Torresin həbsinə order verib. O, Braziliyanın keçmiş lideri Jair Bolsonarunun minlərlə tərəfdarının Milli Konqresə, Ali Məhkəməyə və prezident sarayına basqını zamanı iğtişaşların qarşısını ala bilməməkdə ittiham olunur. Torres “Twitter” hesabında yazıb ki, o, ABŞ-dəki məzuniyyətini yarımçıq qoyub vətəninə qayıdacaq, hakim qarşısına çıxacaq və özünü müdafiə edəcək: “Bu gün öyrəndim ki, Federal […]

Dünya

İngiltərədə minlərlə təcili yardım işçisi insanlara xidmət etməkdən imtina edib

İngiltərə və Uelsdə 25 minə yaxın təcili tibbi yardım xidmətində çalışan işçilər maaşların inflyasiyadan yuxarı həddə qədər artırılması tələbi ilə tətillər keçirilər. Aksiyada təcili yardım xidmətinin sürücüləri, həkimləri, qaynar xəttin işçiləri və texniki personal iştirak edir. Öz növbəsində Böyük Britaniyanın səhiyyə naziri Stiv Barkli vətəndaşlara müraciət edib. O, insanları etirazları nəzərə alıb yalnız ekstremal hallarda […]

Dünya

Zelenski: “Ukraynada yaşayan rusiyalılar vətəndaşlıqdan məhrum edilməlidir”

Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, ölkədə siyasi və ya mənəvi təsiri olan bütün rusiyalılar Ukrayna vətəndaşlığından məhrum edilməli və Rusiya Federasiyasında yaşamalıdırlar. “Bizim vəzifəmiz bu gün dövlətimizə siyasi, yaxud mənəvi təsir göstərmək imkanı olan və Rusiya Federasiyası vətəndaşlığına malik bütün ikili, üçlü vətəndaşların yalnız bir vətəndaşlığının qalmasını təmin etməkdir – Rusiya Federasiyası vətəndaşlığı. […]

Dünya

Fransa vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırdı

Fransa Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına İrana hər hansı səfərdən çəkinməyi tövsiyə edib. Bunu Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi “Charlie Hebdo” jurnalında İranın ali liderinin karikaturalarının dərci ilə əlaqədar Paris və Tehran arasında yaranmış gərginliklə bağlı sualları cavablandırarkən deyib. “Ölkə rəsmiləri tərəfindən qanunsuz həbslər riskinin yüksək olduğunu nəzərə alaraq, İrana hər hansı səfərdən çəkinməyi rəsmi […]

Dünya

Şahzadə Harri: “Həyatda olmağımın səbəbi qardaşımın xəstələnmə ehtimalıdır” – FOTO

Britaniya kral ailəsinin sirlərini açıqladığı avtobioqafik kitabı satışa çıxarılan şahzadə Harri uşaqlıq travmaları ilə bağlı açıqlamaları ilə gündəmdə qalmağa davam edir. Harri “Spare” (Ehtiyat”) adlı kitabında qeyd edib ki, onun həyatda olmasının səbəbi böyük qardaşı, hazırda taxtın bir nömrəli varisi olan Şahzadə Uilyamın xəstələnmə ehtimalıdır. 38 yaşlı şahzadə bildirib ki, qardaşına böyrək və ya qan köçürülməsi […]

Cəmiyyət

Xaçmazda 35 yaşlı kişi odlu silahdan açılan atəş nəticəsində ölüb

Xaçmaz sakini odlu silahdan açılan atəş nəticəsində ölüb. “Report” xəbər verir ki, rayonun Ağyazı Buduq kənd sakini, 1988-ci il təvəllüdlü Apayev Rəşid Nüsrət oğlu odlu silah yarası ilə xəstəxanaya gətirilib, lakin onun öldüyü aşkarlanıb. Yaxınlarının bildirdiyinə görə, R.Apayev dəniz kənarinda ov edərkən ehtiyatsızlıqdan odlu silahdan atəş açaraq, özü-özünə xəsarət yetirib. Onun meyiti tibbi ekspertiza olunması […]

Siyasət

Dövlət Baxçalı azərbaycanlı qazilərə hədiyyə verib – FOTO

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Azərbaycanın Vətən müharibəsi qazilərini qəbul edərək, onlara MHP-nin rəmzi olan “Bozkurd” nişanı hədiyyə edib. Bu barədə MHP-nin mətbuat xidmətindən məlumat verilib. Qeyd edək ki, bu gün MHP-nin sədr müavini, türkiyəli millət vəkili Kamil Aydın da özünün tviterdəki səhifəsində görüşlə bağlı paylaşım edib: “Qarabağda 30 illik erməni işğalını […]