Cəmiyyət

Qaxda avtomobil telefon dirəyinə çırpılıb, xəsarət alanlar var

Qaxın Kötüklü kəndində “VAZ-2106” markalı avtomobil telefon dirəyinə çırpılıb. “Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə nəticəsində 1999-cu il təvəllüdlü Kərimov Şəmsəddin Təmraz oğlu və 2002-ci il təvəllüdlü Süleymanzadə Nihad Akif oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Dünya

Ukrayna rəsmi şəkildə Gürcüstandan Saakaşvilinin müalicəyə verilməsini xahiş edir

Ukraynanın Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, rəsmi Kiyev öz vətəndaşı, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilini Ukraynaya və ya hər hansı digər Avropa ölkəsinə qaytarmaq xahişi ilə Tbilisiyə rəsmi müraciət edib. Podolyak qeyd edib ki, Saakaşvilinin Ukraynaya göndərilməsi Rusiya tərəfindən heç bir hərbi-aqressiv nəticə verməyəcək. “Ukrayna Prezidenti Volodimir Zelenskinin aydın mövqeyi var – […]

İdman

Moldova millisinin futbolçusu “Turan Tovuz”da

Azərbaycan Kubokunun yarımfinalçısı “Turan Tovuz” qış fasiləsində ilk transferini reallaşdırıb. Sport24.az-ın məlumatına görə, bu, Moldova millisinin üzvü Denis Maradiçdi. Belə ki, Portuqaliya vətəndaşı da olan 27 yaşlı futbolçu sol cinah müdafiəçisi mövqeyində çıxış edir. Bu isə tovuzlular üçün cari mövsümün ilk yarısında problemli mövqe oldu. Burkina-fasolu Ben Aziz Diao müdafiənin sol cinahında çıxış etsə də, son 2 ayda zədəli olduğuna görə […]

İdman

Qvardiola Braziliya yığmasını çalışdırmaqdan imtina etdi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Braziliya millisini çalışdırmaqdan imtina edib. Məlumata görə, Braziliya Futbol Federasiyası mütəxəssisin qardaşı və agenti Pere Qvardiolaya müraciət edib. Məşqçi təkliflə maraqlanmadığını bildirərək, İngiltərə çempionatında işinə davam etmək istədiyini qeyd edib. Xatırladaq ki, Braziliya seçməsi Xorvatiya ilə oyunda uğursuzluğa düçar olduqdan sonra DÇ-2022-ni tərk edib. Penaltilər seriyasında Zlatko Daliçin yetirmələri […]

Dünya

Braziliya Prezidenti etirazlarla əlaqədar paytaxtın təhlükəsiz ərazisinə təxliyə edilib – VİDEO

Braziliya Prezidenti Lulu da Silva ölkə paytaxtının mərkəzi hissəsindən uzaqdakı təhlükəsiz əraziyə təxliyə edilib. Bu barədə yerli KİV məlumat yayıb. Hazırda Braziliyanın paytaxtında sabiq dövlət başçısı Jair Bolsonaronun tərəfdarlarının kütləvi etirazları keçirilir. Hadisənin videosu sosial şəbəkədə yayılıb. Etirazların dinc keçəcəyi ehtimal edilirdi. Lakin etirazlar hökumət binalarının kütləvi şəkildə ələ keçirilməsinə çevrilib. Polislə toqquşmalar qeydə alınıb, aksiyaçılar […]

Dünya

Kim Çen In ad gününü qeyd etmədi

KXDR lideri Kim Çen Inın ad günü rəsmi bayram olmadığı üçün Şimali Koreyada heç bir xüsusi tədbir keçirilməyib. Dövlət başçısının 39 yaşının tamam olduğu güman edilir. Şimali Koreyanın rəsmi mənbələri Kim Çen Inın 8 yanvar 1982-ci ildə anadan olduğunu bildirir. Lakin onun doğum ilinin 1984 və ya 1983-cü il olması versiyaları da mövcuddur. Bundan əvvəl […]

İdman

İtaliyada yüzlərlə futbol azarkeşi avtomobil yolunda iğtişaş törədib – VİDEO

“Napoli” və “Roma” futbol klublarının 300-ə yaxın azarkeşi Aretso şəhəri yaxınlığındakı avtomobil yolunda dava salıblar. Məlumata görə, nəticədə magistral yolda 13 kilometrlik tıxac yaranıb. Fanatlardan bəziləri ağac dəyənəklərlə silahlanıb, həmçinin tüstü və işıq fişənglərindən istifadə edilib. Bildirilir ki, iğtişaşlar nəticəsində azı bir nəfər yaralanıb və yaxınlıqdakı xəstəxanaya aparılıb. Qeyd olunub ki, “Napoli” azarkeşləri Genuyaya, “Roma” […]

İdman

İsveçli xizəkçi finişdən sonra huşunu itirdi – VİDEO

İsveçli xizəkçi Frida Karlsson 2023-cü il “Tour de Ski” turnirində 10 km məsafədə yarışı bitirdikdən sonra huşunu itirərək yerə yıxılıb. İdmançı yarışda 15-ci yeri tutduqdan sonra ərazini yalnız xərək üzərində tərk edə bilib. Bir müddət sonra idmançı özünə gəlib. Onun həkim və fizioterapevti Karlssonun səhhətində ciddi problemin olmadığını bildiriblər. Qeyd edək ki, bu, “Tour de […]

Dünya

Tehranda naməlum şəxslər universitet önündə ​​atəş açıblar: Yaralanan var

Bazar günü naməlum şəxslər İranın paytaxtı Tehranda yerləşən Əllamə Təbatəbai Universitetini atəşə tutub. Məlumata görə, hücum edənlər universitet işçilərindən birinə atəş açıb və hadisə yerindən qaçıblar. Zərərçəkən xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Bildirilir ki, hücum edənlər bir müddət qurbanı təqib ediblər. Atıcının üzü parça maska ​​ilə örtülüb. Hücum edənlərin kimliyi hələ müəyyən edilməyib. […]