Cəmiyyət

Bakıda yeni ilin ilk qarı fəsadlar törətdi – VİDEO

Dünən gecə saatlarından yağmağa başlayan qar yollarda nəqliyyatın hərəkətini çətinləşdirib.  Oxu.Az xəbər verir ki, Bakı, Sumqayıt şəhərlərində, eləcə də Abşeron yarımadasında qarlı hava şəraiti bir sıra çətinliklər yaradıb. Küçədə nəqliyyat vasitələri toqquşublar.  Piyada səkiləri sürüşkən olduğundan yıxılanlar var.  Onu da qeyd edək ki, Bakı-Sumqayıt yolunda da vəziyyət acınacaqlıdır. Sürücülər iddia edirlər ki, yola nə qum, nə də […]

Cəmiyyət

Qarlı havanın Bakıda dərsə davamiyyətə təsiri açıqlanıb – RƏSMİ

Qarlı hava şəraiti ilə əlaqədar Bakıda yüksək ərazilərdə fəaliyyət göstərən ümumi təhsil məktəblərində şagirdlərin dərsə davamiyyət göstəricisi digər günlərə nisbətən qismən aşağı düşüb. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib. Qeyd olunub ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar paytaxtdakı ümumi təhsil müəssisələrinin normal fəaliyyətinin təmin olunmasına diqqət daha da artırılıb. Bu istiqamətdə müvafiq qurumlarla […]

Cəmiyyət

Cəlilabadda 15 yaşlı qız dəm qazından boğulub

Cəlilabadda 15 yaşlı qız dəm qazından boğulub. “Report” xəbər verir ki, hadisə Cəlilabad şəhərinin V.Mürsəlov küçəsində yerləşən evlərdən birində qeydə alınıb. Şəhər sakini, 2008-ci il təvəllüdlü N.Məmmədova dəm qazından zəhərlənib. O, xəstəxanaya çatdırılsa da, artıq öldüyü məlum olub. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

Bakının küçə və prospektləri gecə qardan təmizlənib – FOTO

Bu gün gecə saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumlar xüsusi, gücləndirilmiş iş rejimində yağan qarın küçə, prospekt və piyada səkilərindən, avtobus dayanacaqları və metro stansiyalarının qarşısından təmizlənməsini aparıblar. Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb. Bildirilib ki, şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsi ilə yollara duz […]

Cəmiyyət

Ələt-Astara magistral yolunda qəza: Ölən var

Ələt-Astara magistralında ölümlə nəticələnən qəza baş verib APA xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Yük maşınlarının toqquşması nəticəsində sürücü ölüb, sərnişin isə komatoz vəziyyətdə Salyan xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Siyasət

Qar yağmağına baxmayaraq, Xankəndi-Laçın yolunda aksiya 29 gündür davam edir – FOTO

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iyirmi doqquz gündür davam edir. “Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib. Şuşa şəhərinə qar yağmağına baxmayaraq, aksiya iştirakçıları gün ərzində olduğu kimi, gecədən səhərədək davamlı şəkildə isti yer, […]

İdman

“Barselona” səfərdə “Atletiko”nu məğlub etdi – VİDEO

La Liqada 16-cı turun mərkəzi oyunu keçirilib. Oxu.Az xəbər verir ki, “Atletiko” “Barselona”nı qəbul edib. Matç Kataloniya klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. “Atletiko” – “Barselona” – 0:1 Qol: Dembele, 22 Qırmızı vərəqələr: Saviç, 90+2 (“Atletiko”), Torres, 90+2 (“Barselona”) Bu nəticədən sonra xalını 41-ə çatdıran “Barselona” turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. “Real” 38 xalla 2-ci, “Real […]

Dünya

Braziliyada fövqəladə vəziyyət elan edilib

Braziliya prezidenti Lula da Silva keçmiş dövlət başçısı Jair Bolsonaronun tərəfdarlarının törətdiyi iğtişaşlarla əlaqədar ölkə paytaxtında 1 aylıq fövqəladə vəziyyət elan edib. Dövlət başçısı fərmanı jurnalistlərə özü elan edib. Qeyd edək ki, Braziliya Prezidenti Lulu da Silva ölkə paytaxtının mərkəzi hissəsindən uzaqdakı təhlükəsiz əraziyə təxliyə edilib. Xeberal.az

İdman

“Milan” qələbəni əldən verdi – VİDEO

İtaliya çempionatında 17-ci tur davam edir. Turun mərkəzi qaşılaşmasında son çempion “Milan” “Roma”nı qəbul edib. “Milan” doğma meydanda “Roma” üzərində qələbəni son anda əldən verib – 2:2. Milan – Roma 2:2 Qol: Kalulu, 30. Pobeqa, 77 – İbanes, 87. Abraham, 90+3. Qeyd edək ki, tura bazar ertəsi “Bolonya” – “Atalanta” oyunu ilə yekun vurulacaq. Xeberal.az

Dünya

Britaniyalı siyasətçilər: “Rusiya tribunal qarşısında cavab verməlidir”

Müxtəlif siyasi dairələrdən olan yüksək rütbəli britaniyalı siyasətçilər birgə bəyanat yayaraq Rusiyanın Ukraynaya qarşı təcavüz cinayəti ilə bağlı hərəkətlərinin araşdırılması üçün xüsusi tribunal yaradılması tələbini dəstəkləyiblər. Leyboristlər Partiyasının lideri Keyr Starmer, NATO-nun keçmiş Baş katibi Corc Robertson, keçmiş xarici işlər naziri Devid Ouen və keçmiş mühafizəkar lider İen Dunkan Smitin də daxil olduğu siyasətçilər qrupu […]