İqtisadiyyat

Deputat sosial islahatlardan danışdı: “Yaxın günlərdə müavinət və təqaüdlərin artırılması nəzərdə tutulur”

“Ölkəmizdə əhalinin sosial müdafiəsinin təmin olunması dövlətin yürütdüyü siyasətin əsas hədəflərindəndir. Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncam da məhz sosial təminata daha çox ehtiyacı olan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsini nəzərdə tutur. Həmin tədbirlər çərçivəsində minimum əməkhaqqının 300 manatdan 345 manata çatdırılması 700 min vətəndaşımızı əhatə edəcək. Eləcə də minimum pensiya 280 manata çatdırılacaq. Hər […]

Dünya

Türkiyədə bir gündə 7 nəfər öldü, 30-dək yaralı var – Xəbərlərin 17:00 buraxılışı

Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. Azərbaycan hərbçiləri Türkiyədə. Birgə hərbi təlimlər başlayır.  “Azərsu”dan işdən çıxarılan şəxs sakinləri aldadaraq onlardan pul yığmağa çalışdı. Qurum vətəndaşlara müraciət etdi. Bir gündə 7 nəfər öldü, 30-dək yaralı var. Türkiyədə nə baş verib? Daha ətraflı BAKU NEWS-un 17:00 buraxılışında: Xeberal.az

İqtisadiyyat

Sahil Babayev yeni sosial islahat proqramından danışıb

“Sərəncamla minimum əməkhaqqı bu ilin əvvəlindən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb, minimum pensiyanın da 40 manat artımla 240 manatdan 280 manata çatdırılması, müavinət və təqaüdlərin artırılması barədə 10 gün ərzində Nazirlər Kabineti tərəfindən dövlət başçısına təkliflər təqdim edilməsi tapşırılıb”. “Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev […]

Cəmiyyət

Yaşayış binasının damında yaranan təhlükəli hal aradan qaldırılıb – VİDEO

Bakı şəhərinin Nizami rayonunda üçmərtəbəli yaşayış binasının damında bir neçə dəmir lövhənin yerindən qoparaq asılı vəziyyətdə qalıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, sakinlərin və ərazidən keçən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri qeyd olunan ünvana cəlb olunub. Xilasedicilər dəmir lövhələri müvafiq qaydada götürərək təhlükəni […]

Cəmiyyət

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən kəskin hava şəraiti ilə əlaqədar sürücülərə TAPŞIRIQ

Aidiyyəti qurumlar fəaliyyət sahələri ilə bağlı öhdəlikləri çərçivəsində kəskin hava şəraitinin müşahidə ediləcəyi günlər üçün görülən və görüləcək qabaqlayıcı tədbirlər barədə son məlumatları ictimailəşdirirlər. Məsələ ilə bağlı Bakı Beynəlxalq Avtovağzal Kompleksinə də sorğu ünvanladıq.  Bakı Beynəxalq Avtovağzal Kompleksinin mətbuat katibi Samir Səfərov Oxu.Az-a açıqlamasında bildirib ki, qarlı və şaxtalı hava şəraitində şəhər və rayonlararası müntəzəm  sərnişindaşımada sərnişinlərin təhlükəsizliyinin təmin […]

Cəmiyyət

Güclü külək əsəcək, çovğun olacaq – XƏBƏRDARLIQ

Yanvarın 8-dən başlayaraq 12-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Oxu.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, şimal-şərq küləyi 7-si axşamdan 10-u gündüzədək arabir güclənəcək. Çovğun olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə […]

Cəmiyyət

Rusiyada 15 nəfərin öldüyü kafenin azərbaycanlı sahibinin həbs müddəti uzadılıb

Moskvanın Basmannıy Rayon Məhkəməsi yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə saxlanılan Kostroma Dövlət Dumasının Vahid Rusiya Partiyasından deputatı İxtiyar Mirzəyevin həbs müddətini uzadıb. APA-nın Moskva müxbirinin məlumatına görə, məhkəmə Mirzəyevin barəsində həbs qətimkan tədbirinin daha üç ay müddətinə, aprelin 5-i tarixinədək uzadılması haqqında qərar qəbul edib. Qeyd edək ki, İxtiyar Mirzəyevin sahibi olduğu “Poliqon” gecə klubunda […]

Cəmiyyət

“Çəki oyunu” və ya istehlakçı hüquqlarının tapdalanması: “Qanun köhnəlib, tələblərə cavab vermir” – FOTO

Marketlərdə satılan bir çox məhsulların qiymətinin eyni qaldığı, amma çəkisinin azaldıldığı barədə narazılıqlar var. İstehlakçıya qiymət eyni görünsə də, aldığı məhsul eyni çəkidə olmur. Məhsulun çəkisinin üzərində yazılan rəqəmlə üst-üstə düşməməsi halları da müşahidə olunur.  Son günlər marketlərdə satılan bir çox qida və qeyri-qida məhsullarının qiymətinin eyni qaldığı, amma çəkisinin azaldıldığı barədə narazılıqlar eşidirik. Bəzi […]

Dünya

Didye Deşam Fransa millisini daha 4 il çalışdıracaq

Didye Deşam Fransa millisini çalışdırmağa davam edəcək. Bu barədə Fransa Futbol Federasiyası açıqlama verib. Fransalı məşqçi ilə yeni müqavilə imzalanıb. Müqavilə 2026-cı ilin iyun ayına kimi hesablanıb. Deşam 2012-ci ildən Fransa millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 2018-ci il Dünya çempionatı və 2021-ci il Millətlər Liqasının qalibi olub. Həmçinin Avro-2016 və 2022-ci il Dünya çempionatının […]