Cəmiyyət

Əsrarəngiz gözəlliyə malik olan gül istixanasından FOTOREPORTAJ

İstixanalar son zamanlar geniş yayılıb. Ötən əsrdə də insanlar istixanalardan fəsilə uyğun olmayan, tərəvəzləri, bitkiləri, gülləri yetişdirmək üçün istifadə edirlər. Elə arasında “parnik” adlandırılan istixanaları insanlar öz həyətlərində düzəldib, istifadə edirdilər. Əsas qulluq bitkilərin işığa, rütubətə, istiliyə olan tələbatını təmin etmək, yemləmə gübrəsi vermək, xəstəlik və zərərvericilərlə mübarizədən ibarətdir. Bunun üçün həmin bitkilərin toxumları fevral ayından […]

İqtisadiyyat

Ölkədə əczaçılıq məhsullarının istehsalı artıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 2 milyard 110 milyon 100 min manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 7,7%, rezin və plastik kütlə məmulatlarının istehsalında 6%, kimya sənayesi məhsullarının istehsalında isə 2,7% artıb. Bu barədə Dövlət Statistika […]

Siyasət

Əli Əhmədov Braziliyanın yeni prezidentinin andiçmə mərasimində iştirak edib – FOTO

Baş nazirin müavini Əli Əhmədov Braziliyanın yeni seçilmiş prezidenti Luiz İnasio Lula da Silvanın və yeni vitse-prezident Jeraldo Alkminin təntənəli andiçmə mərasimində iştirak etmək üçün 31.12.2022-03.01.2023-cü il tarixlərində Braziliyada rəsmi səfərdə olub. Azərbaycanın Braziliyadakı səfirliyindən APA-ya verilən xəbərə görə, mərasimə çox sayda dövlət və hökumət başçıları, yüksək səviyyəli nümayəndələri və digər rəsmi şəxslər qatılıb. Mərasim zamanı, […]

Şou-Biznes

1,5 milyonluq YENİ İL HƏDİYYƏSİ

Şəxsi həyatları ilə gündəmə gəlməyən Aslışah Alkoçlar və Kaan Demirağ cütlüyü dəbdəbəli hədiyyələri ilə diqqət çəkib. Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ikinci körpəsinə hamilə olan "Yeşilçam" ulduzu Hülya Koçyiğitin nəvəsi Aslışah Alkoçlara əri 1,5 milyon dəyərində hədiyyə verib. İş adamı Kaan Demirağ həyat yoldaşı Aslışaha Yeni il hədiyyəsi olaraq briliyant qolbaq alıb. O, həmin qolbağa 1.5 […]

Dünya

Yarışda hicabını çıxaran iranlı şahmatçı təhdid olundu – FOTO

Almatıda keçirilən şahmatın rapid və blits növü üzrə dünya çempionatında başıaçıq çıxış edən şahmatçı Sara Xadem immiqrasiya məlumatını təsdiqləyib və bir gün İrana qayıtmaq niyyətində olduğunu bildirib. “Qaçqın olduğum barədə söz-söhbətlər yayılıb. Bunu açıqlamaq istəyirəm. Mən qaçqın deyiləm. Əslində buna ehtiyac yoxdur. Uzun illər öz sahəmdəki uğurlarım və həyat yoldaşım sayəsində heç vaxt sığınacaq sorğusu […]

Dünya

ABŞ hökumətinin “Twitter”ə göstərdiyi təzyiq barədə sənədlər yayımlandı – FOTO

İlon Mask araşdırmaçı jurnalist Mett Taibbiyə istinadla “Twitter faylları”nın yeni paketini yayımlayıb. Oxu.Az-ın məlumatına görə, dərc olunan materiallarda ABŞ hökumətinin “Twitter”dən təxminən 250 000 hesabı bloklamağı tələb etməsi də daxil olmaqla sosial şəbəkə ilə dövlət qurumları arasındakı əlaqənin təfərrüatı açıqlanıb. Taibbi ABŞ hökumətinin xüsusən də 2017-ci il seçkiləri zamanı Rusiyanın platformaya müdaxiləsini izləməsi üçün “Twitter”ə […]

Cəmiyyət

“Land Rover”lə 4 nəfəri öldürən “Qurtuluş 93”ün sahibinin kürəkəni yenidən hakim qarşısına çıxarılır

Bakıda 4 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Elşad Kəlbəliyevin barəsindəki hökmdən kassasiya şikayəti verilib.   Pravda.az xəbər verir ki, Ali Məhkəməyə müraciət edən məhkum barəsində bəraət hökmünün çıxarılmasını istəyir. Şikayət hakim Tahir Kazımovun icraatına verilib. Artıq ilkin baxış iclası keçirilib və təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası yanvarın 18-nə təyin edilib.   Qeyd […]

Dünya

Ərdoğandan Türkiyədə seçkilərin tarixi ilə bağlı AÇIQLAMA

“Seçkilərin daha erkən keçirilməsi ilə bağlı qiymətləndirmə aparırıq”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin tarixi ilə bağlı verilən suala cavab olaraq deyib. Seçkilərin daha erkən tarixdə keçirilməsinə dair sualı cavablayan Türkiyə lideri bildirib ki, ictimaiyyət arasında danışılan hər şey hakimiyyətin gündəmindədir. “Sular durulana konkret nəsə demək mümkün deyil. Seçkilərin daha erkən tarixdə keçirilməsi […]

Kriminal

Şirvan polisindən ƏMƏLİYYAT: 32 nəfər saxlanılıb – FOTO/VİDEO

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən 2022-ci ilin dekabr ayı ərzində şəhər ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan, dələduzluq, oğurluq, soyğunçuluq, hədə-qorxu ilə pul tələb etmə, quldurluq cinayətləri edən ümumilikdə 32 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, həmin şəxslərdən 19-u narkotik […]

Cəmiyyət

Deputatın tələbinə fərqli baxış: “Vəzifəsini başa düşürsə, 15-16 yaşında nikahda problem yoxdur” – FOTO

“Ölkədə 17 yaşında olanlara ailə qurmağa icazə verilir, bunun qarşısı alınmalıdır”. Bunu Milli Məclisin iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib. Onun sözlərinə görə, qanunvericilikdə heç bir istisna olmadan nikah yaşı 18 qəbul edilməli, 18 yaşdan aşağı olanların nikaha girmələri birmənalı şəkildə qadağan edilməlidir.  Bildiyimiz kimi, Azərbaycan Respublikasında nikah yaşı […]