İqtisadiyyat

Ölkədə əczaçılıq məhsullarının istehsalı artıb

Sharing is caring!

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 2 milyard 110 milyon 100 min manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 7,7%, rezin və plastik kütlə məmulatlarının istehsalında 6%, kimya sənayesi məhsullarının istehsalında isə 2,7% artıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Eyni zamanda rezin və plastik kütlə məmulatlarından bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı 61,5%, kimya sənayesi məhsullarından metanol (metil spirti) istehsalı 43,3%, lak-boya məmulatlarının istehsalı 15,8% artıb, məsaməli polistirol lövhələr və zolaqların istehsalı isə 35% azalıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir