Şou-Biznes

Namiq Qaraçuxurlu 2023-ü bu ölkədə QARŞILADI

Meyxanaçı Namiq Qaraçuxurlu Yeni ili İsraildə qarşılayıb. Lent.az xəbər verir ki, bu barədə o, öz instaqram hesabında paylaşım edib. Sənətçinin İsrailin Netanya şəhərinə səfərinin səbəbi konsert olub. Meyxanaçı İsraildən fotolarını paylaşaraq belə bir şərh yazıb: "Salam əziz izləyicilərim. Gecikdiyim üçün üzrlü sayın. Bayramınız mübarək olsun. İnşallah 2023 hər birimizə uğurlu, düşərli olsun. Ötən illərdən dərs […]

Müsahibə

Tahir Gözəl: “Kadiyə görə o pulu ödəyəcək kluba “yox” deyə bilmərik”

“Kadini satmaq istəmirik, amma qaydalara görə o pulu ödəyəcək kluba da yox deyə bilmərik”. Bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl klubun saytına müsahibəsində deyib. Tahir Gözəl Rusiyanın “Krasnodar” klubuna transfer edilməsi gözlənilən braziliyalı futbolçuları Kadi Borqeslə bağlı son duruma aydınlıq gətirib: “Bu gün qürurla deyirik ki, “Qarabağ”ın futbolçularına böyük diqqət var. Son günlərin əsas mövzusu Kadi […]

İqtisadiyyat

Azərbaycanda Rusiya ilə birgə feromon tələlərinin istehsalına başlanılacaq

Bu il Azərbaycanda feromon və rəngli tələlərin istehsalı üzrə Rusiya ilə birgə istehsalın işə salınması planlaşdırılır. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə (“Rosselxoznadzor”) istinadən yayılan xəbərə görə, layihə Ümumrusiya Bitki Karantini Mərkəzinin (FGBU VNIIKR) alim və mütəxəssisləri tərəfindən hazırlanıb. Bu məsələ Azərbaycan nümayəndə heyətinin Rusiyaya səfəri çərçivəsində, VNİİKR Federal Dövlət Büdcə Qurumunun direktoru […]

İdman

Braziliyalı Halk karyerasını Türkiyə çempionatında davam etdirəcək – FOTO

Türkiyənin “Adana Dəmirspor” klubu braziliyalı hücumçu Hulk ilə anlaşıb. Məlumata görə, adanalılar futbolçunun məxsus olduğu “Atletiko Mineyro” ilə də bütün məsələləri razılaşdırıblar. 36 yaşlı ulduz futbolçunun qış fasiləsində Adana komandası ilə müqavilə imzalayacağı gözlənilir. Mənbə: İHA Xeberal.az

Cəmiyyət

Gədəbəydə dörd nəfər dəm qazından zəhərləndi

Gədəbəydə dəm qazından zəhərlənmə faktı qeydə alınıb. APA-nın məlumatına görə, 4 nəfər rayon sakini zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Zəhərlənən şəxslər rayonun müxtəlif kəndlərinin sakinləri: 1975-ci il təvəllüdlü Mübariz Alıyev, 1995-ci il təvəllüdlü Vüsalə Vəlixanova, 1980-ci il təvəllüdlü Vüsalə Cəfərova və 2006-ci il təvəllüdlü Aydan Cəfərovadır. Onların vəziyyətinin kafi olduğu bildirilir. Xeberal.az

Şou-Biznes

Jonyinin üstünə qaçan qız universitetdən qovuldu – VİDEO

Yeni il münasibəti ilə Türkmənistanın paytaxtı Aşqabadda azərbaycanlı müğənni Jony (Cahid Əfrail oğlu Hüseynli) ilk dəfə konsert verib. Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 10 min iştirakçının olduğu konsert dekabrın 27-i baş tutub. Bu konsert Jony üçün səmimi çıxışlarla bərabər təhlükəli anlar yaşadıb. Gənc müğənninin çıxışı zamanı qız pərəstişkarı səhnəyə çıxaraq onu bərk qucaqlayıb. […]

Cəmiyyət

Masallıda yanğın olub, xəsarət alan var

Masallıda xəsarətlə nəticələnən yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Rayonun Qəriblər kəndində ümumi sahəsi 288 kvadratmetr (hər mərtəbəsi 144 kvadratmetr) olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 60 kvadratmetr sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Xeberal.az

Siyasət

“Caliber”: Yeni zirvələrə doğru – VİDEO

44 günlük müharibəyədək Yeni il ərəfəsində ən çox səslənən arzu növbəti ili Qarabağda, Şuşada qarşılamaq idi. Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetində bildirilir. “II Qarabağ müharibəsinədək ötən 28 il ərzində əzəli torpaqlarından didərgin düşmüş hər bir azərbaycanlı ailənin dolabında doğma evinin açarı saxlanılırdı. Və yağı tapdağı altında kimsəsiz qalmış evlər də öz əsl […]

İdman

“Sivasspor” – “Qalatasaray” oyununda hakim səhvi olduğu təsdiqlənib

Türkiyə Futbol Federasiyası (TFF) Super Liqanın XVI turunda keçirilən “Sivasspor” – “Qalatasaray” oyununda hakim səhvi olduğunu təsdiqləyib. Qurum İstanbul təmsilçisinin səfərdə 2:1 hesabı ilə qalib gəldiyi görüşdə ev sahiblərinin sayılmayan qolunun qaydalar çərçivəsində vurulduğunu etiraf edib. Matçın 49-cu dəqiqəsində sivaslıların vurduğu top VAR-a baxıldıqdan sonra ləğv olunsa da, federasiya hakimlərin həmin epizodda yanlış qərar qəbul […]