İdman

DÇ-2022: Kosta Rika və Almaniya yığmalarının start heyətləri AÇIQLANDI

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda üz-üzə gələcək Kosta Rika və Almaniya yığmalarının start heyətləri açıqlanıb. Oxu.Az-ın məlumatına görə, komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar: Kosta Rika: Keylor Navas, Kendal Vaston Manle, Oskar Duarte, Brayan Ovyedo, Xuan Pablo Varqas, Brandon Agilera, Yeltsin Texeda, Selso Borxes, Keyşer Fuller, Joel Kempbell, Cohan Veneqas Almaniya: Manuel Noyer, Niklas Süle, […]

İdman

UEFA “Yuventus”la bağlı araşdırmaya başlayıb

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Klublara Maliyyə Nəzarəti Komitəsinin (СFCB) Birinci Palatası İtaliyanın “Yuventus” klubuna qarşı lisenziyalaşdırma və maliyyə feyr-pley qaydalarının mümkün pozuntularına görə araşdırma başladıb. Bu barədə cümə axşamı UEFA-nın mətbuat xidməti məlumat yayıb. İstintaq İtaliyanın Şirkətlər və Birjalar Komissiyası ilə Turin prokurorluğunun apardığı araşdırma nəticəsində ictimaiyyətə açıqlanan maliyyə pozuntuları iddialarına diqqət yetirəcək. Bildirilir […]

Siyasət

Bu il Azərbaycana ən çox hansı ölkələrdən turistlər gəlib?

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasına dünyanın 176 ölkəsindən 1 milyon 323,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qeyd edilib ki, gələnlərin 27,4 faizi Rusiya Federasiyası, 19,4 faizi Türkiyə, 10,8 faizi İran, 6,8 faizi Səudiyyə Ərəbistanı, […]

Dünya

Türkiyə Milli Təhlükəsizlik Şurası: “Tək hədəfimiz terror təşkilatlarıdır”

Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının növbəti toplantısı başa çatıb. Üç saat 10 dəqiqə davam edən görüşdən sonra yazılı açıqlama verilib. Sənədə əsasən, toplantıda hər cür təhdidlərə qarşı hərbi əməliyyatlarla bağlı tədbirlər müzakirə edilib. “Sərhədləri aşaraq terrora icazə verilməyəcək”, – deyə qeyd olunan bəyanatda, həmçinin Suriyada quru əməliyyatı mesajı verilib […]

Siyasət

Nazir: “Konsensus olmadan Ermənistana missiya göndərilməsi ATƏT mandatının kobud şəkildə pozulmasıdır”

“Konsensus olmadan Ermənistana “ehtiyacların qiymətləndirilməsi missiyası”nın göndərilməsi bütün iştirakçı dövlətlərin kollektiv iradəsi ilə qəbul edilmiş mandatların açıq şəkildə pozulmasıdır”. “Report” xəbər verir ki, bunu ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında çıxış edən xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir bildirib ki, Azərbaycan təşkilatı mandatlarını kobud şəkildə pozduqlarını düzəltməyə çağırır. “Ermənistanla 30 ilə yaxındır davam edən […]

Cəmiyyət

Çingiz Abdullayev: “Anar 84 yaşında gedib bir-bir evləri gəzməlidir?”

“Çətin vəziyyətdə olan yazıçılarımız özləri bizə müraciət etmir. AYB üzvü olan 2 800-ə yaxın şair, yazıçı var”. Bunu APA-ya açıqlamasında Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev yazıçı Əlisa Nicatın durumu ilə bağlı vəziyyətə münasibət bildirərkən deyib. Çingiz Abdullayev bildirib ki, AYB-də cəmi 3 katib var. “Anar 84 yaşında gedib bir-bir evləri gəzməlidir? Kim müraciət […]

Cəmiyyət

Vasif Talıbovun Naxçıvanda qoyduğu bəzi qadağalar götürüldü

Naxçıvan Muxtar Respublikası (MR) ərazisində ilk dəfə olaraq Bakıdakı market şəbəkələri fəaliyyətə başlayacaq. Demokrat.az-ın əldə etdiyi məlumata görə, yaxın günlərdə Naxçıvan şəhərinin mərkəzindəki “Gənclik” kafesi adlanan binanın birinci mərtəbəsində məşhur market şəbəkələrindən biri ilk dəfə olaraq xidmət göstərəcək. Hazırda sözügedən binada mağazanın açılışına hazırlıq işləri görülür.  Bütün market və restoran şəbəkələrinin Naxçıvanda fəaliyyət göstərməsinə yaradılan […]

Siyasət

Azərbaycan-Rumıniya ikitərəfli strateji tərəfdaşlığının prioritet istiqamətləri müzakirə edildi – FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Polşanın Lodz şəhərində keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirakı çərçivəsində Rumıniyanın xarici işlər naziri Boqdan Auresku ilə görüşüb. Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan-Rumıniya ikitərəfli strateji tərəfdaşlığının prioritet istiqamətləri, energetika, nəqliyyat, tranzit, iqtisadi-ticarət və s. istiqamətlərdə, habelə çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri […]

Siyasət

Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili Jülyen Lö Lan Xarici İşlər Nazirliyinə çağırılıb və 30 noyabr 2022-ci il tarixində Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) Azərbaycan əleyhinə qəbul edilmiş yalan və iftira dolu qətnamə ilə bağlı ona qəti etiraz bildirilib. Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Görüşdə bir müddət əvvəl Senatda qəbul edilmiş qətnamə kimi […]

Siyasət

Naxçıvan necə talan edilib? – VİDEO

Naxçıvanda baş verən milyonluq yeyinti faktları bir neçə gündür ölkə gündəmini zəbt edib. Muxtar Respublikanın əvvəlcə Gömrük Komitəsinin şöbə rəisi, ardınca isə maliyyə naziri saxlanılıb. Birinci şəxs 132 milyon, ikinci şəxs isə 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunurlar. Qeyd edək ki, öz gəliri təxminən 180 milyon manat olan Naxçıvana hər il əlavə 500 milyon […]