Cəmiyyət

Bakıda üç avtomobil toqquşdu: Xəsarət alanlar var

Bakının Sabunçu rayonunda üç avtomobilin toqquşması nəticəsində zəncirvari qəza baş verib. APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb. Belə ki qəza nəticəsində “Opel”, “Renault” və “Geely” markalı avtomobillər toqquşub. Hadisə zamanı “Geely” markalı avtomobildə olan sürücü və sərnişin xəsarət alıb. Qəza səbəbindən yolda tıxac yaranıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Hər üç avtomobilə ciddi ziyan dəyib. […]

Dünya

Çində quş qripinə yoluxan qadın öldü

Çində yüksək patogenli H5N1 quş qripi virusuna insanın yoluxması halı qeydə alınıb. İnfeksiya Quansi-Çjuan muxtar bölgəsindəki Çinçjou şəhərinin 38 yaşlı sakinində təsdiqlənib. O, ev quşları ilə təmasda olub. Qadın xəstəxanada dünyasını dəyişib. 2005-ci ildən Çində H5N1 virus ştammı ilə insana yoluxma halları üzrə 54 fakt qeydə alınıb. Mənbə: TASS Xeberal.az

Dünya

ABŞ-də polislərə öldürücü robotlardan istifadəyə icazə verildi – FOTO

ABŞ-nin San-Fransisko şəhərində polislərin öldürücü silahlarla təchiz olunmuş robotlardan istifadə etmək layihəsi qəbul olunub. Artıq polis əməkdaşlarının öldürülməsi riski yarandıqda hüquq mühafizəçiləri silahla təchiz edilmiş uzaqdan idarə olunan “Remotec”lərdən istifadə edə biləcəklər. Bu barədə yerli hakimiyyət orqanlarından xəbər verilib. Bildirilir ki, onlar müstəsna hallarda – günahsız insanların itkisinin qarşısını almaq üçün faydalı olacaqlar. Qərar vətəndaş təşkilatlarının […]

Siyasət

Azərbaycan səfiri Fransa parlamentinin aşağı palatasının qərəzli qətnaməsinə münasibət bildirib – FOTO

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa Parlamentinin aşağı palatası – Milli Assambleyasının Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnaməyə münasibət bildirib. Bu barədə diplomat “Twitter” hesabında yazıb: “Fransa Milli Assambleyasının nəzərinə: 30 ildir ki, Ermənistan Azərbaycan ərazilərini işğal edib, bir milyon azərbaycanlının fundamental hüquqlarını pozub, müharibə cinayətləri törədib, regionu viran qoyub, siz susmusunuz. İndi danışmaqla sülhə […]

Cəmiyyət

Zunud kənd sakini: “Evin taxtasını söküb yandırırıq” – VİDEO

Şəkinin Zunud kənd sakinləri qaz problemlərini həll edə bilmirlər. Sakinlərin sözlərinə görə, qaz xətti evlərindən 10 metrlik məsafədə olsa belə, sakinlər bundan yararlana bilmirlər: “Evin taxtasını söküb yandırırıq. Bir qışı keçirtməyimiz üçün 800-900 manatlıq odun ehtiyatı lazımdır”. Daha ətraflı Baku TV-nin süjetində: Xeberal.az

İdman

Canni De Byazi yenidən Albaniya yığmasına rəhbərlik edə bilər

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Albaniya yığmasının sükanı arxasına əsas namizədlərdən biridir. “Report” yerli mətbuata istinadən xəbər verir ki, italiyalı mütəxəssis bu vəzifədə həmyerlisi Eduardo Reyanı əvəzləyə bilər. Albaniya Futbol Federasiyası 77 yaşlı baş məşqçi ilə başa çatan müqaviləni yeniləməyəcək. De Byazi ilə yanaşı, Dino Baccio və Esteban Kambyasso da yığmaya rəhbərlik etməyə namizədlərdən […]

Siyasət

Zaur Darabzadə: “Türk qardaşlığına zərər verən filmlərin yayımına qarşıyıq” – VİDEO

“Azərbaycanda kütləvi yayımlanan filmlər Mədəniyyət Nazirliyindən yayım vəsiqəsi almalıdır”. Bu sözləri “Cinema Plus” kinoteatrlar şəbəkəsinin müşahidə şurasının sədri Zaur Darabzadə deyib. O qeyd edib ki, hər hansısa filmin yayım vəsiqəsi yoxdursa, onu nümayiş etdirmək qadağandır: “Qeyd olunan “Odda – İki bacı” filminin yayım vəsiqəsi yoxdur. Türk qardaşlığına zərər verən filmlərin yayımına qarşıyıq”. Daha ətraflı Baku TV-nin […]

Mədəniyyət

Azərbaycanlı kinoşünas beynəlxalq festivalın münsiflər heyətində yer aldı

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) üzvü, tanınmış kinoşünas və rejissor Ayaz Salayev noyabrın 29–dan dekabrın 5–dək Moskva şəhərində MDB ölkələrinin 4–cü Beynəlxalq “Moskva premyerası” kino festivalında münsiflər heyətinin üzvü qismində iştirak edəcək. Bu barədə AZƏRTAC-a ARKİ-dan bildirilib. Qeyd edək ki, bu festivalın tarixi 2003–cü ildən başlayır və ilk prezidenti SSRİ Xalq artisti Aleksey Batalov olub. 2019–cu […]

Dünya

İŞİD-in lideri öldürülüb

İraq Şam İslam Dövləti (İŞİD) qruplaşmasının lideri Əbülhəsən əl-Kurayşi öldürülüb. Bu barədə “Reuters” agentliyi qrup nümayəndələrindən birinin “Telegram” kanalındakı audiomüraciətinə istinadən xəbər verib. Agentliyin məlumatına görə, Əbu əl-Hüseyn əl-Kurayşi İŞİD-in yeni lideri seçilib. Xatırladaq ki, hələ mart ayında İslam Dövlətinin əvvəlki rəhbərinin aradan götürülməsi məlum olub. ABŞ prezidenti Co Bayden bildirib ki, qruplaşma lideri ABŞ […]