Dünya

Tarantino “Marvel” filmlərinə münasibətindən danışdı

Amerikalı rejissor Kventin Tarantino “Marvel” filmlərindən təsirlənmədiyini etiraf edib. O, komediya ustası Tom Sequranın “2 Bears 1 Cave” podkastının qonağı olub. Verilişdə rejissor super qəhrəmanlar haqqındakı filmlərilə məşhur olan kinostudiyaya münasibətini bildirib. Onun sözlərinə görə, son vaxtlar Hollivudun “möcüzəsi” müşahidə olunur və kino sənayesi daha çox super qəhrəman filmlərinin buraxılışına cəmləşir. Eyni zamanda Tarantino bildirib […]

Dünya

Ağ Ev: “Türkiyənin özünü müdafiə etmək hüququ var”

Ağ Ev Türkiyənin cənubunda terror təhlükəsinin davam etdiyini və özünü müdafiə etmək hüququna malik olduğunu bəyan edib. Bunu mətbuat konfransı zamanı Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. Kirbi “Zoom” vasitəsilə keçirdiyi brifinqdə Ağ Ev müxbirlərinin suallarını cavablandırıb. Türkiyənin Suriya ilə sərhədində baş verənləri dəyərləndirən Ağ Ev rəsmisi  “Türkiyə, xüsusən […]

Dünya

Kanada Belarus rəsmilərinə qarşı əlavə sanksiyalar tətbiq edəcək

Kanada Belarus hökumət rəsmilərinə qarşı əlavə sanksiyalar tətbiq edəcək. Bu qərar hökumət üzvlərinin Rusiyanın Ukraynadakı müharibəsini dəstəklədiklərinə görə qəbul edilib. Bu barədə Kanada Xarici İşlər Nazirliyindən bildirilib. Nazirlikdən verilən məlumata görə, əlavə olaraq 22 Belarus rəsmisinə, habelə hərbi istehsal, texnologiya, mühəndislik, bank işi və dəmiryolu daşımaları ilə məşğul olan 16 Belarus şirkətinə qarşı sanksiyalar tətbiq ediləcək. […]

Dünya

Çinlı qadın saçının uzunluğu ilə internetdə məşhurlaşdı – FOTO

Çində saçının uzunluğu 2 metr 70 santimetr olan qadın görənləri heyrətə salıb. Sözügedən qadın Çinin Quansi-Çjuan Muxtar Rayonundakı yao etnik qrupunun nümayəndəsidir. Quylin şəhərindəki etnik qrupun qadınları özlərinin uzun və sağlam saçları ilə diqqət çəkirlər. Oradakı qadınlardan biri isə 2 metr 70 santimetr uzunluğa sahib saçları ilə internetdə məşhurlaşıb. Qadın saça qulluq sirrinin fermentləşdirilmiş düyü […]

Kriminal

Gəncədə 51 yaşlı kişini avtomobil vururaq öldürdü

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan “Toyota Prado” markalı minik maşını yolu keçmək istəyən 1971-ci il təvəllüdlü kişini vurub. Piyada xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

MARAQLI

Bu dəfə qızılbalığın “arzusu reallaşdı” – FOTO/VİDEO

İngiltərəli balıqçı Endi Hakkett dünyanın ən böyük qızılbalığını tutub. Bununla bağlı görüntüləri o, özünün sosial şəbəkə hesabından paylaşıb. Bildirilir ki, narıncı rənginə görə “yerkökü” adlandırılan 30 kq-lıq balıq Fransanın Şampan şəhərindəki Blyuoter gölündə tutulub. “Mən həmişə “yerkökü”nün orada olduğunu bilirdim, amma onu tutacağımı heç düşünməmişdim”, – deyə 42 yaşlı balıqçı bildirib. Kidderminster sakini balığı çəkməyə […]

Dünya

Zelenski Yeni Zelandiya parlamentinə dəvət aldı

Ukrayna Prezidenti Volodimir Zelenski Yeni Zelandiyanın parlamentində çıxış etmək üçün dəvət olunub. Bu təklif 2022-ci ilin iyununda Ukrayna lideri ilə telefon danışıqları zamanı baş nazir Casinda Arderndən gəlib. Zelenskinin Yeni Zelandiya parlamentinə müraciətinin dəqiq tarixi müəyyən edilməyib. Lakin onun çıxışının bu həftə olmayacağı bildirilir. Mənbə: “RNZ” radistansiyası Xeberal.az

İdman

Ronaldu seçim qarşısındadır

“Mançester Yunayted”lə yollarını ayıran Kriştianu Ronaldu çətin seçim qarşısındadır. Bu iddia ilə Britaniya mətbuatı çıxış edib. Məlumata görə, hücumçu karyerasını Premyer Liqanın digər klubu “Nyukasl Yunayted”də davam etdirə bilər. Bununla yanaşı, Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubu da portuqaliyanın xidmətlərində maraqlıdır. Xeberal.az

Cəmiyyət

Bakıda 36 yaşlı qadın bacısı oğlu tərəfindən bıçaqlandı

Bakınım Sabunçu rayonunda 36 yaşlı qadın bacısı oğlu tərəfindən bıçaqlanıb. “Report”un məlumatına görə, Balaxanı qəsəbəsində ailə münaqişəsi zəminində 36 yaşlı Hüseynova Xəyalə Vilayət qızı bacısı oğlu tərəfindən bıçaqlanıb. Yaralı qadın təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır. Xeberal.az

Dünya

“Qazprom” Ukraynadan tranzitlə keçən qazın verilişini dayandırmağa başlaya bilər

Rusiyanın “Qazprom” şirkəti noyabrın 28-də Ukrayna ərazisindən tranzitlə keçən qazın verilişini azaltmağa başlaya bilər. Bu barədə “Qazprom”un “Telegram” kanalı xəbər verir. “Əgər Moldova istehlakçıları üçün Ukraynadan keçən qaz tranzit disbalansı davam edərsə, o zaman Rusiya tərəfi noyabrın 28-də saat 10:00-dan etibarən “Suca” qaz ölçü stansiyasına qazın verilişini azaltmağa başlayacaq”, – deyə məlumatda bildirilir. Şirkətdən deyiblər ki, […]