Siyasət

Prezident Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələr verib – SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. AZƏRTAC xəbər verir ki, Sərəncamda deyilir: “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin: Əliyev Şahin Məhərrəm oğlu – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru Məmmədov Rəhman Elmaz oğlu – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin […]

Siyasət

İranın “malalama” üzrə müşaviri: “Azərbaycan xalqı gözümüzün işığıdır” – VİDEO

Əvvəlki illərdə olduğu kimi, İran Azərbaycana qarşı geri addım atıb. Belə ki, molla rejiminin nümayəndələri bir neçə gün əvvələ qədər Azərbaycana qarşı təhdidlərlə dolu fikirlər səsləndirirdilərsə, indi eyni rejim İranın ali rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin şirin dili ilə könlümüzü almağa çalışır. “İranın istər Qafqazda, istərsə də başqa yerdə heç bir ölkəyə, o cümlədən də qonşularına […]

Müharibə

Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun mövqelərini atəşə tutub – VİDEO

Noyabrın 21-i saat 10:00-dan saat 14:25-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Füzuli və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.  Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Xeberal.az

Cəmiyyət

İstehlaka yararsız 66 ton qida məhsulu məhv edildi

İstehlaka yararsız 66 ton 64 kq qida məhsulları məhv edilib. Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. “Sun Food” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı müraciəti əsasında Agentlik əməkdaşları tərəfindən ümumi çəkisi 66 ton 64 kq müxtəlif növ qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv […]

Cəmiyyət

Samux sakininin kürdə balıq tutarkən tapdığı torba başına bəla oldu

Samux rayon sakinində narkotik maddə aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, Teymur Məmmədov saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman külli […]

Dünya

İran millisindən ölkədəki etirazçılara dəstək: Himni oxumadılar – VİDEO

İranın milli futbol komandasının üzvləri Qətərdə keçirilən dünya çempionatında İngiltərə seçməsilə oyundan əvvəl dövlət himnini oxumaqdan imtina ediblər. Komandanın futbolçusu Əlirza Cahanbəxşin sözlərinə görə, bu yolla idmançılar ölkədə baş verən etirazlara dəstək və onların qurbanlarının xatirəsinə ehtiram nümayiş etdiriblər. Qeyd edək ki, görüş İngiltərə millisinin 6:2 hesablı darmadağını ilə yekunlaşıb.   Xeberal.az

Cəmiyyət

Abşeronda avtobus piyadanı vuraraq öldürüb

Novxanı-Binəqədi şosesində ölümlə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Novxanı qəsəbəsinin çıxışında qeydə alınıb. Orta yaşlı kişi piyada yolun əks tərəfinə keçmək istəyərkən onu “İkarus” markalı avtobus vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Ölən şəxsin kimliyini müəyyən etmək üçün meyit Məhkəmə Tibbi […]

Dünya

Batumi limanında bomba həyəcanı

Gürcüstan polisi Batumi limanına səfərbər edilib. Əraziyə giriş və çıxış bağlanıb. Ölkə mediasının məlumatına görə, liman administrasiyasının əməkdaşları Bolqarıstan bayrağı altında üzən gəmidə axtarışlar aparıblar. “Məlumat yayılıb ki, gəmi terminalı tərk edərsə, mina partlayacaq. Baş verənlərin təfərrüatlarını bilmirəm, biz həmişəki kimi işləyirik”, – liman işçilərindən biri jurnalistlərə bildirib. Məlumata görə, Liman İdarəsinə gəmiyə partlayıcı qurğu […]

Siyasət

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik etdi – VİDEO

“Torpaqlarını işğaldan azad edərək, regionun parlayan ulduzuna çevrilən Azərbaycan bu gün bütün türk dünyasının ilham mənbəyidir. Türkiyə ilə Azərbaycan arasında müstəsna əlaqələrə əsaslanan və Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyəyə yüksələn əməkdaşlığımız və həmrəyliyimiz gələcəkdə də getdikcə artacağına tam inanıram”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyi münasibətilə […]

Siyasət

Ekspert: “İran ölkə daxilində rejimin zəifləməsi səbəbindən qonşularına hücum edir”

“Tehranda rejimin zəifləməsi ilə əlaqədar olaraq İran xalqın diqqətini daxili problemlərdən yayındırmaq, ölkədəki etirazların xarici aktorların təsirinin nəticəsi olduğuna inandırmaq üçün qonşuları olan İraq kürdlərinə, Azərbaycan kürdlərinə hücum edir”. Bunu “Report”un Zəngilan və Cəbrayıla ezam olunmuş müxbirinə “Naval postgraduate school”un (ABŞ) professoru Brenda Şaffer məlumat verib. “Əslində ölkədə baş verənlərin xarici aktorlarla heç bir əlaqəsi […]