Siyasət

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik etdi – VİDEO

Sharing is caring!

“Torpaqlarını işğaldan azad edərək, regionun parlayan ulduzuna çevrilən Azərbaycan bu gün bütün türk dünyasının ilham mənbəyidir. Türkiyə ilə Azərbaycan arasında müstəsna əlaqələrə əsaslanan və Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyəyə yüksələn əməkdaşlığımız və həmrəyliyimiz gələcəkdə də getdikcə artacağına tam inanıram”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti, YAP sədri İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirib.

Onun mesajını Bakıda keçirilən tədbirdə Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini Numan Kurtulmuş oxuyub.

Türkiyə lideri Azərbaycanın ümummilli Lideri mərhum Heydər Əliyevin əsasını qoyduğu YAP-ın ilk gündən böyük xidmətlər göstərdiyini, Azərbaycanın aparıcı siyasi partiyasına çevrildiyini, bu gün də Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyilə hər sahədə böyük uğurlara imza atdığını vurğulayıb.

“YAP-ın gələcəkdə də Azərbaycanın çiçəklənməsi, dünyada öz mövqeyinin möhkəmlənməsi naminə fəaliyyətini uğurla davam etdirəcəyinə əminəm”, – deyə o, sözlərini yekunlaşdırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir