Şou-Biznes

Rəşad Dağlının oğlu insanlara MÜRACİƏT ETDİ – VİDEO

Qonşusunu öldürməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının oğlu Yusif atası ilə bağlı diqqətçəkən bağlı paylaşım edib. Lent.az xəbər verir ki, Yusif "Instagram" hesabında insanlara videomüraciət edib. O, bildirib ki, atasının adı yazılan köynəklərin satışa çıxarılmasının əleyhinədir: "Atamı sevənlərə, dəstək olanlara, dua edənlərə çox minnətdaram. Atamla bağlı hər hansı bir addımın atılmasını istəmirik. Çünki həmin hərəkətlər birmənalı […]

Mədəniyyət

İstanbulda Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş konsert keçirilib – FOTO

Türkiyənin İstanbul şəhərində görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr olunmuş konsert keçirilib.  Oxu.Az xəbər verir ki, Cemal Reşit Rey salonunda baş tutan konsertdə Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndəsi, simfonik muğam janrının banisi, mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etmiş Fikrət Əmirovun “Kürd Ovşarı” simfonik muğamı, “Azərbaycan kapriççiosu”, fortepiano və simfonik orkestr […]

Cəmiyyət

“Region Gənclərinin Bacarıqlarının Artırılması” layihəsinin icrasına başlanılıb – FOTO

“İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Region Gənclərinin Bacarıqlarının Artırılması” layihəsinin icrasına başlanılıb. Birliyin Mətbuat xidmətindən verilən məlumata görə, layihə çərçivəsində təlimlər 18 noyabr tarixində Gəncə, 19 noyabr tarixində Mingəçevir, 20 noyabr tarixində isə Tovuz şəhərlərində keçirilib. “Gənclərlə iş”, “Layihələrin yazılması və idarə edilməsi”, “Sosial şəbəkələrdən düzgün istifadə” və […]

Siyasət

İlham Əliyev Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransının Baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransının (ICAPP) Baş katibi Cho Byunq-jaeni qəbul edib. AZƏRTAC xəbər verir ki, qonaq Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə dövlətimizin başçısını təbrik edib. O, Partiyanın əldə etdiyi uğurlar və ölkəmizin qazandığı mühüm nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. Dövlətimizin başçısı xoş sözlərə […]

Cəmiyyət

Yanvar-oktyabr aylarında pensiyaların ödənişinə dörd milyard manatdan çox vəsait yönəldilib

Sosial təminat sisteminin mühüm komponenti olan pensiya təminatının gücləndirilməsi tədbirləri 2022-ci ildə də davam edib. Bu ilin yanvar-oktyabr aylarında pensiyaların ödənişinə əvvəlki ilin müvafiq dövrünə nisbətən 7 faiz və ya 270 mln. manat çox olmaqla 4 mlrd. 114 mln. manat vəsait yönəldilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında deyilir. Qeyd olunur ki, 2022-ci ilin […]

Cəmiyyət

Həsrət Əmrahov Kimə Güvənir?

 Xəbəral.az xəbər verir ki, son vaxtlar rüşvətin və korrupsiyanın qarşısının alınması məqsədi ilə, Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatlar nəticəsində icra başçılarının, nazirlərin, iri ranqlı məmurların həbsi, o cümlədən məmurların yaşadığı lüks evlərdən çıxan milyonlar xalqın gözü önündə baş verən proseslərdir.Hətta yetim-yesirin maaş kartını cibində gəzdirən məmurlar da gördük ki, necə ifşa olundular. İndi o məmurların […]

Müharibə

Azad edilən ərazilərdə daha 119 mina aşkarlayıb – FOTO

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 119 mina aşkarlayıb. ANAMA-dan verilən məlumata görə, noyabrın 14-dən 19-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 96, tank əleyhinə 23 mina və 345 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 358 hektar ərazi mina və partlamamış […]

İqtisadiyyat

Avropada təbii qazın qiyməti 1200 dolları ötüb

Bazar ertəsi hərracda Avropada qazın birja qiymətləri min kubmetr üçün 1200 dolları ötüb. Bu barədə ICE birjasının məlumatından aydın olur. Belə ki, Niderlandda yerləşən Avropanın ən böyük habı – TTF indeksi üzrə dekabr fyuçersi ticarəti mənfi rəqəmlərlə açıb – min kubmetr üçün təxminən 1178 dollar (-4,7%). Ancaq Bakı vaxtı ilə saat 12:24-ə olan məlumata görə, onların […]

Siyasət

Kərim Vəliyev NATO-nun kontr-admiralı ilə görüşüb – FOTO

Noyabrın 21-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev “NATO günləri” çərçivəsində ölkəmizdə səfərdə olan NATO-nun Müttəfiq Qüvvələrin Avropadakı Baş Qərargah rəisinin müavini kontr-admiral Qunnşteyn Brusdal ilə görüşüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Qonağı salamlayan general-polkovnik K.Vəliyev Azərbaycan ilə NATO arasında əlaqələrin inkişaf etdiyini, habelə Azərbaycan Ordusunun […]

Dünya

Təbrizdə rəqs ansamblının rəhbəri və rəqs müəllimi həbs ediliblər

Təbrizdə molla rejimi “Parla” xalq rəqs ansamblının rəhbəri Fatimə Məhəmmədi və rəqs müəlliməsi, ansamblın üzvü Məhləkə Babazadəni həbs edib. Bildirilir ki, onların haraya aparıldıqları barədə məlumat yoxdur. Fəalların ailələrinin axtarış cəhdləri də nəticə verməyib. Məhəmmədi və Babazadənin qohumları təhlükəsizlik orqanları ilə əlaqə saxladıqda onlara: “Narahat olmayın, tezliklə onları Aylar Həqqinin yanında görəcəksiniz”, – deyiblər. Qeyd […]