Cəmiyyət

Həsrət Əmrahov Kimə Güvənir?

Sharing is caring!

 Xəbəral.az xəbər verir ki, son vaxtlar rüşvətin və korrupsiyanın qarşısının alınması məqsədi ilə, Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatlar nəticəsində icra başçılarının, nazirlərin, iri ranqlı məmurların həbsi, o cümlədən məmurların yaşadığı lüks evlərdən çıxan milyonlar xalqın gözü önündə baş verən proseslərdir.
Hətta yetim-yesirin maaş kartını cibində gəzdirən məmurlar da gördük ki, necə ifşa olundular. İndi o məmurların bəzisi ya dünyasını dəyişib ya həbsdədir…
Sual yaranır, bu cür yüksək səviyyəli əməliyyatlardan niyə bəzi məmurlar nəticə çıxartmır?
Ancaq bütün bu olanlardan bir çoxları hələ də dərs götürə bilmirlər. Yaxud da düşünmürlər, düşünə bilmirlər, nəticə etibarı ilə öz çirkin işlərini davam etdirirlər.

Bu mövzuda söhbət açacağımız qurumlardan biri Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan Yaşıllaşdırma Təsərrüfatı Birliyi və onun müxtəlif çirkab işlərə qarışan baş direktoru Həsrət Əmrahovdur.
Bir neçə gün öncə, Xəbəral.az saytında “Bakının Mərkəzində Yeraltı Keçidi Su Basdı : – YTB Rəisi Həsrət Əmrahovun Sərişdəsizliyi… VİDEO” başlıqlı tənqidi yazı dərc etmişdik.
Yazıda qeyd etmişdik ki, Baki şəhər icra hakimiyyəti “Yaşıllaşdırma Təsərüfat Birliyi”nə aid olan yaşıllıqları suvarmaq üçün nəzərdə tutulan su quyuları çox keyfiyyətsiz halda olduğuna görə, Akademik Milli Dram Teatrının qarşısında yerləşən, yeraltı piyada keçidini və orada ki, ticarət mərkəzlərini tez-tez su basır.

İllərdir bu cür xoşagəlməz halların baş verməsinə baxmayaraq, Yaşıllaşdırma Təsərüfat birliyinin sərişdəsiz rəisi Hərət Əmrahov işə biganə yanaşaraq, orada fəaliyyət göstərən ticarət obyektlərinin sahiblərini və yeraltı keçiddən istifadə edən vətəndaşları çıxılmaz vəziyyətə salıb.

Amma nədənsə, YTB – rəisi Həsrət Əmrahovun özünə arxeyinliyini hiss etdik. Belə ki, sözügedən problemlər hələ də öz həllini tapmır!
Məcbur olduq ki, Həsrət Əmrahovun YTB – ə rəhbər təyin olunduğu gündən, bu günə kimi, iş fəaliyyətini araşdırmağa.
Həmin araşdırmanı Xəbər saytlarına istinadən sizlərə təqdim edirik:
Həsrət Əmrahovun həsrət qalmayan qazanc mənbəyi – su quyuları
Demə, Bakıda qazılan quyuların və onların təmiri məhz bu quruma məxsus imiş. Məlumata görə, Həsrət Əmrahov il ərzində kağız üzərində 100 quyu qazırsa, əslində qazılan quyuların sayı heç 20-ni keçmir. Bundan əlavə olaraq, ay ərzində təmirə ehtiyacı olan quyuların sayı da beşdirsə, Həsrət Əmrahov sənəddə altmış göstərir. Təbii ki, bu minvalla birlik rəisi böyük pullar əldə edir. Su maşınları da eyni qaydada hərəkət edir. Kağız üzərində gün ərzində 200 maşının benzini və suyu yazılırsa, reallıqda 20-30 maşın hərəkət edir. Bax, bu maxinasiyanın ən həyasız formasıdır.
Parklara rüşvətlə rəis təyinatı
Məlumatda deyilir ki, H. Əmrahovun qazancı bununla məhdudlaşmır. Misal üçün yeni salınan parklara rəis təyin etmək onun səlahiyyətindədir. Buna görə iddialara görə, azı 15-20 min manat tələb olunur. O pulu verib rəis təyin olunan şəxsə minumum 4-5 işçi verilir. Böyük parklarda bu işçi sayı 40-50 də ola bilər. Həmin işçilərin adları işdə, kartları isə Həsrət Əmrahovun təyin etdiyi sahə rəislərinin cibində olur.
İşə qəbul da pulla…
Məlumat üçün bildirək ki bu qurumun təxminən 1200-1300 əməkdaşı var. Bunların təyinat məsələsində Həsrət müəllim və ona yaxınlığı ilə seçilən xanım əməkdaşın müstəsna rolları olur. (bu haqda gələn dəfə daha geniş yazacağıq) Əgər rayonlara sahə ustası və texnik təyin olunursa, 5000-7000 manat arası qiymətlər dəyişilir.Bəzən elə olur Həsrət Əmrahov virtual olaraq parkları təmir edə bilir. Məsələn hansısa parkda tamet qopubsa, qazon bir balaca yerindən tərpənibsə, dərhal Həsrət Əmrahovun könlündən ora 600 kvadrat tamet düzdürmək, qazon sahələrini şişdirilmiş qiymətə umumi dəyişdirmək fikrinə düşür.Təbii ki kağız üzərində…
Gülçülükdə fontan vuran yeyinti
Onu da demək lazımdır ki, Binə qəsəbəsində dekorativ ağacların sovxozu var. İl ərzində 3-4 milyon gül əkilirdi. Oranı dağıdıb həmin gülləri pulla alıblar. 50 qəpiklik gülləri 2-3 manatdan hesablayırlar. Hərçənd ki, idarənin kifayət qədər torpaq sahəsi var, 200-ə yaxın işçisi çalışır, istixanası mövcuddur. Yəni, məqsədli şəkildə bu iş həyata keçirilib ki, həmin “parnik”lər işləməsin. Çünki əgər orada gül bitsə, Həsrət Əmrahov pul qazana bilməyəcək. Ona görə müxtəlif şirkətlərdən pulla alırlar ki, qazansınlar. Həmçinin, öz tələbə yoldaşını Əmiraslan adlı şəxsi ora rəhbər təyin edib, halbuki bu sahədən, bitkiçilikdən bixəbərdir. Şəhərin bütün gül- çiçəyi sovxozun hesabına təmin olunurdu. Orada olan 200-ə yaxın işçinin heç 30 faizi indi qalmayıb. Həmin 30 faiz də boş-boşuna gəlib gedirlər.
Xəbəral.az – a etibarlı mənbəədən verilən məlumata görə, hal-hazırda Yaşıllaşdırma Təsərüfat Birliyində Bakı Maliyyə idarəsi yeyintilərlə və şişirdilmiş qiymətlərlə bağlı yoxlama aparılır.
Yoxlamanın məqsədi, yuxarıda göstərdiyimiz yeyinti faktları ilə bağlıdır.
Mövzuya qayıdacağıq.
Qarşı tərəfin mövqe haqqını tanıyırıq.
Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir