Cəmiyyət

Camal Yanqın: “Qarabağ Azərbaycanın biznes mərkəzinə çevriləcək” – MÜSAHİBƏ + FOTO

“32 ildir Azərbaycanda fəaliyyət göstərirəm. Bu ölkənin iqtisadiyyatına töhfə verdiyimə görə çox şadam”. Bunu Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Camal Yanqın “Report”a müsahibəsində deyib. – Azərbaycanla Türkiyə arasında iqtisadi əlaqələrin səviyyəsini necə qiymətləndirirsiniz? – Bu əlaqələrin tarixi kökləri var. Biz bütün işlərimizi bu tarixi köklərin üzərinə qururuq. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, […]

Siyasət

Prezident: “Rusiyanın təqribən 80 subyekti ilə sıx əlaqə saxlayırıq”

“Ölkələrimiz arasında sıx dostluq əlaqələrini, bu il Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti barədə Bəyannamə imzalanmasını və il ərzində münasibətlərimizin müttəfiqlik xarakterini dəfələrlə nümayiş etdirməyimizi, iqtisadi-ticari əməkdaşlığın gündəliyini xeyli genişləndirmək niyyətində olmağımızı nəzərə alaraq, düşünürəm ki, reyslərin sayı da artacaq”.  Bunu Prezident İlham Əliyev bu gün Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə geniş tərkibdə görüşü zamanı deyib. “Bilirəm […]

Cəmiyyət

“Dama-dama göl olub” artan cərimələrin fəsadı: Bakıda 35 min sürücü pul ödəmək istəmir – AÇIQLAMA + FOTO

Cəmiyyətin bitməyən problemlərindən biri də cərimələrdir. İnsanlar qayda pozmağa meyilli olsalar da, cərimə ödəmək heç də ürəklərincə deyil. Necə deyərlər, “dama-dama göl olur”: sürücü qanunvericiliyin tələbinə uyğun olaraq tətbiq edilən cərimədən və ya cərimənin ödənilməsinin gecikdirdiyi üçün yaranmış əlavə məsuliyyətdən, beləliklə də artan cərimə məbləğindən şikayət etməyə başlayır. Mübahisələr isə bəzən qalmaqallı hadisələrlə yekunlaşır.  Elə olur […]

Cəmiyyət

Gələn ilin qəbul imtahanlarının cədvəli dekabrda açıqlanacaq

“Ali təhsil müəssisələrinə gələn il üçün qəbul imtahanlarının cədvəli Elm və Təhsil Nazirliyi ilə razılaşdırılıb dekabrın 15-nə qədər ictimaiyyətə təqdim ediləcək”. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, hazırda imtahan vaxtları ilə bağlı müvafiq təşkilatlarla danışıqlar və dəqiqləşdirmələr aparılır: “İmtahanlar kütləvi proses olduğu […]

Siyasət

Qarşılıqlı maraq doğuran əməkdaşlığın yeni sahələri

     Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında ölkələrimiz çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişlər. Prezident İlham Əliyevin noyabrın 15-də Tiranaya rəsmi səfəri əlaqələrin inkişaf etdirilməsinda daha bir […]

Cəmiyyət

Konfederasiya prezidenti İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının baş katibi ilə görüşüb

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev ilə ölkəmizdə səfərdə olan İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının baş katibi Yusif Xələvi arasında görüş keçirilib. Görüşdə Azərbaycan iqtisadiyyatının inkişafı, İslam ölkələrinə ixrac imkanları və ölkəmizin, xüsusilə işğaldan azad edilən ərazilərdə investisiya mühiti ilə bağlı müzakirələr aparılıb. M.Musayev Azərbaycanda kənd təsərrüfatı forumunun keçirilməsi […]

Siyasət

Azərbaycan və Albaniya arasında konstruktiv siyasi dialoq mövcuddur

          Prezident İlham Əliyevin xarici siyasət kursunun əsas prinsiplərindən biri də Azərbaycana hörmət və ehtiramla yanaşan bütün ölkələrlə münasibətlərin tənzimlənməsi, əlaqələr qurulması, bərabərhüquqlu və səmərəli əməkdaşlığın təmin edilməsi idi. Bu prinsiplər bizim Albaniya Respublikası ilə əməkdaşlığımızı da məqsədəuyğun edir. Üstəlik, Albaniya Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdəndir. Albaniya prezidentləri əvvəlki illərdə Azərbaycana dəfələrlə səfər etmişdilər. […]

Siyasət

Albaniya ən yaxın tərəfdaşlarımızdan birinə çevrilir

       Azərbaycan Avropa dövlətləri, o cümlədən Albaniya ilə ikitərəfli münasibətlərin qurulmasında və genişləndirilməsində maraqlıdır. Albaniya prezidentləri əvvəlki illərdə Azərbaycana dəfələrlə səfər etmişdilər. Bu il keçmiş Prezident Meta Azərbaycanda səfərdə idi. Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda iştirak edən Albaniya Prezidenti İlir Meta ilə söhbət zamanı Albaniyanın həmişə olduğu kimi, İkinci Qarabağ müharibəsində də Azərbaycanın […]

Siyasət

Azərbaycan və Gürcüstanın Baş nazirləri arasında telefon danışığı olub

Noyabrın 18-də Azərbaycanın Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, telefon danışığı əsnasında hökumət başçıları Azərbaycan ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə bir-birilərini təbrik ediblər. Çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək kimi möhkəm təməllər üzərində qurulmuş […]

Siyasət

Prezident İlham Əliyevin Albaniyaya səfəri iki ölkə arasındakı münasibətləri fəallaşdırıb

  Prezident İlham Əliyevin müxtəlif platformalarda keçirilən görüşlərdə ölkəmizin mövqeyini dünyaya bəyan etməsi artıq bir ənənəyə çevrilib. Cənab İlham Əliyevin  Albaniyaya səfərə dəvət olunması Azərbaycan Prezidentinin şəxsiyyətinə, nüfuzuna olan böyük hörmət və etimadın ifadəsidir. Cənab Prezident İlham Əliyev Albaniyada müzəffər Ali Baş Komandan kimi tanınır və bilirlər ki, o, tarix yazmış şəxsiyyətdir. Bütün bunlar Albaniya […]