Dünya

Niderlandlıların ömür uzunluğu 86 yaşı keçəcək

Niderland Statistika İdarəsinin məlumatına görə, 2028-ci ildə ölkə sakinlərinin orta ömür uzunluğu 86,05 yaşa qədər artacaq. Belə ki, Niderlandda bu göstərici 1950-ci illərdən koronavirus pandemiyasının başlanmasına qədər davamlı olaraq artıb. 1950-ci ildə 65 yaşlı ölkə sakini orta hesabla daha 14,3 il ömür sürə bilərdi. 2019-cu ilə qədər bu müddət 20,1 ilə qədər uzanıb. Koronavirus pandemiyası […]

Dünya

“Meta” 11 min işçisini ixtisar edəcək

“Meta” işçilərinin təxminən 13%-ni, yəni 11 mindən çox insanı işdən çıxaracaq. Bu barədə korporasiyanın rəhbəri Mark Zukerberqin çərşənbə günü şirkətin saytında dərc olunmuş məktubunda deyilir. “Mən komandamızın sayını təxminən 13% azaltmaq və 11 mində çox istedadlı işçimizi ixtisar etmək qərarına gəlmişəm”, – deyə o, bildirib. Məktubda M. Zukerberq bu qərara görə məsuliyyət daşıdığını vurğulayıb. O, […]

Dünya

Tayvan hərbi dronlar üçün 1,6 milyard dollar ayırıb

Tayvan hərbi dronların hazırlanması və istehsalına 1,6 milyard ABŞ dolları (50 milyard Tayvan dolları) vəsait ayırıb. Ada hökuməti üç il ərzində PUA-ların, o cümlədən mikro-dronların və kəşfiyyat vasitələrinin istehsalına başlamağı planlaşdırır. Layihənin əsas məqsədi “xüsusi missiyalar üçün” dronların istehsalı olacaq. PUA bir neçə yerli özəl şirkət tərəfindən istehsal olunacaq. Tayvan ordusu hazırda ABŞ-dən dronlar alır. […]

Dünya

Dinozavr kəlləsi 20 milyon dollara hərraca çıxarıldı

“Maksimus” ləqəbli dinozavrın təxminən iki metr uzunluğundakı kəllə sümüyü Nyu Yorkdakı “Sotheby’s” hərracına çıxarılıb. Artefakt 20 milyon dollar dəyərində qiymətləndirilib. “Sotheby’s”in məsləhətçisi Henri Qallianonun sözlərinə görə, 76 milyon il əvvəl indiki Şimali Amerika ərazisində yaşamış Qorqozavrın  kəlləsi Cənubi Dakotada tapılıb və yaxşı qorunub saxlanılıb. Relikt Roma imperatoru və sərkərdəsi Maqnus Maksimusun (335 – 388) şərəfinə […]

Dünya

İrina Şeyk və Bredli Kuper Nyu-York küçələrində – FOTO

İllər əvvəl ayrılan məşhur amerikalı aktyor Bredli Kuperlə rusiyalı model İrina Şeyk yenidən sevgili olublar. Cütlük aktyorun “A Star Is Born” serialındakı rol yoldaşı Ledi Qaqa ilə münasibətdə olması ilə bağlı iddialara görə ayrılıb. Avqust ayında birlikdə tətilə çıxan cütlüyün yenidən eşq yaşadığı iddia edilir. Bu iddiaları cavabsız qoyan məşhurlar ötən gün ABŞ-nin Nyu-York şəhərinin […]

Dünya

Uqandada Ebola virusundan ölənlərin sayı 53-ə çatıb

Uqandada Ebola virusundan ölənlərin sayı 53-ə çatıb, daha 21 ölüm halı isə təsdiqlənməni gözləyir. Bu barədə çərşənbə günü Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib. “Uqandanın 8 rayonundan 135 təsdiqlənmiş və 21 şübhəli Ebola hadisəsi qeydə alınıb. Xəstəlikdən təsdiqlənmiş 53 ölüm və 21 şübhəli ölüm halı var. İndiyədək 62 […]

Dünya

Superkompüter dünyanın son tarixini müəyyənləşdirib

Bəşər sivilizasiyasındakı nümunələri proqnozlaşdırmaq üçün nəzərdə tutulan “World One” superkompüteri 2050-ci ilə qədər dünyanın sonunun gələcəyini müəyyən edib. 1973-cü ildə Roma klubu tərəfindən sifariş edilən kompüterin hesablamaları bir çox amilləri, o cümlədən doğum nisbətini və ətraf mühitin çirklənmə səviyyəsini nəzərə alan mürəkkəb alqoritmə əsaslanır. Tam təhlil həyatın necə olacağını təxmin etməyə imkan verir. Qeyd olunur ki, […]

Dünya

“Twitter” Afrikadakı yeganə ofisini bağlayır

“Twitter”in Afrikadakı yeganə ofisinin əməkdaşları işdən çıxarma haqqında bildirişlər alıblar. Məlumata görə, hadisə Afrika ofisinin əyani işə başlamasından cəmi dörd gün sonra baş verib. Ötən həftəyə qədər “Twitter” əməkdaşları uzaqdan işləyirdilər. İşdən çıxarılan ABŞ vətəndaşlarından fərqli olaraq, afrikalı işçilərə nə sonrakı fəaliyyət planı, nə də təzminat verilməyib. Məlumata görə, yalnız bir əməkdaş işdən çıxarılmayıb və […]

İdman

“Mançester Siti” və “Liverpul” növbəti raundda, “Çelsi”, “Arsenal” və “Tottenhem” kuboksuz qaldı – VİDEO

İngiltərə Liqa Kubokunda (EFL Cup) 3-cü raundun oyunları keçirilib. Hazırda Premyer Liqanın lideri olan “Arsenal” “Brayton”u qəbul edib. “Topçular” çempionatdakı uğurlu çıxışlarını Liqa Kubokda davam etdirə bilməyərək rəqibinə məğlub olublar – 1:3. “Nottinhem”lə  “Tottenhem” arasındakı oyun da gözlənilməz nəticə ilə başa çatıb və daha bir paytaxt komandasının turnirdən kənarlaşdırılmasını rəsmiləşdirib – 2:0. Gecənin ən maraqlı oyunu […]