Dünya

Niderlandlıların ömür uzunluğu 86 yaşı keçəcək

Sharing is caring!

Niderland Statistika İdarəsinin məlumatına görə, 2028-ci ildə ölkə sakinlərinin orta ömür uzunluğu 86,05 yaşa qədər artacaq.

Belə ki, Niderlandda bu göstərici 1950-ci illərdən koronavirus pandemiyasının başlanmasına qədər davamlı olaraq artıb. 1950-ci ildə 65 yaşlı ölkə sakini orta hesabla daha 14,3 il ömür sürə bilərdi. 2019-cu ilə qədər bu müddət 20,1 ilə qədər uzanıb.

Koronavirus pandemiyası illərində (2020-2021) gözlənilən öümr uzunluğu 19,5 ilə düşsə də, bu il yenidən artmağa başlayıb.

Qeyd edək ki, 2020-2021-ci illərdə Niderlandda gözləniləndən təxminən 10% çox insan ölüb.

Mənbə: rossaprimavera.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir